adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
17 May 2019 10:05
31499
ŞOU-BİZNES
A- A+

Azərbaycan “Eurovision 2019”un finalında - NƏTİCƏLƏR

Azərbaycan təmsilçisi Çingiz Mustafayev Tel-Əvivdə (İsrail) keçirilən "Eurovision-2019" mahnı müsabiqəsinin final mərhələsinə çıxıb.

Adalet.az xəbər verir ki, o, yarımfinal mərhələsində "Truth" mahnısını ifa edib. Azərbaycanla yanaşı, Şimali Makedoniya, Hollandiya, Albaniya, İsveç, Rusiya, Danimarka, Norveç, İsveçrə və Malta da mayın 18-də keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.


Mayın 18-də keçiriləcək finalda iştirakçılaraşağıdakı ardıcıllıqla çıxış edəcəklər:


Malta, Albaniya, Çex Respublikası, Almaniya, Rusiya, Danimarka, San Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya, İspaniya.


Azərbaycanı müsabiqədə "Truth" mahnısı ilə Çingiz Mustafayev təmsil edir.