adalet.az header logo
  • Bakı 18°C
17 May 2019 16:07
11177
ƏDƏBİYYAT
A- A+

CAZİBƏ

(təəssürat-esse)

Hər dəfə Günəş cümə gününün başlan­dığını bə­yan eləyəndə Saleh Qur­banovun düşüncələrində qəribə bir yerdə­yişmə baş­layır. O, nəzərdə tutduğu işləri gün ərzində görüb ba­şa çatdıra bilmir. Özün­dən asılı olmayaraq daşı-daş üstə qoymağı başqa günə təxirə salır. Ağac ək­mək istəyəndə də bu hal təkrar olunur. Əkiləcək, bel­lənəcək sahəni uşaqlara həvalə edir. Qoyun-quzu­ya baxmaq işi də eləcə… Ədəbiyyat müəlliminin daha vacib üç işi var: şagirdlərin yazı işlərini yoxlayıb qiymətlən­dirmək, mütaliyə etmək və bədii yaradı­cılığı ilə məşğul olmaq. Saleh müəllim həftənin cümə günü öhdəsində olan işlərin heç birini lazımınca yarıtmır.

Çünki səbəb var. Bu səbəbin adı cazibədir. Məkanı da Gəncə şəhəri, İnzibati binanın sağ cinahının dördüncü mər­təbəsində geniş və işıqlı bir otaq. Bu otağın qapısına bir ta­nın­ma lövhəsi vurulub: Azərbaycan Yazıçılar Birliyinin Gən­cə şöbəsi.

Hər həftənin cümə – beşinci günü bədii yaradıcılıqla məşğul olan qələm sahibləri saat 2 tamamda bu işıqlı otağa toplaşır, yeni yazılarını müzakirəyə ötürür, bəzən də müxtə­lif məzmunlu tədbirlərin iştirakçısına çevrilirlər. Bax, Saleh Qurbanov da uzaq yolu qət edib özünü cümə gününün təd­birinə yetirir. Və bu iştirakdan xoşhal olur, mənəvi cəhətdən sənət həzzi duyur. O, işlərini yarımçıq qoyub bu yığıncağa ona