ANA SƏHİFƏ / DÜNYA

Tacikistanda həbsxanada qiyam: ölənlərin sayı 32-yə çatdı - YENİLƏNİB

15592    |   2019-05-20 09:26
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada ötən gün axşam saatlarında İŞİD-də üzvlülüyə görə cəzakən bir neçə məhbus qiyam başladıb.

, Tacikistanın ədliyyə nazirinin müavini, Cəzaların icrası üzrə Baş İdarənin rəhbəri Mansurcon Umarov "RİA Novosti"yə bildirib ki, qiyam zamanı 29 məhbus və 3 nəzarətçi həlak olub.

Onun sözlərinə görə, məhbuslardan 8-i toqquşmalar zamanı digər məhbuslar tərəfindən qətlə yetirilib.

XXX

08:20

Tacikistanın Vahdat şəhərində yerləşən həbsxanada ötən gün axşam saatlarında İŞİD-də üzvlülüyə görə cəzakən bir neçə məhbus qiyam başladıb.

Bu barədə Tacikistanın Ədliyyə Nazirliyindən bildiriblər.

Nazirliyin məlumatında deyilir: "Ötən gün təxminən saat 20:30-da başlayan iğtişaşlar zamanı İŞİD-də üzvlülüyə görə cəzakən təxminən 30 nəfər bıçaq və digər iti silahlarla 3 nəzarətçini girov götürüblər və daha sonra qətlə yetiriblər".

Bildirilir ki, qiyam başladanlar arasında da ölənlər var: "Danışıqlar zamanı cinayətkarlar aralasında da toqquşmalar baş verib. Həbsxana əməkdaşlarının qaydalara riayət etmək çağırışlarına məhəl verməyən cinayətkarlar onlara hücum edib və daha bir neçə nəzarətçini yaralayıblar. Həbsxananın administrasiyası tərəfindən vəziyyətin nəzarətə alınması üçün qəti tədbirlər görülüb və bu zaman təhlükəli cinayətkarlar arasında da ölənlər olub".

Nazirlik vurğulayır ki, hazırda həbsxanada vəziyyət stabildir və nəzarət altındadır, istintaq orqanları insidentlə bağlı araşdırmaları davam etdirir.(trend)




İmza:
SON XƏBƏRLƏR
2019-06-18
2019-06-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (37.5%)
İşdə (62.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK