adalet.az header logo
  • Bakı 18°C
17 May 2019 10:20
11189
ƏDƏBİYYAT
A- A+

Cahangir Hüseynovun kitablarının müzakirəsi olub

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan” klubunda Cagangir Hüseynovun  kitablarının  müzakirəsi olub.

Adalet.az-ın verdiyi məlumata görə, 14 may tarixində baş tutan tədbirdə Cahangir Hüseynovun dörd kitabının təqdimat və müzakirəsi  baş tutub.

Tədbirin əvvəlində bütün qonaqları salamlayan müəllif kitabları haqqında məlumat verib.  "Ömrdən anlar: xidməti və siyasi fəaliyyətim”, "Azərbaycan Nadir Əfşar dövləti”, "Fikir və düşüncələrim” və "Fikir, düşüncələrim və fərziyyələrim” kitabları haqqında qısa məlumat verən müəllif açılış üçün sözü Hacı Rasimə verib.

Hacı Rasim hər kəsi müqəddəs Ramazan ayının gəlişi münasibətilə hər kəsi təbrik edib, daha sonra müəllifin inancının da əsərlərində öz təzahürünü tapdığını deyib.

Daha sonra söz tədbirin aparıcısı akademik, Milli Məclisin üzvü Nizami Cəfərova verilib. Bu cür əsərlərin ictimai şüurun formalaşmasında önəmli rol oynadığını deyən akademik ədəbi-tənqid məsələlərinə də toxunub.

Daha sonra professor İzzət Rüstəmov, yazıçı Sayman Aruz, Etibar Məmmədov, Yunis Oğuz,  Eldar Əmirov, Novruz Mehdiyev və digər çıxış edən tədbir iştirakçıları əsərlərin məziyyətlərindən danışıblar.

Tədbirdə "Ədalət” qəzetinin baş redaktor müavini Məzahir Əhmədzadə də iştirak edib. Uşaqlıq və tələbəlik illərini Cahangir Hüseynov ilə birgə keçirən Məzahir Əhmədzadə həm müəllif, həm də əsərləri haqqında fikirlərini bölüşüb.

 

Ulucay Akif