Bakıda 1 milyon sahibsiz küçə iti varmış - DƏHŞƏTLİ STATİSTİKA
Paytaxtdamövcud olan sahibsiz itlərlə bağlı "Toplan" Sahibsiz İtlərə Qayğı Mərkəzinin xarici şirkətlə birgə apardığı araşdırmaların nəticəsi açıqlanıb.
Mərkəzdən daxil olan məlumata görə, araşdırma nəticəsində Bakıda 1 milyona yaxın sahibsiz küçə itinin olduğu müəyyənləşib.
Monitorinq qrupunun üzvləri bildirib ki, təcili tədbir görülməzsə, sahibsiz küçə itləri Bakı sakinlərinin təhlükəsizliyi üçün böyük problemə çevriləcək. Bu səbəbdən də Mərkəz tərəfindən küçə itlərinin toplanması işləri sürətləndirilib, briqadaların sayının artırılması qərara alınıb.
Qeyd edək ki, "Toplan" briqadaları ərazilərə başçəkməni vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirirlər. Bütün montorinqlər aktlaşdırılır.
"Toplan" Mərkəzinin məqsədi paytaxtda sahibsiz itlərin sayının yerli və beynəlxalq qanunvericilik çərçivəsində, həmçinin xarici ölkələrin aparıcı təcrübəsi əsasında tənzimlənməsidir.
Digər Xəbərlər
25 Aprel 2024 11:52
Heç olmasa, Musa Yaqubun xətrinə...
25 Aprel 2024 11:45Kağızın Təkrar Emalı Fabrikinə mediatur təşkil olunub - FOTOLAR
25 Aprel 2024 10:40Vətəndaşlar öz avtomobilləri ilə Laçına gedə biləcəklər
25 Aprel 2024 10:32Azərbaycanda balıq ovu qadağan edilir - Bu tarixdən
24 Aprel 2024 14:41