adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
17 May 2019 18:07
10396
MƏMLƏKƏT
A- A+

QOBUSTAN: PREZİDENTİN XÜSUSİ YADİGARI...

Mən əvvəllər də Qobustan rayonu haqqında bir məqamı diqqətə çatdırmağı özümə borc bilmişəm. Bəzən belə suallar da yaranır ki, cənab Prezident kiçik bir rayon olan Qobustana nədən bu qədər xüsusi diqqət göstərir, çoxlu səfərlər edir? Bu həqiqəti hamımız bilməliyik: Cənab Prezident üçün vətənin hər qarış torpağı doğma və əzizdir. Ölkənin hər bir regionunda ali rəhbərliyin diqqət və qayğısı inkişaf mərhələləri ilə özünü göstərir. Qobustan rayonu məsələsi isə bir qədər fərqlidir.

Respublikanın əksər rayonlarında, xüsusilə magistral yollar üzərinə düşən yerlərdə əvvəllər də, sonralar da müəyyən qədər inkişaf və müasirləşmə yaşanaraq az-çox diqqət çəkibdir. O illərin Qobustanı isə sanki bütün bu inkişafdan 50-60 il geridə qalaraq öz taleyi ilə barışmalı olub. İndi qobustanlılar bilirsiniz, necə iftixar və qürur hissi keçirirlər? Onlar çox böyük hörmət və məhəbbətlə deyirlər ki, bizim rayonu sevimli rəhbərimiz, əziz Prezidentimiz sanki bünövrədən dəyişərək ən müasir bir məkana çevirdi. Bu münasibətin, əlahiddə münasibətin cavabı olaraq hər bir Qobustan sakininin qəlbində sonsuz və əbədi məhəbbət yaşayır onların rəhbəri, dostu, qardaşı İlham Əliyevə...

Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov deyir ki, hər gəlişi bir bayrama çevrilən cənab Prezidentin bu günlərdə növbəti dəfə rayonumuza səfər etməsi, görülən işlərlə tanış olub sakinlərlə görüşməsi hamımıza xoş anlar bəxş etdi. Biz bu diqqəti, bu qayğını heç vaxt unuda bilmərik. Həmişə fəxr edəcəyik, vətənə daha çox töhfələr verməyə çalışacağıq.

Prezidentin Qobustana səfərindən sonra keçirilən ümumrayon yığıncağında birinci rübün yekunları və qarşıda duran vəzifələr barədə aparılan müzakirələrlə yanaşı, rəhbərin rayona növbəti gəlişinin sevinci də qürur hissi ilə yaşanmışdır. İclasda məruzə ilə çıxış edən Qobustan Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov demişdir:

- Baxdığınız video-sujetlərdən də gördüyünüz kimi möhtərəm Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində rayonumuz çox sürətli bir inkişaf dövrünü yaşayır. Biz əminliklə deyə bilərik ki, respublikamızın hər bir rayonu kimi Qobustan rayonunun da inkişafı daim cənab Prezidentin diqqətindədir.

Cənab Prezidentin və Birinci vitse-prezident Mehriban xanımın istər xəstəxana binasının açılışında, istər xalçaçılıq emalatxanasında, istər yolun açılışında göstərdiyi səmimiyyət və diqqət rayon sakinləri arasında sevilə-sevilə danışılır və hər bir Qobustan sakini öz minnətdarlıqlarını ifadə edirlər.

Səfərdən dərhal sonra cənab Prezidentimizin rayonumuzla bağlı imzaladığı 48 mənzilli binanın, Sündü kəndində 360 yerlik məktəb binasının, Ərəbqədim-Göydərə yolunun tikintisi ilə bağlı sərəncamlar yüksək diqqət və qayğının bariz nümunəsidir.

Mən bir daha Qobustan rayonuna göstərdiyi böyük diqqət və qayğıya görə cənab Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezidentimiz Mehriban xanıma bütün Qobustanlılar adından öz dərin minnətdarlığımızı bildirirəm.

Cənab Prezidentimizin göstərdiyi diqqət və qayğıya uyğun olaraq biz də Qobustan rayonunun timsalında doğma Azərbaycanımızın inkişafına öz töhfəmizi verməliyik. 2019-cu ilin birinci rübü Respublikamızda olduğu kimi Qobustan rayonunda da çox yüksək göstəricilərlə başa çatdırılmışdır.

Rüb ərzində rayonda 37 milyon 352 min 200 manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir ki, bunun 30,2 faizi istehsal sahələrinin payına düşür. Ümumi məhsul buraxılışının həcmində sənaye məhsulları və göstərilmiş xidmətlər 1,3 faiz, kənd təsərrüfatı 30,0 faiz, tikinti sektoru 6,9 faiz, nəqliyyat sektoru 1,3 faiz, poçt və rabitə xidmətləri 0,2 faiz, ticarət 60,3 faiz təşkil etmişdir. Ötən ilin müvafiq dövrünə nisbətən ümumi məhsul buraxılışının həcmi 4,8 faiz artmışdır.

Bu artım kənd təsərrüfatında 0,4, tikinti sektorunda 53,5, nəqliyyat sektorunda 3,9, informasiya və rabitə sektorunda 8,0 və ticarət sektorunda 3,5 faiz təşkil etmişdir.

2019-cu ilin birinci rübündə Qobustan rayonunun yerli gəlirlər üzrə büdcə proqnozu 123,6 faiz icra edilmişdir. Hüquqi şəxslərin əmlak vergisi 3,3 dəfə, hüquqi şəxslərin torpaq vergisi 53 faiz, Əlavə Dəyər Vergisi 9,3 faiz, dövlət rüsumu 23,4 faiz, sair daxilolmalar 2,2 dəfə artıqlaması ilə yerinə yetirilmişdir. Bununla yanaşı hüquqi şəxslərin mənfəət vergisi 90 faiz, sadələşdirilmiş vergi 73,5 faiz, torpaq icarə haqqı isə cəmi 18,1 faiz icra edilmişdir. Aidiyyəti şəxslər növbəti aylarda sadalanan tədiyyə növləri üzrə də planın 100 faiz icrasına nail olmaq üçün zəruri tədbirlər həyata keçirməlidirlər.

Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" təsdiq edilmişdir. Proqramda Qobustan rayonu üzrə 16 tədbirin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bu tədbirlərdən artıq 7-nin icrasına başlanılmışdır. Çalışmalıyıq ki, Proqramda bizim üzərimizə düşən bütün vəzifələr vaxtında öz həllini tapsın...

Daha sonra yığıncaqda qeyd olunduğu kimi rayonda əhalinin sosial müdafiəsi, işsizliyin aradan qaldırılması, şəhid ailələrinə, müharibə əlillərinə daim diqqət və qayğı göstərilir. Cənab Prezidentin tapşırığı əsasında bu ilin birinci rübündə "Dost İş" MMC-nin xətti ilə 155 yeni iş yeri yaradılmışdır ki, həmin yerlərdə şəffaflıq əsasında aztəminatlı ailələr, müharibə əlilləri işlə təmin edilmişlər. İnsanların bu iş yerlərindən səmərəli istifadə etmələri, neqativ hallara yol verilməməsi üçün müvafiq komissiya yaradılmış, rayon prokuroru, Polis şöbəsinin rəisi və digər şəxslər komissiyanın üzvü təyin edilmişdir. Bu il rayonda özünüməşğulluq proqramına 16 ailə cəlb edilmişdir. Bu ilin Novruz bayramı ərəfəsində Rayon İcra Hakimiyyəti tərəfindən 520 ailəyə bayram sovqatı verilmişdir.

Problemli kreditlərin həlli istiqamətində cənab Prezidentin qəbul etdiyi qərar artıq icra olunmağa başlamışdır. Bu çox böyük bir addımdır. Rayon sakinləri ayrı-ayrı görüşlərdə bu problemin həllinə görə cənab Prezidentə böyük minnətdarlıq hisslərini bildirmişlər.

Bu il cənab Prezident tərəfindən pensiya və müavinətlərin artırılması istiqamətində də çox mühüm addımlar atılmışdır.

Rayonda əhalinin sağlamlığının qorunması istiqamətində də tədbirlər davam etdirilir. Bu il 26453 nəfər tibbi müayinəyə cəlb edilmişdir. Onlardan 2342-si ambulator müalicəyə cəlb edilmiş, 520-si isə ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilmişdir. Bu tibbi müayinənin keçirilməsi də məlum olduğu kimi cənab Prezidentin təşəbbüsüdür. Hər bir sakinin ildə bir dəfə pulsuz tibbi müayinədən keçirilməsi çox mühüm əhəmiyyətə malikdir. Yeni xəstəxananın istifadəyə verilməsi nəticəsində tibbi müayinə növbəti illərdə daha yüksək səviyyədə həyata keçiriləcəkdir. Burada xidmət daim nəzarətdə saxlanılmalıdır. Cənab Prezidentin tapşırığına uyğun olaraq rayonda vətəndaşların qəbulu, onların problemlərinin həllinə diqqət daha da artırılmışdır. Həftədə bir dəfə, bir kənddə səyyar qəbul keçirilir, əhalinin problemlərinin yerindəcə öyrənilərək həlli üçün zəruri tədbirlər görülür. Eyni zamanda, bu il aprel ayının 25-də Azərbaycan Respublikası Prezidenti Adminstrasiyasının məsul işçiləri tərəfindən rayonda qəbul keçirilmişdir. Eləcə də, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən Qobustan şəhərində regional qəbul keçirilmişdir. Bütün bunlar vətəndaş məmnunluğunun yaranmasına xidmət göstərir. Bu ilin mart ayının 5-dən 19-dək Qəbələ Asan xidməti rayonda səyyar xidmət göstərmişdir. 15 gün ərzində 801 vətəndaş xidmətə müraciət etmiş, 358 nəfərdən sənəd qəbul edilmiş, 194 nəfərə hazır sənəd verilmişdir.

206 nəfərə informasiya xidməti göstərilmişdir. Xidmətə daha çox şəxsiyyət vəsiqələrinin, sürücülük vəsiqələrinin, ümumvətəndaşlıq pasportlarının verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notarial fəaliyyəti və digər xidmətlərlə bağlı olmuşdur.

Vətəndaş müraciətlərinə baxılmasını bundan sonra da yüksək səviyyədə nəzarətdə saxlanılmalı, xidmət sahələrində xüsusilə, səhiyyə, kənd təsərrüfatı, təhsil, elektrik, qaz və içməli su təminatı sahələrində hər bir vətəndaşın müraciətinə həssaslıqla yanaşılmalı, həlli mümkün olan məsələlər dərhal həll edilməli, digər hallarda isə qanunamüvafiq izahat verilməli, həlli yolları vətəndaşlara başa salınmalıdır. Rayonda əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı sahəsində mühüm işlər görülür.

Qobustan Elektrik Şəbəkəsi tərəfindən birinci rübdə Qobustan şəhərində və Bədəlli kəndində kabelləşmə işi davam etdirilmiş, 35 Kv-luq xətlərdə cari təmir işləri görülmüşdür. Hazırda əhaliyə 24 saat fasiləsiz elektrik enerjisi verilir. Lakin görüləcək işlər çoxdur, Nardaran, Ərəbqədim, Nabur, Bəklə, Təklə Mirzəbaba, Sündü kəndlərində 70-ci illərdə çəkilmiş olan xətlər hazırda yararsız vəziyyətdədir.Tezliklə yuxarıda adları qeyd olunan yaşayış məntəqələrində elektrik xətlərinin təmiri üçün müvafiq tədbirlər görülməlidir. Onu da qeyd edək ki, 2019-cu ilin birinci rübündə rayon üzrə elektrik enerjisinin dəyərinin ödənilməsi tam şəkildə həyata keçirilsə də, yuxarıda qeyd etdiyimiz itkilər hesabına ümumi yığım 84,4 faiz təşkil etmişdir.

(ardı növbəti sayımızda)

Məzahir ƏHMƏDZADƏ