adalet.az header logo
  • Bakı 21°C
17 May 2019 12:03
11102
ƏDƏBİYYAT
A- A+

MAHİR QABİLOĞLUNUN NÖVBƏTİ ROMANI NƏŞR OLUNUB

Üç hissədən ibarət olacaq "İtbaşı” romanının 1-ci hissəsi (310 səhifə) "Adiloğlu” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru Eldəniz Elgün, bədii dizayneri Zaur Qafarzadə, korrektoru Mahmud Qəzənfəroğludur.

Müəllif Mahir Qabiloğlu saytımıza əsəriylə bağlı bunları bildirdi: "İtbaşı” romanı orta əsrlər dövründə Göyverən adlı şahın öz məmləkətini necə idarə etməsindən bəhs edir. Başqa heç nə demək istəməzdim. Əsas oxucuların fikirləridir. İnanıram ki, onlar da mənim sevə-sevə yaratdığım qəhrəmanlarımı – Göyverən Şahı, İtbaşını, baş mühafiz Aslanı, baş vəzir Qurbanı, Qüdrəti, vəkil Qaplanı, baş hərəm Şahgülünü, şair Abumahiri, şair Meyxoşu... bəyənəcək, sevəcəklər”.

"İtbaşı” romanının ikinci hissəsinin nə vaxt oxuculara təqdim olunacaq sualına isə Mahir Qabiloğlu "sağlıq olsun. Yəqin ki, ilin sonuna tamamlayıb çapa verəcəyəm.” deyə cavab verdi.