adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 May 2019 18:00
8718
GÜNDƏM
A- A+

Prezident icra başçısını təltif etdi

Prezident İlham Əliyev Taleh Qaraşovun 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Taleh Azay oğlu Qaraşov 2-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Taleh Qaraşov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısıdır. O, 2012-ci ilin 14 aprelindən bu vəzifəni icra edir.

Mayın 20-də onun 60 yaşı tamam olacaq.