BOŞ PARTA
(Hekayə)
Bir gün müəllim dərs dediyi dördüncü sinif şagirdlərinə ev tapşırığı verdi:
-Uşaqlar,evdə hər bir kəs atasının hansı bölgədə döyüşdüyü haqda öz təəssüratlarını yazsın...Sabah yoxlayacağam...
Məktəbdən evə qayıdan Nazilə atasından soruşdu:
-Ata,sən hansı bölgədə döyüşmüsən?
Ata bir anlıq tərəddüd keçirdi.Sonra qızının bunu nəyə görə soruşduğunu öyrənib acı bir təbəssümlə dilləndi:
-Qızım,mən Rusetdə...
Nazilə hövsələsini basa bilmədiyindən atasının sözünü tamamlamağa imkan vermədi:
-Ora da döyüş bölgəsidir ki?..
-Yox,qızım,həmin vaxtlar sizə çörək qazanmağa getmişdim...
Nazilə daha heç bir söz demədi...
Səhəri gün şagirdlərin hər biri atasının hansı bölgədə döyüşdüyü və göstərdiyi igidliklərlə bağlı təəssüratlarını yazıb gətirmişdi...Müəllim şagirdləri bir-bir lövhə qarşısına çağırıb həmin təəssüratları oxudurdu.Təəssüf ki, bu gün partalardan biri boş qalmışdı...
ZƏHƏRLİ DİŞ
(Hekayə)
Hələ milli münaqişələr baş qaldırmamışdı.Torpaq iddiası açılıb-ağardılmamışdı. Nə "qaçqın", nə də "köçkün" sözləri dildə-ağızda elə də işlək deyildi...
İrəvanın beş addımlığındakı kəndlərdən birində yaşayan Nurəddin kişigilə Azərbaycandan tez-tez qonaq-qara təşrif buyururdu.Üç-dörd gün olardı ki, Gəncədə yaşayan nəvəsi Sədaqət də onlara gəzməyə gəlmişdi.Bir səhər Hurəddin kişi dişi bərk ağrıyan Sədaqəti də götürüb İrəvandakı mərkəzi diş poliklinikasına gətirdi.Həkim Karapet qızın dişini nəzərdən keçirib çəkilməli olduğunu bildirdi.Tibb bacısı Silva qızın damağına iynə vurdu.Beş-on dəqiqə keçəndən sonra Karapet maqqaşı əlinə götürdü...Dişi yavaş-yavaş sağa-sola oynatdı...Bu zaman Silva öz dillərində yavaşca : "Hələ bir az eş,çıxarmağa tələsmə"-dedi...Karapet dodaqaltı mızıldandı:-"Özüm yaxşı bilirəm..." Tibb bacısının dediyi sözləri və həkimin him-cimini elə ilk baxışdan anlayan Nurəddin kişi bir təhər səbrini basıb gözlədi.
O, ermənilərin əhatəsində yaşadığından onların dilini az-çox başa düşürdü... Karapet isə elə bir ucdan azərbaycanca deyinirdi:"Ara,bu dişin kökü qarmaq kimi əyilb...Qoy görüm neyləyirəm..."
Karapet əlindəki maqqaşı sağa-sola oynatdıqca Sədaqət ah-uf eləyir,gözlərinin yaşını axıdırdı.Nurəddin kişi isə beynində nəyisə ölçüb-biçir,çətinliklə də olsa səbrini cilovlayırdı.
Karapet daha işin ağaracağından ehtiyat edərək çox da uzatmadı. Dişi çəkib çıxartdı və yerinə pambıq qoydu...Ancaq pambığı heç yodlamadı da...
Nurəddin kişi stomatoloji kreslonun önündə dayanıb həkimin yaxasından yapışdı:
-İndi sən əyləş kresloda!..
-Ara,mən nəyə?..
-Mən də sənin dişini çəkəcəyəm!Özü də zəhərli dişini...Siz ilan kimi bir məxluqsunuz...Zəhərli dişiniz çəkilməsə,sizə öhdə olmaz!
Nurəddin kişinin vitrindən əlinə götürmş olduğu yekə maqqaşı görən Karapet daha da vahimələndi... Çabalayıb onun əlindən çıxmaq istədi. Bir anlıq yerində donub qaldı...Birdən balıq kimi`çabalaya-çabalaya Nurəddin kişinin əlindən sürüşüb çixdi və özünü qaranəfəs bayira atdi. Dəhliz boyu:-Ara,bu türk məni öldürdü,köməyə gəlin!- deyə çığırmağa başladı...
Nurəddin kişi onun arxasınca nifrətt dolu baxışlarla nəzər yetirdi... Diqqətlə baxıb gördü ki,artq dəhlizin başına çatmaqda olan Karapetin şalvarı islanmışdır...
YARALANMIŞ ŞİKƏSTƏ
(Hekayə)
Şəhər dəryada qəzaya uğramış nəhəng bir gəmini xatırladırdı.Hamı da həyəcan içərisində idi.Hamı da necə olursa-olsun ölümün caynağından canını qurtarmaq istəyirdi...Kimi özünü qobu-qolpuna atır,kimi dərəyə üz tutur,kimi də meşəyə baş vururdu...Ömrün səksənini artıq arxada qoymuş xanəndə Şuşadan ayrılmaq istəmirdi.Düşünürdü ki, doğma yurd-yuvasından ayrılan kimi səsini xatirələrində dəfn edəcək,yaddaşını itirəcək,dönüb olacaq quru bir müqəvva... Bu səs həyatı boyu ona çörək vermişdi...Naxələf çıxmaq olmazdı bu səsə...Çörək kimi gözlərini tutardı bu səs onun...
Ürəyindən keçirdi ki, bu vida anlarında son kərə bir şikəstə çəksin.Özü də Qarabağ şikəstəsi!Düşünürdü ki,düşmənin cavabını elə bununla vermiş olar...Ancaq hələlik səsini içində boğurdu. Cınqırını çıxarmırdı.Gözləyirdi...Gözləyirdi ki,yuvasından quş kimi perik düşən əhali heç olmasa yolunun qibləsini tapsın...Şəhəri tərk edənlər onu dəstələrinə qoşmaq istəsələr də,razı olmurdu.Deyirdi ki,siz gedin,nigaran qalmayın,gələcəyəm,bir balaca işim var...
Qoca xanəndə hiss etdi ki,daha şəhər tamam boşalıb...Ətrafda heç bir hənirti yoxdur...Təkcə ermənilərin top-tüfənginin səsi eşidilir...
Əlini qulağının dibinə qoyub ucadan oxumağa başladı.Bu anlarda Şuşada ömür sürdüyü ötən xoşbəxt aylar,illər Qarabağ şikəstəsinin sədaları altda gəlib gözləri önündən keçdi... Qoca xanəndə bu ixtiyar çağında sanki torpaqla halallaşırdı...
Bir də Cıdır düzündə gəzəcəkmi,bir də İsa bulağının suyundan dada biləcəkmi,bir də Topxana meşəsində bülbüllərin cəh-cəhini dinşəyəcəkmi!?Bu cavabsız sualların qarşısında aciz qalan qoca xanəndə əlac yolunu oxumaqda görürdü... Ona elə gəlirdi ki,ömründə hələ bu günə kimi belə yanıqlı oxumayıb,ürəkdən belə zilə çəkməyib...
Şikəstənin ən şirin yerində qulağının dibindən bir güllə vıyıltı ilə ötüb keçdi...Qoca xanəndə fərqinə varmadı.Oxumağa davam etdi... Yenicə "Qürbət cənnətə dönsə... " demişdi ki,ona elə gəldi ki,kürəyi od tutub yandı...Kürəyini dəlib keçən güllə onun şikəstəsini sinəsində yaralamışdı...O,son nəfəsini toplayıb zil səslə "Yaddan çıxmaz Qarabağ !"-deməyə özündə təpər tapdı və üzüqoylu torpağa sərildi...
Goranboy rayonu,Xanqərvənd kəndi