Ziyafət Əsgərov: “Açıq deyə bilmirlər ki, “ay Azərbaycan, biz sənin inkişafını istəmirik”
Azərbaycana qarşı bu cür çirkin kampaniyanın aparılması birinci dəfə deyil.
Bunu Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov parlamentin bu gün keçirilən iclasında deyib.
Z.Əsgərov bildirib ki, Azərbaycanda "Avroviziya” mahnı müsabiqəsi, Birinci Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları zamanı da belə hadisələr baş verdi:
"İndi də Avropa liqasının final matçı keçiriləndə bu cür hadisələr baş verir. Burada məqsəd aydındır. Azərbaycanın müstəqil siyasətinə kölgə salmağa çalışırlar. Azərbaycanın inkişafını gözü götürməyən qüvvələr çoxdur. Azərbaycanda istənilən beynəlxalq tədbir keçiriləndə hər vəchlə çalışırlar ki, bunun qarşısını alsınlar. Ancaq Azərbaycan buna imkan verməyəcək".
Vitse-spikerin sözlərinə görə, Azərbaycanda təhlükəsizlik ən yüksək səviyyədə təmin olunur: "Cənab Prezidentimiz ətrafında sıx birləşmişik, hansı hücum olacaqsa, adekvat cavabını alacaq. Bütün bunların bir səbəbi də odur ki, beynəlxalq hüquq işləmir. Beynəlxalq hüquq işləsəydi hər kəs yerində oturardı. Açıq deyə bilmirlər ki, "ay Azərbaycan, biz sənin inkişafını istəmirik”. Biz hamımız bir səslə çəkici bir yerə vurmalıyıq”.(modern.az)
Digər Xəbərlər
18 Aprel 2024 19:00
Azərbaycana bunun üçün 38 milyon dollar vəsait ayırdıq - ABŞ səfiri
18 Aprel 2024 17:10Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək
18 Aprel 2024 16:39"Fransa demokratik ideyaları məhv edir" - Səməd Seyidov
18 Aprel 2024 16:23"Fransa öz gözündəki tiri görmək istəmir" - Deputat
18 Aprel 2024 15:50