Faiq QİSMƏTOĞLU: MƏNİM FUTBOL KOMANDAM

FAİQ QİSMƏTOĞLU
40630 | 2019-05-17 12:53

...Uşaqliqdostum Seyid Əsgər qardaşının həyat yoldaşının yas məclisində dedi ki, sən hərşeydən yazmısan, amma o vaxtlar oynadığımız futboldan hələ bir şey qələməalmamısan. Uşaqlıq dostum mənə yeni mövzu verdi və bu mövzu da düz 10 gündür ki, ürəyimdə dolanır. Axır ki, o yazını Allahın vəbilgisayar yazarımız Gülər xanımın köməkliyi ilə diqtə eləyirəm. Tay bilmirəmyaxşı olacaq, ya pis?! Ona uşaqlıqdostlarım və bir də məni izləyən oxucular dəyər verəcək...

Bəhmənlidə3 futbol komandası vardı: birinə gözəl insan, uzun müddət prokurorluqorqanlarında işləmiş Şirxan Adıgözəlov kapitanlıq edirdi, birinə böyük şairVaqif Bəhmənli və birinə də bəndəniz! O komandanın biri "Çalıağay”da, biri dəyirmanınyaxınlığında, biri də "şirəlik”də futbol oynayırdı. O biri komandalara nisbətənbizim komandanın meydançası daha yaxşı idi: zastavada xidmət edən əsgərlər dəmirdənqapı düzəltmiş, tor asmışdılar. Çox vaxt "şirəlik”də elə biz zastavanın əsgərləriilə futbol oynayardıq. Odessadan bizim kəndə hərbi xidmətə gəlmiş Puşkin pişikkimi cəld idi. O, zastavanın komandasının qapısını qoruyurdu. Nə illah eləsək də,çox çətinliklə onun qapısından top keçirərdik. Əsgərlər də bundan əsəbləşibbizim qapımıza 5-6 top vurardı.

Bir dəfəfutbol oynayanda rus əsgərlərinin birinin ayağını bizim uşaqlar vurub sındırdı. Bunu görən obiri əsgərlər havalanmış kimi oldu. İstədilər bizi döysünlər, amma gördülər ki,mənim dədəm və başqaları bizə "balet” eləyir. Əsgərlər dədəmin qırımını görübsakitləşdilər və ayağı sınan əsgəri xəstəxanaya çatdırdılar. Tay 3-4 ay əsgərlərbizimlə futbol oynamadılar. Deyəsən, zastavanın naçalniki Poznakov onlara möhkəm təpinmişdi. Ancaq bir müddətdənsonra əsgərlər qonşu Kərimbəylidən gələn digər əsgərlərlə futbol oynadılar. Buoyunda da Puşkinin komandası uddu.

...Və buPuşkin də bizim gözümüzün "odunu” almışdı. Sarı rəngdə idman forması vardı, qəşəngdə yaraşırdı. Ancaq urusduğunu göstərirdi. Biz yaxşı oynayanda dodağını gəmirərvə bizə yuxarıdan aşağı baxardı. Bizə yuxarıdan aşağı baxan Puşkinə də biz eləyuxarıdan baxardıq, o da yanıb tökülərdi...

Bizimfutbol komandamızın üzvləri bunlar idi: İldırım, Mehman, Tehran, Təbriz,İnşallah, Tərlan, Zülfüqar, Seyid Əsgər, Rəfael, Tubunun oğlanları Dilavər, Yavərvə bir də Abbasın oğlu Veysəl! Və bu uşaqlar hər gün şirəlikdə 3-4 saat mənimləbirlikdə top qovardılar. Bəzən dədələrimiz görərdi ki, otardığımız qoyun-quzunuburaxıb düşmüşük topun dalına. Və bu topun dalına düşmək də o qədər də şirinidi ki, vaxtın necə gəlib keçdiyini bilməzdik. Tər-suyun içində ciyərimizyananda şirəlikdəki kanala qaçar, ağzımızı suya dirəyib acgözlüklə içərdik.Sonra da futbol oynayanda su qarnımızda lakka-luk edərdi. Axırda bizə böyüklərdənbiri möhkəm təpindi. Dedi ki, a bala, su içib futbol oynamazlar. Ən yaxşı haldasoyuq su ilə yuyunub sərinləyə bilərsiniz. Elə o ağsaqqalın sözü də beynimizdəqaldı. Həmin gündən bir də ağzımızı kanaldakı suya dirəyib içmədik...

... Ənçox bizim komanda qonşu Yağlıvəndə gedərdi.Və qonşu Yağlıvənddə də bizdən yaxşı futbol oynayanlar çox idi: kolxoz sədri Əvəzkişinin oğlu Qurban, məktəb direktoru Şükür müəllimin oğlu Musa, Həşim vəadları yadıma düşməyən başqaları... Həşimlə Qurban topu o qədər ayaqlarındaoynadırdılar ki, ona baxmaqdan ləzzət alırdıq. Ən azından hər ikisi topuayağında beş-altı dəqiqə çiləyirdi...

Mamam oğluTəbriz də yaxşı futbol oynayırdı. Amma mamam oğlu Tehran ondan da yaxşı futboloynamağı bacarırdı. Təbriz mamam oğlunun bir üstünlüyü onda idi ki, çoxsavadlı, məntiqli və hər şeyi sübut etməyi bacaran bir uşaq idi. Yağlıvəndinqapısına 11 metrlik cərimə zərbəsi təyin olundu. O vaxtlar qapı indiki kimi dirəkdənvə tordan ibarət deyildi. İki balaca daşdan ibarət futbol qapısı düzəltmişdilər.Və mən də 11 metrliyi vurdum, top o daşın üstündən keçdi. Yəni qapıdan keçmədi.Amma mamam oğlu Təbriz yağlıvəndliləri inandırdı ki, top qapıdan keçib! Buyalana mənim özüm də inandım. Amma Allaha and olsun ki, top qapıdan keçməmişdi.O topa görə də biz Yağlıvənddə onları udduq. Hələ birinci dəfəydi ki, yağlıvəndliləröz meydançasında 2:3 hesabıyla uduzurdular. Qurbanın da, Həşimin də, Musanın daqanı qapqara qaralmışdı. Elə bil ki, "Dinomo” Kiyev "Neftçi”yə uduzmuşdu.

"Neftçi”dedim yadıma bu komanda uduzanda mamam oğlu Təbrizin necə ağlamağı düşdü. Eləki, "Neftçi” uduzurdu, mamam oğlu Təbrizin də qara günləri gəlirdi. Ha deyirdimki, boş ver getsin, o da bizimlə razılaşmır, yenə komanda uduzanda oturubağlayırdı. Mən 9 nömrə oynayırdım. O da Banişevskinin nömrəsi idi. Başımla qapıdan top keçirdiyiməgörə, Mansurun oğlu Maqsud mənə Banişevski deyərdi.

... Birdəfə stadionda məşq eləyirdik. Nəcəfin qardaşı Eldar tövşüyə-tövşüyə özünü bizəçatdırdı. Mən də məşq zamanı akrobatik hərəkətlərlə topu qapıya vururdum. Eldarda bu uşağın kim olduğunu bilmək üçün stadiona gəlibmiş. Məni görəndə sevindi.Dedi ki, maşallah, yaxşı futbol oynayırsan. Elə bildim topla bu cür davranan Yağlıvəndin uşaqlarıdı. Səndemə, qohumum Qismətin oğluymuş...

Horadizətez-tez yarışa gedərdik. Amma bu dəfə bizim komanda deyil, kəndin yığmasıyla. Kəndinyığmasında da uşaqlıq dostlarımız: Şirxan, Həsən, Vaqif, Əbiş, Kolyaoynayardılar. Horadizdə futbol oynamaq çox çətin idi. Birincisi, oyunu idarə edənhakim Yusif Horadizdən idi. İkincisi də o qədər azarkeş olurdu ki, hay-küylərivə qışqırıqları bizi "mondraja” salırdı. Yusif top qapıdan keçməyə-keçməyə onuhesaba aldı. İkincisi də 11 metrlik cərimə zərbəsi təyin etdi. Hansı ki, topaheç birimizin əli nə dəyməmiş və rəqib futbolçularını cərimə meydançasındayıxmamaışdıq. Amma noolsun ki, Yusif 11 metrlik verirdi. Topu vurdular, rəhmətlikŞirxan tutdu. Sonra oyunçular bizimlə davaya qalxdılar. Bizi yarışa aparmış Yüsürmüəllim də bərk əsəbləşdi. Axır ki, hər kəs sakitləşdi, hesab 4:4 idi. Oyununbitməsinə bir dəqiqə qalmış Şirxanın sinif yoldaşı Əbiş (biz ona Amaraldeyirdik) uzaqdan vurduğu güclü zərbəylə top horadizlilərin qapısından keçdi. Yüsürmüəllimin sevincdən gözləri yaşardı. Stadiona girib Əbişi bağrına basdı. Vətopun vurulması ilə də oyun başa çatdı...

Məktəbəqayıdanda direktorumuz Əvəz müəllim bu çətin oyunda qələbəmizi qiymətləndirdi vəbizi mükafatlandırdı. Mükafat da nə kubok idi, nə də hədiyyə: "çox sağ olun!”idi. Əvəz müəllimin "çox sağ olun”u eşitmək kubokdan da, hədiyyədən də dahaqiymətli idi. Görün bizi kim tərifləyirdi: Füzulinin ən hörmətlidirektorlarından və müəllimlərindən biri olan Əvəz Əliyev!

...Uşaqlıq yoldaşlarımla tez-tez görüşürəm... Təbrizlə tez-tez görüşürəm,Zülfüqarla tez-tez görüşürəm... Seyid Əsgərlə tez-tez görüşürəm... Rəfaellətez-tez görüşürəm... Bircə görüşmədiyim Yavərdi. Qardaşı Dilavər isə bir neçəil bundan əvvəl rəhmətə gedib. Heç yadımdan çıxmaz. Bir dəfə Yağlıvəndlə futboloynayanda Yavərin idman formasını əynindən çıxartdırıb geyindim. Dədəsi Məhərrəmkişi ona yaxşı mayka və tuman almışdı. Mən də ha dədəmə dedim ki, Puşkinin sarımaykasından və idman formasından birini də mənə al, kişi almadı. Nə isə...

... Uşaqlıqdostları heç vaxt yaddan çıxmırlar. Adını çəkdiyim o uşaqlar da mənim Bəhmənlidəkidostlarımdı. Elələri var dünyasını dəyişib. Allah onlara rəhmət eləsin! Sağqalanlarla da kəndə gedəndə xeyirdə, şərdəgörüşürük. Yazıq Rəfael ha deyir ki, bir dəfə bizə gəl, bir tikə çörək kəsək!Şükür Allaha, qapımda qoyunum, quzum, toyuğum, cücəm! Allah ürəyinə görəversin!..

... "Şirəlik”dəindi də stadion var və bu stadionun dirəkləri, toru da var. Uşaqlar futboloynayanda ötən əsrin 60-70-ci illərinə qayıdıram. Və yadıma bizim uşaqlığımızdüşür... Və yadıma Puşkinin qapısına vurduğum top düşür... Yadıma mamam oğlu Təbrizin Yağlıvəndinqapısından keçməyən topu hesaba aldırmağı düşür... Və bir də yadıma böyük VaqifBəhmənlinin yazdığı "Mənim futbol komandam” şeirindən iki bənd düşür:


Dəyirmanlaüzbəüz

Meydançamızvar idi,

Bizimfutbol yerimiz

Düz idi,hamar idi.


"Qol”üstündə qoyub can

Səhərdənaxşamacan

Ayrılmazdıoyundan

Yanan,susayan, acan!..

TƏQVİM / ARXİV