adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 May 2019 09:00
13670
SİYASƏT
A- A+

Türkiyənin Azərbaycandakı böyük elçisi Erkan Özorala

Sayın böyük elçi! 

Sizi və sizin şəxsinizdə bütün türk xalqını 19 may tarixi günü münasibətilə ürəkdən təbrik edirəm! Böyük Atatürkün zəfər səlnaməsinin bir səhifəsi də məhz 19 may - ordu qərargahının Samsuna köçürülməsi günüdür. Bu gün də böyük qürur hissilə yaşanan həmin tarixin və bütövlükdə bütün zəfərlərin Türkiyə üçün əbədi olmasını arzu edirəm.

Bu gün "19 may" zəfərinin 100 illiyi qeyd olunur. Bu həm də Türkiyədə "Gənclər günü" kimi tarixə düşüb. Gözəl bayram münasibətilə cumhurbaşkanı sayın Rəcəb Tayyib Ərdoğan başda olmaqla Türk Cümhuriyyətinin bütün vətəndaşlarını ürəkdən təbrik edirəm. Bayramlarınız mübarək olsun. Tanrı Türkü qorusun!

Hörmətlə: Millət vəkili Aqil Abbas