adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
17 May 2019 16:01
19983
ƏDƏBİYYAT
A- A+

Sabir Rüstəmxanlı tək beytlərdə

1. Rüstəmxanlı Sabirimiz!

Artıq yaşın yetmiş üçdü, yetmiş üç. Bu yaşda da gəl özündə bir qüvvə tap, bir güc tap,

Dəliqanlı bir igidtək at özünü boz kəhərin belinə, məmləkətin bu başından o başına bir də çap!

2. Rüstəmxanlı Sabirimiz!

1989-un bir səhərçağı nə şığıdı üstünə qapqaraca bir maşın,

Şükür Allaha, travma almadı nə əlin-qolun, nə beynin-başın.

3. Rüstəmxanlı Sabirimiz!

1990-da oğurlandı maşının atıldı qəbiristana, silgəcdə xəbərdarlıq;

Bu gün maşının gəldi, sabah özün gələrsən, bəklər səni qəddarlıq.

4. Rüstəmxanlı Sabirimiz!

1991-in avqustunda öyrədilmiş qoçular AXC-nin o sarsılmaz qalasını dağıtdılar,

O qansızlar xüsusi bir qəddarlıqla ölümünə vurdular, səni yer-yer ağrıtdılar.

5. Rüstəmxanlı Sabirimiz!

Ermənilər Bakıda yığıb kitablarını yandırıb kül etdilər,

«Ömür kitabı»nısa divarlara mıxlayıb sonra güllələtdilər.

6. Rüstəmxanlı Sabirimiz!

Daşnakların «ölüm siyahısı»nd adın Ziya Bünyadovla yan-yanaşıydı,

Bu ölümə fitva verən, bu terrora imza atan Əsiryanlar yaman naşıydı.


7. Rüstəmxanlı Sabirimiz!

Yolunu salmamısan Məkkədən, Mədinədən,

Müstəqillik yoluna könül bağlamısan sən.

8. Rüstəmxanlı Sabirimiz!

Ən gözəl cehizi oldu qızımın

Cehizləri içrə «Ömür kitabı»n.

9. Rüstəmxanlı Sabirimiz!

Millət, Vətən, məmləkət əbədi batar yasa,

Azadlıqlar ağacı qanla suvarılmasa.

10. Rüstəmxanlı Sabirimiz!

Müstəqillik savaşının əlikülünglü Fərhadısan,

Özgürlüyün, azadlığın qırılmayan qanadısan.

11. Rüstəmxanlı Sabirimiz!

«Sən elin əlindən qılıncı ilkin, cələngi sonuncu alanlardansan»,

Kəsərli-təpərli söz qılıncını yadların başına çaxanlardansan.

12. Rüstəmxanlı Sabirimiz!

Qeys Leylinin oldu yalnız Məcnunu,

Bütöv bir xalqınsan sən ki cününü.

13. Rüstəmxanlı Sabirimiz!

Xalqın, Vətəninçin elədiklərin

Çıxmaz yaddaşından yurdsevərlərin.

14. Rüstəmxanlı Sabirimiz!

Birlik tərəfdarısan, əminsən ki, birliksiz millətə dirilik yox,

Fəqət mənafelərə, yalana və talana söykənən bir birlik yox!

15. Rüstəmxanlı Sabirimiz!

Əlində bir qılınc var – Misri qılınca bənzər azadlıq qılıncıdır,

Sən ki gözəl bilirsən pay verilən azadlıq oksigen balıncıdır.

16. Rüstəmxanlı Sabirimiz!

Söz millətin ruhudur, təslim etdin canını bu müqəddəscə ruha,

Sözbəsöz ucaltdığın yüzlərlə söz abidən yol alıbdır sabaha.

17. Rüstəmxanlı Sabirimiz!

XX əsrlə XXI əsrin canlı mənəviyyat körpüsü, ucalıq zirvəsisən,

Millətə vurğunluğun səngiməz-öləziməz qaynağı, nüvəsisən.


Musa Xanbabazadə