adalet.az header logo
  • Bakı 20°C
18 May 2019 16:18
16229
MARAQLI
A- A+

Facebookla başqalarının həyatını izləmək insanın psixologiyasını pozur - XƏBƏRDARLIQ...

Bununla bağlı ABŞ alimləri apardıqları araşdırmadan sonra belə bir nəticəyə gəliblər. Araşdırmaya görə məşhur sosial şəbəkə səhifəsi olan "facebook”la başqalarının həyatını izləmək üçün istifadə etmək insanın psixologiyasına mənfi təsir edir.

ABŞ-ın Missori-Kolumbiya Universitetinin alimləri "facebook”un fərqli tərəfləri və bunun insan psixologiyası üzərindəki təsirlərini araşdırıb. Sinqapurda 700 tələbə üzərində aparılan araşdırmadan sonra məlum olub ki, "facebook” istifadəçiləri dostlarının paylaşımlarına baxıb öz həyatlarını da onlarla müqayisə edirlər. Bu müqayisə isə onların həyatına qayğı gətirməklə depressiyaya sürükləyir.

Araşdırma nəticəsində "facebook”u dostlarıyla ünsiyyət qurmaq üçün istifadə edən insanların psixologiyasında hər hansı bir neqativ dəyişiklik aşkarlanmayıb. Ancaq dostlarının tətillər və bayramlarla bağlı paylaşımlarına baxan insanların bu vəziyyətdən ruhən təsirləndikləri bildirilir.(moderator.az)