adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7

ÖZÜNÜ YAZAN ADƏM ASNI

ƏBÜLFƏT MƏDƏTOĞLU
46825 | 2019-05-18 08:52

Ara-sıragörüşüb həmsöhbət olduğum Adəm Asnı ilə növbəti görüşlərimizin birində ədəbiyyatdan,yaradıcılıqdan danışarkən gördüm ki, bu söhbətimiz artıq özü-özlüyün birmüsahibəyə çevrilib. Mən də bu hazırmüsahibəni tərəddüd etmədən oxucuların ixtiyarına verirəm. Necə deyərlər, indimənim müsahibim şair, yazıçı-publisist Adəm Asnıdır.

- Adəm müəllim, necəsiniz?

- Sağ olunpis deyiləm, yavaş-yavaş qocalıram.

- Buyaxınlarda 65 yaşınızı qeyd etdiniz. Tez deyilmi qocalığa təslim olmaq? Geriyənəzər salanda necə görünür, necə ötüb bu illər?

- Enişli-yoxuşlugörünür və çox tez ötüb. Bir şeirimdə yazdığım kimi:

İllərin sürətinə,

Özüm də mat qalmışam.

Sanki altmışbeş il yox,

Beş gün yola salmışam.

Bir-birini qovaraq,

İllər keçib ömürdən.

Tam altmışbeş il ötüb,

Beş gün içində– birdən.

O ki, qaldı qocalığa təslim olmaq məsələsinə, məndemədim ki, qocalmışam, yaxud təslim olmuşam. Təbiətin qanunudur, istəsək də, istəməsək də dediyim kimi hər kəs yavaş-yavaşqocalır. Bayaq dediyim şeirimidə yazdığım kimi:

…Onsuz daduran deyil,

Nə vaxt, nə dəki, zaman.

Sona yaxınlaşdırır,

Bizi hər saat, hər an.

- Adəm müəllim,sizin yaradıcılığınıza nəzər saldıqda, istər şeirlərinizdə, istərsə də hekayələrinizdəən müxtəlif mövzulara rast gəlmək olur. Ancaq uşaqlara həsr edilmiş, həmçinin tərbiyəvimövzuda şeir və hekayələriniz daha diqqət çəkir. Bəlkə bir az mövzu seçimindəndanışasınız?

- Bilirsiniz, bəzən kimi isə nəğməkar şair, məhəbbətşairi və s. adlandırırlar. Mən ruhumu oxşayan, diqqətimi çəkən, məni ilhama gətirənnə isə varsa, ondan yazıram. Uşaqlara gəldikdə mən həmişə arzu etmişəm ki,bütün uşaqlar xoşbəxt olsunlar, sağlam və millətimizə, vətənimizə layiqli övladkimi böyüsünlər. Televizorda tez-tez məktəblilər arasında bilik yarışları keçirilir.Mən həmin verilişləri daima və maraqla izləyirəm. Çətin suallara asanlıqlacavab verən uşaqlar, gənclər gördükcə çoxsevinir, fəxr edirəm ki, xalqımızın belə savadlı gələcəyi yetişir. Təbiəti çoxsevirəm. Dostlarımın, məni yaxından tanıyanların dediyinə görə müşahidəqabiliyyətim güclüdür. Bəzən başqalarının fikir vermədiyi bir şey mənim diqqətimicəlb edir. Çalışıram başqalarının çirkin hesab etdiyində də yaxşı bir cəhətgörüm. Şeirlərimdən birində yazdığım kimi:

Qızıl gülə baxıb da,

Qəlbi aha yaxıb da,

Demə bağrı qanlıdır,

Gözəl, sanki canlıdır,

Heyif ki, tikanlıdır.

De tikanlar içində,
Gözəl-göyçək biçimdə,
Bu dünyanın köçündə,
Özünə bir yurd salıb,
Gör nə gözəl gül açır,
Necə xoş ətir saçır.

O ki, qaldı tərbiyəvimövzularda yazmağıma, bu da yəqin ki, uzun müddət penitensiar xidmətdə,təlim-tərbiyə işində çalışmağımla əlaqədardır.

-Bu mövzuda bir neçə dəfə mətbuatda getmiş maraqlı publisist məqalələrinizlətanışıq.

- Qeydetdiyim kimi uzun müddət bu sahədə xidmət etmişəm və Penitensiar xidmətin bütünçətinlikləri, orada çalışan sabiq həmkarlarımın sözün həqiqi mənasında şərəflivə fədakar əməyi ilə yaxından, daxildən tanışam. Buna görə də kimsə durubreytinq, sensasiya xatirinə uydurma, həqiqətdən çox uzaq bir məqalə yazanda, oradaçalışan insanların əməyinə, adına kölgə salanda biganə qala bilmirəm. Penitensiarxidmətdən, Cəzaçəkmə Müəssisələrinin fəaliyyətindən, bu fəaliyyəti tənzimləyənqanun və təlimatlardan xəbəri olan hər kəs belə məqaləni oxuyan kimi hökməngülür və faktların necə deyərlər, ağ sapla tikildiyini açıqca görür. Ancaq busahədən məlumatsız olanlar isə yazılanlara inanır axı. Düzdür, hər sahədəolduğu kimi,- mən bu barədə siz dediyiniz məqalələrdə də yazmışam,- Penitensiarxidmətdə də nöqsana, səhlənkarlığa yolverən əməkdaşlar olur, lakin onların hamısı barədə və vaxtında müvafiqtədbirlər görülür. Buna əmin ola bilərsiniz.



-Adəm müəllim, bəzən də çox az müraciət olunan mövzu seçirsiniz – "Körpəgüləndə”, "Köhnə, keçmiş kişilər”, "Körpə qığıltısı”...

- Qeyd etdiyim kimi, məni duyğulandıranlarbarədə yazmaya bilmirəm. Özünüz fikir verin:

...Sanki gülər bütün aləm,

Unudular qüssə, ələm,

Yazmaq istər əldə qələm –

Körpə güləndə.

Bəyəm belə deyilmi? Kiminkörpəsi olur olsun, körpənin ürəkdən gülüşünə biganə qalmaq, sevinməmək olurmu?Yaxud:

...Muğamdır, ney səsi, rübabsəsidir,

Büllur bir çeşməninzümzüməsidir,

Sevdalı bir eşqin təntənəsidir–

Körpə qığıltısı.

...Yaşamaq,yaratmaq, eşq həvəsidir,

Sevənürəklərin zənguləsidir,

UcaTanrımızın şah bəstəsidir –

Körpəqığıltısı.

- Kitablarınızda "Dördmisralıqlar” ümumi adı altında şeirlərinizdiqqət çəkir. Necə oldu ki, dörd misradan – bir bənddən ibarət şeirlər yazmaqqərarına gəldiniz? Mövzunu genişləndirmək, o bəndlərə daha bir neçə bənd əlavəetmək olmazdımı? Çünki bu şeirlərinizin demək olar ki, hər birində geniş bir mövzunubir bəndə sığışdırmısınız. İlk dördmisralığınız yadınızdadırmı?

- Əslindədördmisralıqları yazmaq daha böyük zəhmət tələb edir. Qeyd etdiyiniz kimi gərəkbir mövzunu, fikri dörd misraya sığışdırasan. Bu formaya nədən müraciətetməyimə gəldikdə isə, xarici ölkələrin birində cərrahi əməliyyatolunmuşdum. Elə də ciddi əməliyyat deyildi deyə o qədər həyəcankeçirmirdim. Amma yenə məni təkərli çarpayıda əməliyyata aparan rus­dilli tibbbacısından xahiş etdim cərrahdan soruşsun görək cərrahiyyə masasının üzünüqibləyə tərəf çevirmək olarmı. Lakin qiblə an­layışı, xahişin qayəsi onaanlaşılmaz və qəribə gəldiyi üçün xahişimi "Əməliyyat zamanı cərrahiyyəmasasının üzünü Azərbaycana tərəf çevirmək” kimi qoydum. Tibb bacısının cavabıdodaqlarını büzüb çiyinlərinin yuxarı dartmaq oldu.

Cərrahiyyə əməliyyatlarından əvvəlki və sonrakıvaxtlarda xəstəxana palatasında uzanıb qalanda ağlıma gələn müəyyən fikirləriayrı-ayrı bəndlər şəklində cızma-qara elədim. Duyğuların, fikirlərin bu formadaifadəsinə sonralar da hərdən müraciət etdim, lakin bir zaman fərqinə vardım ki,fikir, məzmun, forma, məna, ifadə tərzi və sairənin müxtəlifliyinə görəyazdıqlarımı bayatı, rübai və s. kimi ümumi bir ad altında birləşdirmək olmur.Ona görə də bu bəndləri elə ümumi olaraq "Dörd­misralıqlar” başlığı altındabirləşdirmək qərarına gəldim. Xəstəxana palatasında ilk yazdığım dördmisralıqisə belə idi:

Qərib qəlbə sevinc də,

Nisgil ilə tən dolar.

Qürbətdə ölən kəsin,

Qibləsi VƏTƏN olar.

- Adəm müəllim,maraqlı ədəbi təxəllüsünüz var - "Asnı”. Tanış olmayan söz, ifadədir.

- Bizim kənd – Naxçıvan MR-in Kəngərli r-nun Qarabağlarkəndi bir tərəfdən uca dağlarla əhatə olunub. Kəndimiz də elə dağın ətəyindəyerləşir. Möcüzədir ki, dağın döşündən gur sulu bulaq çağlayır - Asnı bulağı.Suyu çox olduğundan ona bulaq deyil, çay deyirlər. Həmin bulaq-çayın adıdır ki,təxəllüs kimi götürmüşəm.

-Siz ədəbi mühitdə nisbətən gec - əlli yaşadan sonra görünməyə başladınız. İlkiki kitabınız isə eyni vaxtda işıq üzü gördü. Lakin bəzi şeirlərinizin yazılmatarixi iyirmi, otuz il əvvələ aiddir. Nə əcəb daha əvvəldən dərc olunmurdunuz?

- Mən hələ orta məktəb illərindən qəzetlərdə, xüsusənrayon qəzetində ("İşıqlı yol”) kiçik yazılarla çıxış edirdim. Məqsədim dəjurnalist olmaq idi. Amma qismət elə gətirdi ki, hüquqşünas oldum. Uzun müddətƏdliyyə Nazirliyinin Penitensiar xidmətində çalışdım. Doğrusu yaradılıcılığavaxt olmurdu. Arada nə isə yazsam da əlyazması kimi arxivimdə qalırdı. Yalnız2006-cı ildə təqaüdə çıxdıqdan sonra yaradıcılığıa vaxt ayırmağa, qəzetlərdəpublisist məqalələrlə, şeir və hekayələrlə çıxış etməyə başladım. Əvvəlləryazdıqlarımı da bir araya gətirdim və buna görə də ilk iki kitabım eyni vaxtdaçıxdı – "Duyğuların ifadəsi” və "Ovqat”. "Bir röya həsrətində”ki şeirlər isə əsasənson zamanlar yazdığım şeirlərdir.

-Sizcə ilk dəfə görməklə bənd olmaq, sevmək mümkündürmü?

- (gülür) Bilmirəm Sizin bu sualın arxasında nədayanır, ancaq əlbəttə mümkündür. Bizgörüşənədək mən həyat yoldaşımı heç vaxt görməmişdim, tanımırdım. Təsadüfəngörüşdük və qırx ildir ki, rəvan bir ailə həyatı yaşayırıq. Üç övladımız, yeddinəvəmiz var.

-Rəvanmı? Amma söhbətin əvvəlində...

- Sözünüzü kəsdiyim üçün üzr istəyirəm. Bəli, bu həyatdır.Eniş, yoxuşu da olub. Lakin ən əsası bu eniş yoxuşda əlbir olmaq, çətinlikləribirgə adlamaq, özünü tənha, köməksiz hiss etməməkdir. Belə olduqda sədləri,maneələri dəf etmək də asan olur.

-Dedikləriniz ailə, nəvələr, xüsusən də həyat yoldaşınıza həsr etdiyiniz çox səmimişeirlərinizdə də özünü qabarıq büruzə verir. Ancaq ilk məhəbbət, nakam eşq kimimövzularda olan şeirlərinizə də rast gəlinir.

- (gülür) Dedim axı bu sualınızın arxasında nə isədurur. Bunlar hamısı təxəyyülün məhsuludur. Bilirsiniz, məsələ burasındadır ki,nakam eşq yaşamaq üçün, sevmək üçün mənim imkanım, vaxtım olmayıb.Əsl sevməyin nə olduğunu, ailəqurmağın məsuliyyətni dərk etməyə başladığım yaşda olarkən xoş bir təsadüf mənihəyat yoldaşımla qarşılaşdırdı. Və bu təsadüfə görə Tanrıdan çox razıyam. Bunaqədərsə bayaq dediyim kimi vaxtım olmayıb. Orta məktəbi bitirdikdən sonrainstitut, Almaniya Demokratik Respublikaslnda hərbi xidmət, SSRİ DİN-nin Vilnüsşəhərindəki xüsusi məktəbində təhsil, SSRİ DİN-nin Akademiyasında təhsil... Yenicəarxayınlaşıb əmək fəaliyyətinə başlamışdım ki, bacılarım, bibilərim yenicə mənievlənməyə təhrik edirdilər ki, dediyim o xoş təsadüf baş verdi. Bəlkə mövzunu dəyişək?

-Yaxşı, dəyişək, ancaq daha bir sual: həyat yoldaşınız bu şeirlərə görəqısqanmır ki?

- Biz artıq qısqanmaq yaşını ötmüşük. Həyatyoldaşım ziyalı, ali təhsilli qadındır. Qısqanmağın da yerini həddini bilir. Həmdə bayaq söylədiyim kimi nakam eşq yaşamağa vaxtımın, imkanımın olmadığını da,ona sədaqətli olduğumu da, ailəmi çox sevdiyimi də gözəl bilir.

-İlk oxucunuz kim olur?

- Hərdən həyat yoldaşım, əsasən isə böyük bacımSevil müəllim. Bəlkə də mətbuatdan imzasını tanıyarsınız – Qulubəyova Sevil. Əvvəllərtəhsilə dair qəzet və jurnallarda, əsasən də "Azərbaycan müəllim” qəzetində təhsildəkiproblemlər, tədrisin, dərsliklərin təkmilləşdirilməsinə dair tez-tez məqalələr,təkliflərlə çıxış edərdi. Təhsil problemlərinə dair əllidən artıq elmi-publisist,metodik məqalənin müəllifidir. Təqaüdə çıxdıqdan sonra daha yazmır. Sevil xanımməni yazmağa, kitab çıxarmağa təşviq edən üç şəxsdən biri olmaqla bərabər, həm də yeni yazdıqlarımın əsasənilk oxucusu olur. On-onbeş gün ona yeni nə isə oxumasam özü zəng edib yeni nə yazdığım,nə üzərində işlədiyimlə maraqlanır.

-Üç şəxsdən biri dediniz. Bəs digər iki nəfər kim olub?

- Biri qudam və dostum Mehman müəllim. Mehmanİbrahimov. Kitab çıxarmağa təşviq etməklə yanaşı, o da yazılarımın ilk oxucusuolur. Geniş dünyagörüşlü, ədəbiyyatı sevən bir şəxsiyyətdir. Digər və əsas səbəbkarisə çox hörmətli, görkəmli akademikimiz Nizami müəllim Cəfərov olub. Mən Nizamimüəllimi yalnız mətbuatdan, TV-dən tanımış, çıxışlarını, məqalələrini maraqlaizləmiş, heç zaman görüşməmişdim. Lakin Nizami müəllim təsadüfənmənim şeirlərimlə tanış olduqdan sonra onsuz da məhdud olan vaxtından iki saatmənimlə söhbtətə sərf etdi. Niyə şeirlərimi bir kitab şəklində çıxarmadığımısoruşdu, mən də cavab verdim ki, şair deyiləm, elə belə həvəskar kimi hərdən nəisə yazıram. Nizami müəllim müəyyən məsləhətlər verib təkrar-təkrar şeirlərimibir kitabda toplamağı tövsiyə etdi. Ayrılanda telefon nömrəmi götürdü vəinanırsınız, bir həftədən sonra mənə zəng edib iş yerimin yaxınlığında qəzetköşkü olub olmadığını soruşdu və müsbət cavab aldıqda dedi: "Bugünkü "525-ci qəzet”ial, məqaləm var, oxuyarsan”. Qəzeti alıb baxdım ki, mənim şeirlərim,yaradıcılığım barədə Nizami müəllimin "”Həvəskar”ın peşəkarlığı” başlıqlı genişbir məqaləsi verilib. Sanki kənardan məni izləyirmiş kimi məqaləni təzəcəoxuyub bitirmişdim ki, yenidən zəng etdi, məqaləni oxuduğumu öyrənib dedi: "Buda sənin kitabına mənim ön sözüm, get şeirlərini bir kitabda topla” Nizami müəllimləgörüşdən sonra mən əmin oldum ku, müasir dünyamız da yaxşı insanlardan xalideyil. Buna qədər isə etiraf edim ki, N.Cəfərov kimi nəcib, təmənnasız, alicənab,xeyirxah... insanların hələ də olduğuna, hər halda bütün bu müsbət insanikeyfiyyətlərin bir şəxsdə cəmləşə biləcəyinə əmin deyildim. Nə xoş ki, sonralarədəbi mühitə addımladıqca, hər vaxt kömək əli uzatmağa hazır olan NazimMuğanlı, Məmməd Oruc, Vüqar Rəhimzadə, Asim Yadigar, Əbülfət Mədətoğlu,Miraslan Bəkirli, Rəşad Məcid, Aydın Bağırov, Mehman Göytəpəli... kimiinsanlarla tanış oldum və bir daha sevindim ki,dünyamız kimi, ədəbi mühit də yaxşı, xeyirxah insanlardan xalideyil.

-Şeirlərinizə tənqidi yanaşanlara münasibətiniz necədir?

- Nəinki çox normal, hələ minnətdar da oluram beləoxuculara. Kitablarıma yazdığım ön sözlərdə də bunu həmişə vurğulayırm. Düşünürəmki, tənqid qərəzsiz, əsaslandırılmış tənqiddirsə, tənqid xatirinə tənqid deyilsə,müəllif bundan nəticə çıxarar, göstərilən nöqsanları, səhvləri sonrakıyazılarında təkrar etməz deyə bu, müəllifinyalnız xeyirinədir. Həm də, əgər tənqid edilirsə, demək tənqid edən kitabıoxuyub və diqqətlə oxuyub. Hansı müəllif istəməz ki, onun kitabını oxusunlar, həmdə diqqətlə? Qeyd etmək istəyirəm ki, bu sarıdan mənim bəxtim gətirib – qatı,amma obyektiv tənqidçi elə şeirlərimin, hekayələrimin ilk oxucusu Sevil müəllimdir.

-Necə deyərlər, tərəfkeşlik etmir ki?

- Dedim axı, obyektivdir. Bir də ki, nə tərəfkeşlikcanım. Əksinə elə hal olub ki, deyib bunu heç üzə çıxarma, yaxud tamam sil, tambaşqa formada yaz və s.

-Siz də razılaşmısınız?

- Kor - koranə yox. Fikir mübadiləsi aparmışıq,mövqelərimizi izah etməyə, əsaslandırmağa, sübut etməyə çalışmışıq. Olub ki, omənim, olub ki, mən onun haqlı olduğunu qəbul etmişik.

-Bəs özünüz necə, şeirlərinizə tənqidi yanaşırsınızmı?

- Əlbəttə. Elə şeirlərim var ki, mənim fikrimcə heçüzə çıxarmalı, kitaba daxil edilməli deyil. Ancaq onların da yazılmasına güc,zaman sərf edilib, əziyyət çəkilib axı. Ona görə də kitablarıma daxil etmişəm.Bundan əlavə, elə olub ki, mənim zəif hesab etdiyim şeir kiminsə zövqünüoxşayıb, tərif olunub.

-Əsasən nə vaxt, hansı saatlarda yazırsınız?

- Bayaq dediyim kimi əgər məni duyğulandıran, diqqətimiçəkən, ruhumu oxşayan bir hadisə ilə qarşılaşıramsa, ağlıma hər hansı mövzu, rədifgəlirsə yazıram. Nə zaman yazmağıma gəlincə, o baxır nə yazıram. Şeirdirsə,düşündüyüm, ağlıma gələn bir fikri, rədifi bir yerə qeyd edir, sonra asudəvaxtlarımda üzərində işləyirəm. Həmin fikri bir yerə qeyd etmədimsə, o artıq mənimdeyil – sonra ha düşünsəm də ilk ağlıma gələn formada xatırlaya bilmirəm, yaxudtamam unuduram ki, mən nə isə bir mövzu fikirləşmişdim. Hekayənin isə əvvəlcə süjetinibeynimdə "bişirir”, sonra kağıza köçürür, sonda isə diqqətlə oxuyub təkmilləşdirirəm.Əsasən gecə saatlarında, sakitlikdə, yaxud evdə tək olan vaxtlar yazmağıxoşlayıram.

-Hazırda nə üzərində işləyirsiniz? Gələcək planlarınız necədir?

- İyirmidən artıq yeni şeir, bir o qədər də hekayələrimvar. Onların bir neçəsi müxtəlif qəzetlərdə, bir hekayəm "Azərbaycan”jurnalında dərc olunub. Son dəfə bu yaxınlarda "Haqqın sədası” qəzetində yeddişeirim dərc edilmişdi. Yeni şeir, hekayə və lətifələrimdən ibarət bir çələngtutmaq, bir kitabda toplamaq və kitabın da adını elə "Çələng” qoymaq fikrindəyəm.Ancaq bu ideya dəyişə də bilər.

-Son olaraq axır zamanlar yazdığınız şeirlərdən birini oxucularla bölüşərdiniz.

- Ən son yazdığım, ilk olaraq bir neçə gün əvvəlSevil müəllimə oxuduğum "Sığallı xatirələr” şeiridir. Mən hamısını deyim, sizneçə bənd istəsəniz o qədərini dərc edərsiniz. Hamısını versəniz lap yaxşı.


Son görüş sığal çəkdin,

Saçlarıma o gecə.

Ömürlük hicran əkdin,

Necə qıydın, de, necə?


Məni eşqin xəstəsi

Edib saldın kəməndə.

Sığalınınistisi,

Bir ömürdüki, məndə.


Halım Məcnununhalı,

Bir səhra yox qaçım da..

Əllərinin sığalı,

Hələ durur saçımda.


Duyuramqarış-qarış-

Vaxtsilməyib birin də.

Çoxda saçım ağarmış,

Sığallaröz yerində.


Ötüb neçə illərim,

Sığalsa təzə, tərdi.

Sənli xatirələrim,

Sənsizlikdən betərdi.


Neçəbahar, neçə qış,

Zamankülüngün vurur.

Hayusa da qar, yağış.

Sığalınhələ durur.


Bir ömür boyda illər,

Həsrətli qal, gör nədir.

Sığallı xatirələr,

Həsrəti də göynədir.


- Ənənəvi bir sual verməkistəyirəm – hansı sual daha çox xoşunuza gəldi?

- (yenə gülür) Nakam eşqbarəsindəki suallarla məni sıxma-boğmaya salmaq cəhdinizi nəzərə almasaq,sualların hamısı müsahibənin əhatə dairəsində və maraqlı idi.

-Maraqlı müsahibə üçün sağ olun, Adəm müəllim.

- Təşəkkür edirəm. Siz sağ olun.

Söhbətləşdi: Əbülfət MƏDƏTOĞLU


TƏQVİM / ARXİV