“Keçmişə sənət səyahəti” olacaq
Mütəmadi olaraq reallaşdırdıqları sosial-maarifləndirici layihələri ilə cəmiyyətin diqqətini cəlb etməyə çalışan, mədəni irsimizin, tarixi abidələrimizin təbliğinə yönələn aksiyalar həyata keçirən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı və Qobustan Milli-Tarix Bədii Qoruğu "Keçmişə sənət səyahəti” adlı tədbir ilə sənətsevərləri bir araya gətirəcəklər.
Belə ki, 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə qoruq ərazisində geniş konsert proqramı təşkil olunacaq.
Həmin gün (saat 11:00 -13:00) qoruğu ziyarətə gələn şəxslər ərazidəki əsas meydanda qurulan səhnədə Dövlət Kukla Teatrının repertuarındakı maraqlı tamaşalardan səhnəciklər izləyəcək, teatrın nəzdindəki "Oyuq” teatr-studiyasının istedadlı ifaçılarının təqdimatında rəngarəng konsert proqramı izləmək şansı qazanacaqlar.
Klassik bəstəkar, xalq və populyar estrada mahnılarından ibarət rəngarəng konsert proqramında studiyanın yerli və beynəlxalq sənət müsabiqələrində iştirak edərək mükafatlar qazanan uşaqları çıxış edəcəklər.
Tədbirin təşkilində məqsəd uşaq və yeniyetmələrdə tarixi keçmişimizə maraq oyatmaq, Qobustan qoruğu ilə yaxından tanış olmaq, ümumilikdə beynəlxaql muzeylər günü, tarixin saxlanc yeri olan bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır.
Digər Xəbərlər
18 Aprel 2024 13:05
“Arap Kadri” türk komediyası “CineMastercard” kinoteatrında - VİDEO
18 Aprel 2024 12:0899 hər zaman 99-dur,100 deyil!
18 Aprel 2024 09:47Xalq artisti: "Qarabağı cənnətə çevirəcəyik" - VİDEO
17 Aprel 2024 18:30Baba Mahmudoğlu: Ceyran bala - VİDEO
17 Aprel 2024 17:55