adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
20 May 2019 12:03
7859
GÜNDƏM
A- A+

Mehriban Əliyevadan Ramazan ayı ilə bağlı xoş arzular

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan xalqına Ramazan ayı münasibətilə xoş arzularını çatdırıb.

O, fikirlərini sosial şəbəkədə paylaşıb:

"İnsanların qəlbini nurlandıran, onları birliyə, sülh və əmin-amanlığa, əxlaqi saflığa, xeyirxah əməllərə dəvət edən mübarək Ramazan günlərində xoş niyyətlərinizlə həmrəy olduğumu bildirir, bütün dua və diləklərinizin Tanrı tərəfindən eşidilib qəbul olunmasını arzu edirəm”.