adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7
20 May 2019 11:57
19834
SİYASƏT
A- A+

Vladimir Zelenskinin andiçmə mərasimi keçirilib - YENİLƏNİB

Ukraynanın yeni prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi başa çatıb.

Adalet.az-ın TSN kanalına istinadən verdiyi məlumata görə, o, bu gün Ali Radada and içib və ardınca Konstitusiya Məhkəməsinin rəhbəri onun dövlət başçısı kimi vəzifəsinin icrasına başladığını elan edib.

***

11:13

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasimi keçirilir.

İnauqurasiya mərasimi yerli vaxtla saat 10:00-da başlayıb.

Mərasim Ukrayna Ali Radasında keçirilir.

İnauqurasiya mərasimində Latviya, Litva, Estoniya, Gürcüstan vəMacarıstanprezidentləri, Türkiyənin vitse prezidenti, Belarus, Rumıniya,Slovakiya və Bolqarıstanınbaş nazirləri, ümumilikdə 40 ölkədən dövlət və hökumət nümayəndələri iştirak edir.

Mərasimdə Milli Məclisin sədri Oqtay Əsədov iştirak edir.(ona)