Təhsil şöbələri icra başçısına tabedir, nazirliyə? - Deputatlar aydınlıq gətirdilər
Hazırda Azərbaycanda fəaliyyət göstərən rayon Təhsil şöbələri ikili tabeçilik şəraitində fəaliyyət göstərirlər. Yəni bu qurumların fəaliyyətinə həm İcra hakimiyyətləri, həm də Təhsil Nazirliyi nəzarət və müdaxilə edə bilir. Bir sıra hallarda icra başçıları Təhsil şöbələrinə nəzarətdə hətta öndə gedirlər, nəinki nazirlik. Əslində necə olmalıdır?
Bu mübahisəli məsələ haqqındaModern.az-a danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədriİsa Həbibbəylininsözlərinə görə, İcra hakimiyyətləri rayon Təhsil şöbələrinin işinə ümumi nəzarət edə bilər:
İcra hakimiyyəti həmin rayonun kiçik bir prezidentidir. Onların tədbirlərində Təhsil şöbəsinin rəhbəri də dəvət olunur. Amma birbaşa icra başçılarının rayon Təhsil şöbəsi rəhbərlərinin işinə müdaxilə etməsi halı yoxdur”.
"Rayonlarda xalqın seçdiyi bələdiyyələr bir sıra məsələlərlə - səhiyyə, məişət problemləri, yollar və s. məsələlərlə məşğul olmalıdırlar. Yerli İcra hakimiyyətlərinin səlahiyyətində isə dövləti layihələr, sabitlik və digər məsələlər olmalıdır. Bu zaman belə problemlər də həllini tapar. Nazirliklə yerli Təhsil şöbələri arasında isə müvafiq proqramlar, tədris sistemi ilə bağlı münasibətlər formalaşar. Xalqın seçdiyi nümayəndələr isə yerlərdə vəziyyəti idarə edər.
Təəssüf ki, bizdə hələ də belə sistem formalaşmayıb. Türkiyədə, Avropanın bir sıra ölkələrində, Amerikada bu, çox gözəl nəticə verib. Bizdə isə hələ də İcra hakimiyyətinin nümayəndələri özlərini keçmiş SSRİ-nin raykom katibləri kimi aparırlar”.
"Eyni zamanda, İcra hakimiyyəti haqqında Əsasnaməyə görə, müvafiq ərazinin əhalisinin rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın, sosial və mədəni sahələrin inkişafının təmin edilməsi qurumun fəaliyyətinin əsas prinsiplərindən biridir.
Yerlərdə Təhsil şöbələri İcra hakimiyyətləri ilə məsləhətləşmələr aparırlar. Ərazidə təhsil müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, əmlakı, bu kimi bir sıra məqamlar İcra hakimiyyətləri ilə razılaşdırılır. Yerli İcra hakimiyyəti orqanı olduğuna görə, qurum bəzən bu məsələlərə qarışa bilir, tənzimləmə aparır. Amma faktiki olaraq, hansı rayonda İcra Hakimiyyəti ilə rayon Təhsil şöbələrinin rəhbərinin fikirləri üstü-üstə düşürsə, problemlər yaranmır. Hər iki qurum fərqli məqsəd və mərama xidmət etdikdə isə fikir ayrılıqları ola bilir. Qeyd etməliyəm ki, Təhsil Nazirliyi hazırda rayon Təhsil şöbələri üzərində nəzarəti bir qədər də gücləndirib”.