deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | Aqşin Yenisey: "Biz bu gün vətən uğrunda yox, kimlərinsə cinsi oriyentasiyası uğrunda döyüşürük" - MÜSAHİBƏ Adalet.az | Aqşin Yenisey: "Biz bu gün vətən uğrunda yox, kimlərinsə cinsi oriyentasiyası uğrunda döyüşürük" - MÜSAHİBƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MÜSAHİBƏ

Aqşin Yenisey: "Biz bu gün vətən uğrunda yox, kimlərinsə cinsi oriyentasiyası uğrunda döyüşürük" - MÜSAHİBƏ

"Hər yola əl atırlar ki, Azərbaycanda millətçilik ruhu gey həyasızlığı qarşısında aciz qalsın"

8238    |   2019-05-20 11:42
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Bizi bu gün sosial şəbəkələrdə küçə döyüşlərinə dirəyiblər"





Sosial şəbəkə istifadəçiləri bu dəfə müasir ədəbiyyatımızın parlaq simalarından olan şair Aqşin Yeniseyi "topa tutdu”. Səbəbsə şairin "Facebook”da yazdığı "Azərbaycanda sülhü sevənin südündə problem var” statusu oldu. Yeniseyə iradlar bildirildi ki, ədəbiyyat adamına sülh yox, müharibə çağırışı etmək yaraşmır. Qınaqlar içərisində "sənin müharibəyə gedəcək oğlun yoxdur, ona görə belə danışırsan” kimi ifadələr də vardı. Məlum statusuna görə şairi söyən, təhqir edənlərin, bir qədər də irəli gedərək əlbəyaxa davaya çağıranların sayı da kifayət qədər oldu. Hətta bu mövqeyinə görə, A.Yeniseyi bəzi həmkarları da qınadı. Amma şairin doğru düşündüyünü söyləyən sosial şəbəkə istifadəçiləri də kifayət qədər oldu.

Yaranan qovğa ilə bağlı qənaətlərini bölüşən A.Yenisey, "Şərq”ə müsahibəsində deyib ki, əraziləri işğalda olan ölkənin vətəndaşlarının bu qədər sülhpərvərliyi anlaşılmaz olduğu qədər də qeyri-səmimidir…

- Müharibədə məğlub olmuş bir ölkədə, sülhsevərliyin, kosmopolitizmin gənclər arasında dəb, moda halına salınması, homoseksuallığın, geyliyin cinsi-psixi travma kimi mərhəmətə deyil, ali insani dəyər kimi hörmətə layiq görülməsi, o ölkədə güclü xəfiyyə şəbəkəsinin işinin nəticəsidir. Bu şeylər Avropada İkinci Dünya müharibəsindən sonra maliyyələşdirilməyə başladı ki, Avropanın millətçilik ruhu axtalansın. Fikir verin, bu sülhsevərliyin hədəfi özümüz deyilik. Həmin statusdan sonra nə qədər boynuyoğun sülhsevər Azərbaycan gənci, məni məhəllələrinə davaya çağırdı. Belə sülhsevərlik olarmı? Söhbət Xocalı qətliamını törətmiş ermənidən, rusdan gedəndə insanpərvər, özümüzə gələndə qoçu, başkəsən oldular. Ona görə də mənə elə gəlir ki, sosial şəbəkələrdə bizi sülhsevərlik adı altında təslim olmağa alışdıran çox ciddi təbliğat aparılır. Müşahidələrimə görə, Azərbaycanda kosmopolitlərlə homoseksuallar eyni mərkəzdən idarə olunurlar. Çünki bir-birini İsak-Musak quşları kimi səsindən tanıyan bu iki zümrə, sosial şəbəkələrdə mütəşəkkil dəstə kimi gəzib-dolaşırlar. Rəqibdə depressiv, ölüvay hal yaradan buna oxşar təbliğat üsulları tarixin bütün dövrlərində olub. Məsələn, yadıma düşmüşkən birini deyim… Atatürk dönəmində Avropa ölkələrində səfir olmuş Yaqub Qaraosmanoğlunun "Zorən diplomat” adlı memuarı var. Bu kitabda səfir yazır ki, Hitler Çexoslovakiyanı və Fransanı avropalıların "Ştutqartlı xain” ləqəbi verdikləri diktorun faşizmin gücü haqqındakı çıxışlarının hipnotik təsiri ilə döyüşsüz işğal etdi. İndi də bizim sosial şəbəkələrdə ermənilərə, ruslara "levitanlıq” edənlər var.

- Özünün də dediyi kimi, keçmiş dostunuz Elnur Astanbəyli də məlum statusunuza fikir bildirdi. Bilmirəm tanışsızmı yazdıqları ilə. Qeyd edir ki, Aqşin Yenisey əvvəl lağ elədiyi dəyərlərin personajına çevrilir...

- Açığı, Elnur müəllimi bəlkə də on il olar ki, oxumuram. Dediyiniz sözləri hardasa yazıbsa, deməli, yaxşı edib oxumuram. Çünki o, on il əvvəl də eyni sözləri yazırdı. Ədəbiyyata gəldiyi vaxtlarından həmişə onu tənqid etmişəm ki, çıx bu aşıq ədəbiyyatının "mərd-namərd” fəlsəfəsindən. Dünyada mərd, namərd deyə canlı növü yoxdu, yaxşı və pis oyunçu var. "Düşmən namərddir, dost mərddir”, bu nə düşüncədir? Sanki, qədim Misir heroqlifinin tərcüməsidir. Bu, ibtidai düşüncədir. Bu düşüncə ilə nə hakimiyyətə gəlmək olar, nə müxalifətdən getmək… Ancaq yerində saymaq olar ki, mənim heç vaxt keçmiş olmayan dostlarım 20 ildir bu işlə məşğuldurlar. Onlarınkı "çevir Tatı, vur Tatı”dır. Daha vura da bilmirlər, Tatını ancaq o üz, bu üzə çevirməklə gün sayırlar. Deyingənlikləri də bu səbəbdəndir.

- Elnur bəy özünün vaxtilə dediklərini xatırladaraq zamanında sizin nəsil yazarlarının anarlara, fikrət qocalara çevriləcəyini söyləyib. Buna görə hətta Rasim Qaraca Elnur bəydən inciyibmiş də. Sizin statusdan sonra haqlı çıxdığına üzülür…

- Elnurun Vanqa nənəliyindən təəssüf ki, xəbərsizəm. Ancaq bu "uzaqgörənliyin” müəllifi təkcə Elnur abim deyil, məndən başqa bizim ədəbi nəslin bütün nümayəndələri biri-birləri haqqında yazıb bu sözləri. Bizim nəsil, ədəbiyyatda Stalin imtiyazları ilə böyümüş sovet şair və yazıcılarını tənqid edə-edə tanındı. Amma özləri imtiyaz əldə edə bilmədikləri üçün bəziləri diri-diri itkin düşdülər. Cürbəcür siyasi düşərgələrin, QHT "kruqlarının” BOMJ-larına, "yetim eyvazlarına” çevrildilər. Bu yaxınlarda Türkiyədə tarixçi İlbər Ortaylının "Bir ömür necə yaşanır” adlı bioqrafik kitabı çap olunub. Kitabda bir yer var - Ortaylıya təklif edirlər ki, millət vəkili olsun. O da bu barədə Süleyman Dəmirəldən məsləhət istəyir. Dəmirəl Ortaylıya deyir ki, siz aydınlar millətin vicdanısınız, özünüzü siyasətə bulaşdırmayın. Bizdə Rafiq Tağını çıxmaq şərtilə belə bir aydın növü yetişmədi təəssüf ki. Mən buna cəhd etdiyim üçün indi mənsub olduğu siyasi düşərgənin "vicdanı” ilə millətin, ədəbiyyatın vicdanını biri-birindən ayıra bilməyənlər "dost” deyəndə adımın qabağına "keçmiş” yazır, mənə ağıl öyrədir. "Həyat və yaradıcılığının” ən böyük hədəfi adını bircə dəfə İsa Qəmbərin, yaxud Zərdüşt Əlizadənin ağzından eşitmək olanlar mənə nəsihət məktublu göyərçinlər göndərirlər.

- Ümumiyyətlə, o statusu yazanda, belə reaksiyaları gözləyirdizmi?

- Bir dəfə "Söz azadlığı həqiqət qədər, yalanın da azadlığıdır” adlı yazı yazmışdım. O yazıda sosial şəbəkələrdən yalnız həqiqət gözləməyin nə qədər cahil bir yanaşma olduğunu izah etməyə çalışmışdım. Qərb dünyası artıq iyirmi ildir ki, post-gerçək, həqiqətdən sonrakı həqiqət dünyasında yaşadığımızı yazır. Heç nə göründüyü kimi deyil, hər şey təqdim olunduğu kimidir. Məsələn, 2016-cı ildə ABŞ prezidenti seçilən Trampın seçki kampaniyasında rəqiblərinə qarşı ortaya atdığı iddiaların, sonradan araşdırılması nəticəsində məlum oldu ki, adamın dediklərinin 70 faizi yalan imiş. Tramp seçki boyunca bu yalanlardan özünə yönəlik "iftiralara” qarşı "həqiqəti” üzə çıxarmaq üçün istifadə etmişdi. Trampın seçki şüarlarından biri bu idi: "Hakimiyyəti Vaşinqtondan alıb xalqa verəcəyəm!”. Kütlə, xalq bu uydurma etimadın, ehtişamın qarşısında kimə səs verməz ki? Amma seçiləndən sonra Ağ Evə yeznəsi Kuşneri gətirdi. Bu, dünyanın ən demokratik ölkəsində olan hadisədir. Ən demokratik, ən zəngin dünyada belə oyunlar gedirsə, mənim burdakı ac əcinnələrdən obyektivlik gözləməyim nə dərəcədə doğru olardı?

- Sizcə, bu qədər sülhpərvər necə meydana gəldi? Belə ajiotajın yaranması nədən qaynaqlanır?

- Məncə, bu suala ən başda cavab verdim. Lazım olan gizli qərarları kütləyə yeritmək üçün sosial şəbəkələr vasitəsilə təbliğat aparan qüvvələrin mövcudluğuna şübhə etmirəm. Mən onlara sülhpərvər yox, Aytmatovdan əsinlənərək texnogen manqurtlar deyərdim. Hərəsinin əlinə bir "ayfon” verib salıblar millətin canına. Qustav le Bonn "Xalqların xarakteri” kitabında yazır ki, vaxtilə imperativ gücə malik olan farsların, romalıların, türklərin etnik xarakterlərinin zəifləməsinə səbəb, bu xalqların düşüncələrində ideyaların anarxiyasını yaradaraq, onların ruhi aləmini depressiyaya uğradan, təslimçilik aşılayan təbliğatlar və təşkilatlar olub. Bu cür təbliğatın ən yaxşısını xalqın, dövlətin öz içində formalaşanlar aparır. Çünki özümüzkülər zəif yerlərimizi daha yaxşı tanıyırlar. "Dövlətə xəyanət” ta Çingizxanın zamanından buna görə ən ağır suçdur. Mənə elə gəlir ki, biz sosial şəbəkələrdə heç bir şey haqqında öz fikri olmayan, işi-gücü düşüncələrin, ideyaların ajiotajını yaratmaq olan bu cahil sürüsünü, əcinnə çətəsini ifşa etməliyik. Arzularımızı ayıblarımıza qurban verməməliyik.

- Sosial şəbəkə istifadəçilərindən biri, statusun şərhi bölümündə sizi Bakıya gəldikdə "razborka”ya dəvət etdi. Siz də "görsəniz yaxınlaşarsız” dediniz. Onunla görüşəcəksizmi?

- Reflekslərindən başqa heç bir gücü olmayan, tarixin bütün dövrlərində küyə və kütə gedən kütlə insanları ilə hansı fikrin, hansı ideyanın "razborka”sını aparmaq olar ki? Olsa-olsa o cür insanlarımızı Bakıdakı şam yeməklərimizin birinə dəvət edərəm ki, pomidoru üstümüzə cızğırtmamaq şərtilə oturub söhbətlərimizə qulaq assın.

- Sizcə, sülh istəyən birinin qarşı tərəfi "razborka”ya dəvət etməsi, ziddiyyətli deyilmi?

- Azərbaycanla torpaq sərhədi olan beş dövlətin dördü bu gün bizi millətçiliklə hədələyir. Eyni zamanda da bu dörd dövlət həm də bizim millətçilikdən ehtiyat edir. Ona görə hər yola əl atırlar ki, Azərbaycanda millətçilik ruhu gey həyasızlığı qarşısında aciz qalsın. Mən millətçilik dedikdə Azərbaycan insanının gedib kiminsə evini yandırmasını nəzərdə tutmuram. Mən millətçiliyi millətimizin ictimai-siyasi immuniteti kimi nəzərdən keçirirəm. Bizdə, tutalım, Rusiyadakı imperializm əlbirliyi, yaxud İrandakı dini həmrəylik kimi birləşdirici ideologiyalar yoxdu. Yeganə sığınacağımız millətçilik ideyasıdır. Mən millətçiliyimizi özünüqoruma instinkti kimi müdafiə edirəm. Bizi bu gün sosial şəbəkələrdə artıq küçə döyüşlərinə dirəyiblər. Biz bu gün artıq vətən uğrunda yox, kimlərinsə cinsi oriyentasiyası uğrunda döyüşürük. Vətən uğrunda döyüşməyi artıq Azərbaycan gənclərinə "loxluq” kimi təbliğ ediblər. Homoseksualizm haqqında tənqidi bir söz yazırsan, yüzlərlə boynuyoğun gənc ayağa qalxır. Amma Paşinyan Şuşada "Yallı” gedir, həmin geypərəstlərimizin gölünə sanki, daş atılır. Bir cəmiyyət özünü öz vətənində bu qədər aşağılayarmı?

- Şair, hazırda nə yazırsız, nə üzərində işləyirsiz?

- Keçən il gürcü tarixçisi Quram Marxulianın "Ermənilər Ermənistan axtarışında” kitabında ədəbiyyat materialına çevrilmək üçün "alışıb-yanan” tarixi bir fakt oxudum. Neçə aydır ki, bu fakt əsasında bədii bir kitab yazıram.

- Məhəmməd Əmin Rəsulzadə ilə bağlı geniş bir yazı yazacağınızı demişdiz? Onun üzərində işləyirsizmi?

- Qeydlərim hazırdı. İlk cümlənin "yolunu” gözləyirəm. İlk cümlə gərək həmişə beyinin qeyblərindən gəlsin. Yoxsa yazının sehri olmur. Həm də Ankarada Rəsulzadənin qəbri ilə qapıqonşuyuq deyə müəllimi "üzünə” tərifləməkdən, yaxud tənqid etməkdən ar edirəm bir az.

shreq.az
Anar Bayramoğlu


İmza:

Mərkəzi Gömrük Hospitalında qaraciyərin müasir metodla müayinəsi aparılır

"Azğınlaşmış Ermənistan bizə torpaqlarımızın hərbi yolla azad olunmasından başqa alternativ buraxmır"

Fuad Cəfərli: "Qadın güclü olmasa belə xoşbəxtdir..." - MÜSAHİBƏ

Mircəlal Kazımi: "Orqan transplantasiyası əməliyyatı xəstə üçün..."

Kamal Abdulla: “Heç bir tələbəni müəllimin, heç bir müəllimi tələbənin ayağına verməyəcəm” - MÜSAHİBƏ

Azərbaycan vətəndaşlarında sosial-psixoloji güvənlik yaranıb - MÜSAHİBƏ

İlkin Həsəni: "Niyə düşündürücü komediya çəkməliyəm?" - MÜSAHİBƏ

Muradın həbs səbəbi - Xanımı hər şeyi açıqladı

Zahidə Günəş: "Həmin adamın başını kəsərəm" - MÜSAHİBƏ

Orxan Həsəni: "Ədəbiyyatda ulduz olmaq üçün qırmızı kart almağı bacarmaq lazımdır" - MÜSAHİBƏ

Aqil Abbas: "Deputat kütlə içində olmalıdır”

Elektrik enerjisinə tətbiq edilən limitin ləğvi nə vəd edir? - AÇIQLAMA

SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK