adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
18 May 2019 10:08
13809
SİYASƏT
A- A+

Azərbaycan Parisdə AŞ PA-nın Komitə iclasında iştirak edəcək

Milli Məclisin deputatı Sabir Hacıyev Avropa Şurası Parlament Assambleyasının Siyasi işlər və demokratiya komitəsinin iclasında iştirak etmək üçün mayın 19-dan 21-dək Parisdə səfərdə olacaq.

Trend-in məlumatına görə, komitə iclasında terror qurbanlarının qorunması və onlara köməklik göstərilməsi, hücuma məruz qalmış demokratiya, beynəlxalq terrorizmlə bağlı Sankt-Peterburqda keçirilmiş konfransın nəticələri, Kosovada vəziyyət, Əlcəzair ilə parlamentlərarası dialoq, Parlament Assambleyasının gələcəkdə rolu və missiyası ilə bağlı müzakirələr aparılacaq.

S.Hacıyev iclasda çıxış edəcək, mövzular barədə fikirlərini bildirəcək.