adalet.az header logo
  • Bakı 16°C
17 May 2019 13:08
11941
ƏDƏBİYYAT
A- A+

O qəm mənə tanışdı...

Gözlərindən boylanan

O qəm mənə tanışdı.
Vallah qaca bilməzdim

Dərd məni tanımışdı...

( F.Balabəyli)

Səmada görünən rəngli qövsi xətlər..., "Yağışdan sonra sanki müjdə sevinci ilə gülümsəyirdi..., "Yağışdan sonra günəş şəfəqlərinin isti hərarəti yağmur zamanı səmadan dilək olan arzuların çin olması idi sanki... Eləcə də, "Yağışdan sonra kitabının müəllifi şair Faiq Balabəylinin ömür yolu, yaradıcılıq uğurları kimi...

Şair Faiq Balabəylinin yaradıcılığının "Eh, ayrılıq nə ymansan”, "Kəsilməyən həyəcan fiti”, "Sənə yazılan şeirlər”, "Burda darıxmaq olmaz”, "Yaşıl yuxulu dəniz”, "Bayıldan –bayıra” nümünələrindən sonra, yeddinci "pöhrə budağı olan "Yağışdan sonra şeirlər kitabını vərəqləyərkən bir oxucu kimi fikrimi bildirmək istədim. Hər bir yazar, qələm əhli üçün yazdıqları haqqında oxucu rəyi ehtiyac duya bildiyi bilgidir məncə... Eyni zamanda misraların oxucu ürəyində saldığı lövbər də "biz varıq, sədasını siz verin! - deməkdədir...

İlk öncə onu qeyd edim ki, Faiq müəllimə hədiyyə kitabı üçün çox təşəkkür edirəm. Və bir haşiyə çıxaraq demək istərdim ki, yaxın günlərdə bir tədbirə gedərkən kitabı da özümlə aparmışdım ki, vaxt olduqca yenidən oxuyam. Kitabı oxuyarkən arxa sıradan bir xanımın onu məndən istəməsi diqqətimi çəkdi, sizlərlə paylaşmaqda məqsədim odur ki, kitab əlimdə ikən arxadan seirləri izləyən xanım, "Yaxşı şeirlərdir- deyə fikrini bildirməsi mənə, elə deyirlər ki, "İndi kitab oxunmur düşüncəsinin bir daha yanlış olmasını deməyə kömək etdi...

Bəli, kitablar oxunur, oxunduqca da da özündən sonra müəyyən təəssüratlar yaradır.

Ömrün ötən və bitən hər anını bütün varl

Digər Xəbərlər