adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 May 2019 16:04
12941
ƏDƏBİYYAT
A- A+

Bir poemanın fəlsəfi yükü

Azərbaycan poeziyasında öz fərdi üslubunu yaradan, insan ruhunun ilahiliklə birləşməsinin poetik missiyasını önə çəkən, yaradıcılığında adekvatlığı (affektivliyi) müsbət emosional təəssüratların güclü və davamlılığı kompleksini leytmativə çevirən şair Yusif Həsənbəyin yeni bir əsəri – «Siziflərin qiyamı» poeması mənə belə bir haşiyəyə çıxmaq ehtiyacını doğurdu. Yüz illərlə davam edən erməni-Azərbaycan münaqişəsi istənilən sayda bədii əsərlərə mövzu vermişdir, o cümlədən poeziyaya. Şairlər öz sosial-bədii dünyagörüşləri səviyyəsində problemin gedişinə yanaşmışlar. Yusif Həsənbəy tamam başqa bir yandan: fuqurantlığa, empirizmə, pafosa yaxın durmadan fəlsəfi əsər qələmə almışdır. Məncə, poeziyada fəlsəfəçiliyi terminaloji şüurda axtarmaq yox, əsərin ümumi ruhunda görmək daha məqsədəuyğundur.

Mənim şair Yusif Həsənbəy poeziyasına müraciətim ikinci dəfədir – fərqli rakurslardan. Və istər-istəməz bəzi suallara cavab axtarmalı oldum – fikrimi az-çox əsaslandırım:

İnsanda İdrak nəyə qadirdir və harada uduzur? İdrak hər bir hərəkətin meyarı rolunu oynamağa qadirdimi? İslam təlimində hansı dini qıcıqlandırır?

Bu «triada»nın mahiyyətində təbii və qeyri-iradi instinktlər mövcuddur: hansı ki, bu instinktlər insan şüurunu ifadə edir: «sağa» və «sola», «xeyirə» və «şərə», «fəzilətə» və «fəsada». «Sağlar» insanı daha artıq çalışmağa, faydalı iş görməyə, körpələrin rahat böyüməsinə yönəldir. «Sollar» insanı ölümə, fəlakətə, bədbinliyə istiqamətləndirir.

Müəllifin Allaha tez-tez müraciəti bir millətin (xalqın) acizliyi kimi səslənmir, əksinə, Allah insanın mövcudluğunu və yaşayışını öhdəsinə götürmüşsə, cızığından kənara çıxan bəndələrini düz yola gətirməyə də cavabdehlik daşıyır. Hər iki fərqlilik İdrakın məhsuludur. Əgər o insan kütləsi – millətdirsə, bu statusa malikdirsə, xeyirxah işləri həyata keçirmək üçün bütöv sistem vermişdir; bu, ağıl (idrak), güc (qüvvət) və iradədir (dözüm). Elə xalq (millət) var ki, bu «üç» dənə yaxşıya doğru inkişaf edir, yüksəlir. Elə xalq (millət) da mövcuddur bu «üç»dən məhrumdur. Bu, erməni-daşnak psixologiyasına heyvani hərəkətə rəvac verir, çünki onların İdraka sahib olan içərisindəkiləri: ideoloqları, yazarları və düşünənləri üçün qan tökmək, boş xəyalpərəstlik «çəpərə daş atmaq» və sair qeyri-insani davranışların adiləşmişdir – əsrlərdən üzü bəri! Bunun nəticəsində qeyri-iradi hərəkətləri üzə çıxır, insani həyat qüvvəsi heyvani həyatdan fərqlənmir.

Partlayan hər qumbara

Bir dərya oyuq!

Hər oyuq cəsədlərlə dolu

Bir daş məzar, bir daş qoyaq!

Güllələrin sırası qırmızı

Hellogen çubuqlarıydı sanki…

Və məndə qənaətə gəlməyə heç bir şübhə yeri qalmır ki, insan iki həyatını yaşayır: qeyri-adi, amma normal həyatdır və canlılara (heyvanlara) məxsus xüsusiyyətləri özündə ehtiva edən bir sürü «seçilmiş»lərdir, idraka əsaslanmayan qeyri-insanilikdir – o ali məqama, o yüksək mərtəbəyə yüksəlməkdən məhrumdur. Vaxtilə İmam Əli ibn Əbi Talib (ə) buyurmuşdu ki, insan öz ağılı sayəsində insandır.

Demək, ağılını itirən bir millət varlığını da itirmək təhlükəsində qalır; yoxsa:

Qarabağın Xan kəndində,

«Daşnak»ın bir damcısı

Alının çəpərinə bir daş atdı!

Çiyninə səpələnmiş saçları

Xarlanmış gümüş,

Üz-gözü armud qaxı kimi büzüşmüş

Alı kişi dinmədi –

Cin atına minmədi!

Haşiyə çıxmağa və düşünməyə dəyər ki, Alı kişilərimiz o qədər susdular, insani hisslərinə sığındılar – erməni daşnakları üstümüzə yeridilər, çün bizlər «Lenin tərbiyəsi görmüş humanistlər» olmuşuq. Bu azmış kimi, ermənilər qızışanda bəzi başbilənlərimiz, «ev-ev gəzib quş tüfənglərini», hətta «Novruz» gecələrini nurlandıran bayram fişənglərini, uzaqdan tapançaya oxşadılan paslı çıraqları yığışdırmaq əmri verdilər. Belə ki:

Oraqları da yığıb, Sovetliyin həyətində

Bir tonqal qatdılar.

Amma daş atanlar bu dəfə

Lülələrin, güllələrin ucunda

Daş atmadılar, yox.

Kopa-kopa, bomba-bomba

Atəş açıb Şuşanın divarlarını partlatdılar.

Anamızı ağlatdılar!

Şair Yusif Həsənbəy poetik deyimində anladır ki, insan(lıq) öz idrakı və qavrayışı ilə insandır, instinktləri ilə yox. Əgər bu təbiətinə sadiqdirsə (daşnak xarakterli) heyvandır. İnsanın ən üstün cəhətlərindən biri də ağılına və idrakına əsaslanan əməlidir. Bu yoxsa, tarixə nə zor gələ bilər, nə də dəyişdirə bilər! Mənsub olduğu din faktorunu əlində bayraq edən millətin taleyi fənaya uğramış olar.

«Siziflərin qiyamı» poemasında bir mətləbə işıq salmaq məqsədəuyğundur; bu, əsasən Qərb ideoloqların hakimiyyət hərisliyi ilə əlaqədar problemdir: məsələ belə açıq qoyulmur və Yusif Həsənbəy poema yazmışdır, poeziyanın tələblərini gözləmişdir.

Hakimiyyət psixologiyası Qərbdən (Avropadan) qaynaqlanırsa, erməni ideoloqlarının ovqatına haradansa təbii baxmağa dəyər, ona görə ki, onlar heç bir zamanda, dövrdə, erada Qafqazda yaşamamışlar, Şərqin intiqamını görməmişlər, bu hissi keçirməmişlər və tarixən qoltuqaltını sevmişlər; sübuta ehtiyac yoxdur. Lakin hakimiyyət hərisliyi, başqa dövlətin, xalqın torpağını zəbt etməyin fəsadları azadlığın yolunu kəsmişdir, bu məsələdə sadəlövh düşünmək səhvdir. Məşhur fransız ədəbiyyatşünası, strukturalizmin tanınmış nümayəndəsi Rolan Bart (1915-1981) yazmışdır ki, bu gün sadəlövh adamlar hakimiyyət mövzusundan çox danışırlar: bir tərəfdən əlində hər cür hakimiyyət olanlar, digər yandan isə əli ona çatmayanlar bu fikri öz gündəlik hərəkətlərilə ifadə etməkdən belə utanmırlar.

Hakimiyyət həm də ideoloji hadisədir, sosial yalanın ən incə mexanizminə yuvarlanmaqdır. Bu fikir başqa formada, incə poetik deyimdə erməni vəhşətini, qeyri-əxlaqi davranışını əks etdirir. Belə bir rakursdan poeziya istəniləni, güman ediləni, arzu olunanı təsvir gücünə malikdir və hansı səmtə vurnuxsa da insan faktorundan kənara çıxmamalıdır, çünki şair insan (oxucu) üçün yazır, onun estetik zövqünü nəzərə alır. Poeziyanın dili («Siziflərin qiyamı» da istisna deyil) bütövlükdə həyatın ekzistensial təsviri üçün ideal vasitə sayılır. Filosof, yazıçı J.P.Sartr yazırdı ki, hərçənd, ədəbiyyat bir şeydir, əxlaq isə başqa bir şeydir; bununla belə estetik imperiativliyi əxlaqi imperativlikdən fərqləndirir.

Poemada heç də bədbin ruh axtarmağa ehtiyac görmədim geniş masştabda. Çünki erməni xislətinin mahiyyəti əsrlərlə bəllidir: oğurluq, böhtan, zarımaqla qoparmaq, öz yurd-yuvası olmadığı halda başqa məkana göz tikmək. Şair Yusif Həsənbəy müasir silahlarla silahlanan erməni vəhşiliklərinin hərəkətini təsvir etməklə əyaniləşdirir və əxlaqa səsləyir. Erməni pilotu təyyarəyə qalxır, məqsədi bəllidir:

Pilot baxmadı aşağıda çığırışanlara

Böyükdü, yoxsa uşaqdı.

Bir bomba vıyıldadı,

Məktəb səmasında şimşəklər çaxdı.

Az sonra çərçivələri yanmış pəncərələr

Gözlərinə qara eynəklər taxdı.

Neçə-neçə «füqas» düşdü –

Dalğası dağıdıcı rəqqas düşdü –

Məscidə – Allah evinə!

Əgər bir millət öz siyasəti müqabilində Allah evini bombalayırsa, günahsız körpələri, məktəbləri yandırırsa hansı bədbinlikdən söz açaq, pessimizmə qapılaq, «bədbin hiss» keçirək, bombalanan ağacların, uşaqların qədri bilinmirsə, o xalq başından dırnağınacan faciəli xislətdirsə… fəlsəfi baxımından bu hərəkəti idrak edəndə ermənilərin Qarabağa soxulması, «Böyük ermənistan» iddiası və sair fəlakətlərin «ağılın şişirdilməsi»nin (hipertrofiya) ayağına yazmamaq mümkünsüzdür. Onlar «işğalçılıq virusu»na tutulmuşlardır. Onlar daha dərin böhrana yaxınlaşdıqlarını az sonra başa düşəcəklər! Anlayacaqlarmı? Mübaliğəsiz deyərdim ki, şair Yusif Həsənbəy öz poetik fəlsəfəsində «ağılın repressivliyi» ideyasını real tarixi şərait kontekstində görür, hansı səbəbdənsə, hansı subyektiv niyyətindənsə «özgələşmənin» faciəsini sezdirir; bu isə ağılın antixrisliyidir – xalqın məhvini şərtləndirir. Dəhşət ondadır, daşnaklar maariflənməkdən çox-çox uzaqda dayanırlar, dünyanın rassionallaşmasında emosiyaya üstünlük verirlər. Bu, dönüklük deyilmi, ibtidai mifoloji şüur səviyyəsinə enmək deyilmi? Ağılın «senzurası»nı itirmək deyilmi?

..Bir körpənin dəfn olunduğu bir anda

Titrəyir torpaq.

Daşların arasından

Sıçrayır bir zanbaq.

Ah! Nə əcəb, nə gözəldi, İlahi!

Dəfn olunan o körpə indən belə

Zanbaq ömrü yaşayacaq!

Kəpənəklər yuyunacaq şehlərində

Arılar ləçəklərindən

Bal şəhdi daşıyacaq!

Bax, şairin nikbinliyi! Və:

Dünya sabahdı!

Dünya Allahdı!

çağırışı və inamı? (Mən poetik əlvanlığı, obrazlılığı, fikrin çevikliyini vurğulamaya bilməzdim).

«Siziflərin qiyamı» poemasını erməni-azəri-türk kontekstindən (reallıqdır) daha geniş bədii-sosial müstəvidən çıxarmaq istərdim. Bəşəri fəlakətlər, adətən, adi bir münaqişədən, qətldən törəyir (bu, təbii ki, bəhanədir), zəmanət vermək olarmı sabah Dünya müharibəsi başlamaya bilər? Ona görə də «ağılın repressivliyi»nə gəldikdə Z.Freydə görə, insanın tarixi-onun sıxılması (boğulması) tarixidir, unutmamalı insan yalnız sosial varlıq deyil, eyni zamanda mövcudluğunun ayrı-ayrı tərəflərindən əlavə instinktiv davranışına xidmət edir, bu aqressivlik insanlığa qarşı yönəldilməməlidir.

Poemada Allaha müraciətin məntiqində bəzi nüansları proqnozlaşdırmaq olar, gözəgörünməz Tanrını iki yolla idrak edə bilərik: qəlbən, fitri hisslərlə, ağıl və dəlillərlə! Birinci, əlbəttə, daxili hisslərlə, ruhla bağlıdır, ikinci idrakla. İslamiyyətin fəlsəfəsində maraq hissi, xeyirxahlıq hissi, gözəllik hissi və dini hiss dayanır. Göründüyü kimi, bəşəri səciyyəlidir və bu hisslərin leytmotivində əxlaq durur, insan fəzilətlə, ruhu ilə yaşamalıdır. Xoş davranış və təmənnasız səxavət fitri olmalıdır. Bu dəyərlər hansı millətdə yoxsa «olum» və «ölüm»də ikincini seçir. Ermənilərin tarix boyu müsəlmanlara qarşı aqressivliyi dinlərin bəşəriliyini – sekulyarizasiyalığını kölgə altına salır. Erməni ideoloqları – başçıları anlamaq istəmirlər ki, «fitrilik» insana, «təbiilik» heyvanlara xasdır. Lakin heyvanlarda müsbət şeylər yox deyil. Arılar (bal arısı) güllərin şirəsini çəkmək, altı guşəli yuva qurmaq missiyasını yerinə yetirir və insanlara bol məhsul verirlər.

Erməni daşnak psixologiyalılar isə insanın fövqəltəbii amilinə mənfi münasibət bəsləmişlər, dini hisslərini millətlər arasında həyatdan ayırmağa çalışmışlar, hər yeni nəsildə bu hiss aşılamışlar, «ayaq yeri» belə qoymamışlar. «Qaranlıq səhifələri» ört-basdır etmişlər. Ona görə də milli mədəniyyətləri mantaj yolu ilə yaranmışdır, bu gün oğurluq əlini bizim milli-mədəni dəyərlərimizi özlərinə çıxmaqla məşğuldurlar.

İstedadlı, hələ də lazımi haqqını almayan şair Yusif Həsənbəyin «Siziflərin qiyamı poeması son on ilin ən yaxşı, poetik ovqatla fəlsəfi fikrin qovuşması kontekstində dədə-baba torpaqlarımıza illərdən bəri göz dikmiş erməni daşnakların, şovinistlərin, böhtançıların psixologiyasından, xarakterindən bəhs edən fundamental əsərdir. Müəllif oxunaqlılıq xətrinə lirik ricətlərə, həzin mənzərələrə, analoji dialoqlara yol verməmişdir. Lakin Y.Həsənbəyin özünə xas poetik dilin çoxmənalılığı, simvolik səciyyəliliyi orijinaldır. Zəruri bir mövzunun təsvirində ifadə aydınlığı ideyanın kifayət qədər dərin, emosional səslənməsini şərtləndirir. Elə detallar var psixologizm əhvalı yaradır, düşünməyə bilmirsən:

Göydə uçan bir qaranquş daş

kimi düşdü yerə.

Quşun nəfəsini kəsmişdi

Qocanın nəşindən qalxan

Qaynar qanlı buxar!

Dolan bulud boşalacaq –

O buludun hər çiçəyi odlu

qurğuşun olacaq!

Poemada bəşəri çağırış motivlərində həqiqətən, Sizif qəzəbi səslənir, qiyama çağırış hayqırtısı eşidilir. Axı nə qədər haqsızlığını ortaya qoyub günahsız insan qırğınları törətmək olar! Tarixən olub, lakin. Həqiqət öz yerini tutub, bu məqamda şairin haraya bizi çağırır ki:

Ey yağılar!

Ey dığalar!

Ətəyinizdən tökün o mərmi daşları,

Neronlar, Sezarlar bata bilməyib

Sizif qullara.

Uzaqda deyil «əsəbləri daş-daş mişar Siziflər»in qiyamı. Xatırladır şair:

Tikanlı məftillərə sarıldılar

Çəkildilər!

Qopardılar beton dirəkləri özülündən.

Sizif Spartaklar,

Uçuldu hasar!

Bax, beləcə intiqam hissi qiyama çevrilir, ürək-ürəyə, kürək-kürəyə söykənəndə. İnsanlar birləşəndə «dağ bədənlər» qiyamında qələbə qazanır, «Baş bir yana, leş bir yana dağılır» - Koroğlunun igidləri də belə etmişdi!

Yusif Həsənbəyin obrazı Alı kişinin çəpərinə daş və bomba atanların aqibəti necə ola bilərdi? Poema «bədbin ruh»la yox, nikbin ovqatla oxucu ilə vidalaşır. Budur, «Siziflərin» qiyam fəlsəfəsinin mahiyyəti, sonuclanır.

Alı kişini gülüncə qoyan

O qansız zabitin

Ayaqlarından yanlara çəkib

Böldülər ikiyə!

Düşərgə bürcündə titrəyən bayrağı da

Döndərdilər ayaqaltı silgiyə.

08.05.2019.