viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Oqtay Əsədov: “Çexiya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir" Adalet.az | Oqtay Əsədov: “Çexiya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Oqtay Əsədov: “Çexiya Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətindədir"

8344    |   2019-05-16 17:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Milli Məclisin SədriOqtay ƏsədovAzərbaycanda səfərdə olan Çexiya Respublikası Deputatlar Palatasının sədriRadek Vondraçekin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin mətbuat xidmətindən verilən məlumata görə, spiker qonaqları salamlayaraq bu səfərin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verəcəyinə inamını söyləyib.

O qeyd edib ki, Çexiya Azərbaycan üçün dost və əhəmiyyətli tərəfdaşdır: "Biz Çexiya Respublikası ilə əlaqələrin bütün sahələrdə inkişafına böyük önəm veririk. Ölkələrimiz arasında hələ sovetlər dönəmində mədəniyyət, təhsil, elm sahələrində sıx əlaqələr qurulub. Müstəqilliyimizi yenidən bərpa etdikdən sonra münasibətlərimiz keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Əlaqələrimizin bu səviyyəyə çatmasında ölkə başçılarımız əhəmiyyətli rol oynayıblar. Belə ki, 2015-ci ildə Çexiya Prezidenti Miloş Zemanın Azərbaycana səfəri zamanı ölkələrimiz arasında "Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” imzalanıb. Azərbaycan Prezidentiİlham Əliyevdə müxtəlif dövrlərdə Çexiyada səfərlərdə olub.Siyasi əlaqələrimiz təqdirəlayiqdir. İndiyədək ölkələrimiz arasında 29 sənəd imzalanıb, 12 sənəd isə baxılmaqdadır. Ötən il iki dövlət arasında ticarət dövriyyəsinin həcmi 1 milyard 50 milyon ABŞ dolları səviyyəsində olub. Biz gələcəkdə bu göstəricini yüksəltmək istəyirik".

O.Əsədov bildirib ki, bu gün Çexiyanın Cənubi Qafqaz ölkələri ilə ticarət dövriyyəsinin 85 faizi məhz Azərbaycanın payına düşür: "Belə hesab edirik ki, iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyəti əlaqələrimizin gələcəkdə daha da inkişafına müsbət təsir göstərəcək. Bu mənada qarşılıqlı biznes forumların da rolu danılmazdır. Hazırda Azərbaycanda müxtəlif sahələr üzrə 26 çex kapitallı şirkətlər fəaliyyət göstərir. Çexiyanın idxal etdiyi neftin 30 faizindən çoxu məhz Azərbaycanın payına düşür. Ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında qətiyyətli mövqe nümayiş etdirir. Qlobal miqyaslı mövcud neft və qaz kəmərləri və reallaşmaqda olan layihələr bunun bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsi ilə Azərbaycan Qədim İpək Yolunu dəmir relslər üzərinə keçirmiş oldu.İkitərəfli münasibətlərimizin inkişafında parlamentlərimizin rolu böyükdür. Bu sahədə münasibətlərimiz günü-gündən genişlənir. Hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyəti bunun əyani sübutudur".

Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Sədr 2013-cü ilin fevralında Çexiya Deputatlar Palatasının Xarici əlaqələr komitəsi tərəfindən Xocalı soyqırımı ilə bağlı qəbul edilmiş qərara görə həmkarına minnətdarlığını ifadə edib.

O qeyd edibki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdardır.

Səmimi qəbul üçün minnətdarlığını bildirən Çexiya Respublikası Deputatlar Palatasının sədri Radek Vondraçek ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söyləyib. Onun sözlərinə görə, Çexiya Azərbaycanla əlaqələrin dərinləşməsinə böyük maraq göstərir: "Azərbaycanın neft və qaz ixracı sahəsində əldə etdiyi nailiyyətlərdən bizə dəpay düşür. İqtisadi sahədə münasibətlərimizi daha da dərinləşdirmək üçün qarşılıqlı biznes forumların əhəmiyyəti danılmazdır. Çexiya Azərbaycana 1,3 milyard ABŞ dollarından çox investisiya qoyub. Bu ölkəmizin Azərbaycan iqtisadiyyatına olan marağından xəbər verir".

Çexiya Parlamentinin Spikeri qanunverici orqanlar səviyyəsində əlaqələrin inkişafı baxımından qarşılıqlı səfərlərin önəmini vurğulayıb. Bu sahədə dostluq qruplarının fəaliyyətini təqdir edib. O bildiribki, Çexiya Azərbaycanla həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.

Çexiyalı Spiker Dağlıq Qarabağ məsələsi ilə əlaqədar deyib ki, onun ölkəsi bu problemə həmişə böyük həssaslıqla yanaşıb və münaqişənin sülh yolu ilə həllinə tərəfdardır.

Görüşdə Milli Məclis Sədrinin birinci müaviniZiyafət Əsgərov, Sədrin müavinləriBahar Muradova,Valeh Ələsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Çexiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Sahibə Qafarova, Çexiya Respublikasının ölkəmizdəki səfiri Milan Ekert və digər rəsmi şəxslər iştirak ediblər.




İmza:

Azərbaycan və Çin dəmir yolu sahəsində əməkdaşlıq edə bilər

“Paşinyanın son bəyanatları bizim xeyrimizədir” - Polkovnik-leytenant

İkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcək

Mövlud Çavuşoğlu: "Fərat çayının şərqini terrorçulardan təmizləməkdə qərarlıyıq"

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

Nazir Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyada səfərdədir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

Qarabağın azərbaycanlı icması həmsədrlərə müraciət edib

Xanlar Fətiyev: "YAP hər bir seçkiyə olduğu kimi, bələdiyyə seçkilərinə də..."

Ramiz Mehdiyev: “Ermənistan fürsəti əldən verərək sülhü uduzub”

Prezident İlham Əliyev əfqanıstanlı həmkarını təbrik edib

Kamerun, Nigeriya və Konqonun qadın siyasətçilərinə Qarabağ həqiqətlərindən bəhs edilib

“Boykot zəiflik əlamətidir və zəiflərin işidir” - YAP-ÇI DEPUTAT

XİN: Azərbaycanın Cəmmu və Kəşmir məsələsində mövqeyi ardıcıl xarakter daşıyır

Azərbaycan səfirliyi Rusiya XİN-ə nota göndərdi

Xanlar Fətiyev: "YAP hər bir seçkiyə olduğu kimi, bələdiyyə seçkilərinə də..."

Qarabağın azərbaycanlı icması həmsədrlərə müraciət edib

Nazir Ramin Quluzadənin rəhbərliyi ilə nümayəndə heyətimiz Rusiyada səfərdədir

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın “Dostluq” ordeni ilə təltif olunub

Azərbaycan və Çin dəmir yolu sahəsində əməkdaşlıq edə bilər

İkinci Xəzər İqtisadi Forumu Həştərxanda keçiriləcək

SON XƏBƏRLƏR
2019-08-20
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK