warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Faiq QİSMƏTOĞLU: BİR AYAĞIN YOXSA... Adalet.az | Faiq QİSMƏTOĞLU: BİR AYAĞIN YOXSA... Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Faiq QİSMƏTOĞLU: BİR AYAĞIN YOXSA...

Çətin ki, sənə birinci dərəcəli əlillik verələr

1795    |   2019-05-16 16:14
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bizim camaatın çoxu xəstə ola-ola uzun müddət öz haqlarını ala bilmirlər. Yəni onların hüquqları ayrı-ayrı qurumlar tərəfindən tapdanır və bu məsələ də acı bağırsaq kimi uzanıb gedir. Qabaqlar əlilliyi olan xəstələr bu hüququ əldə etmək üçün aylarla, illərlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Həkim Tibb Komissiyasına ayaq döyməkdən təngə gəlirdilər.

Daha doğrusu, ora gedib qayıtmaqdan ayaqları qabar olmuşdu. Buz baltası kimi sağlam olan insanlar bir neçə günün içərisində "xəstə” çıxaraq əlillik dərəcəsi alırdılar. Əsl xəstələr isə bayaq dediyimiz kimi, zülmün və məşəqqətin içərisində çırpınırdılar. O quruma işi düşənlər bunu çox yaxşı bilirlər. Çox yaxşı bilirlər ki, buz baltası kimi sap sağlam olan adam bir neçə günün içərisində "şirinlik” verəndən sonra bu sənədləri göydə hazırlayırdılar.

Yeni nazir təyin olunandan bir qədər sonra bu sahədə şəffaflıq yaranmağa başladı. Hətta 1500 nəfərə yaxın saxta əlillik dərəcəsi almış şəxslərin hüquqları ləğv olundu. Məlum oldu ki, onlar buz baltası kimi sağlam imişlər. Hansı ki, həmin müddətdə yüzlərlə, minlərlə xəstə insanların halal haqları özlərinə qaytarılmayıb, Həkim Tibb Komissiyası onların bığını yağlayan adamlara saxta əlillik dərəcəsi verib. Və buna görə hələ bir həkim də çinayət məsuliyyətinə cəlb edilməyib. Ataların belə bir məsəli var: "Balıq başdan iylənər”.

Təbii ki, o həkimlər də aldıqları pulu tək yeməyiblər. Babalı deyənlərin boynuna. Əvvəllər birinci dərəcəli əlillik almaq istəyirmişsənsə, 5000 manatından keçməli imişsən. Çox yox, cəmi bir dəfə Həkim Tibb Komissiyası qəbuluna kimin yolu düşsəydi görərdi ki, orda hansı "bazarlıq” gedir.

Heç bu gün də bu məsələlər Əmək və Əhalinin Sosial Nazirliyi tərəfindən tam həll edilməyib. Ən azından ona görə ki, yenə kifayət qədər əlilliyin verilməsindən şikayətlənən insanlar var. Bu yaxınlarda televiziya kanallarından birində süjet göstərildi. Səhv eləmiriksə, həmin süjet Şəkidən çəkilmişdi. Ayağının birini itirmiş, o birində isə şəkər xəstəliyi olan şəxs deyirdi ki, mən birinci dərəcəli əlilik ala bilmirəm. Özü də o yeriyə bilmir, kimsə kömək etməsə, ayağa qalxmaqda çətinlik çəkir.

Həkimlərdən də biri isə deyir ki, bu xəstə bizə müraciət etməlidir, biz isə forma-88 yazıb yuxarıya göndərməliyik. Axı görürsünüz ki, o xəstə yerindən tərpənə bilmir, ayağa durmaqda çətinlik çəkir. Kor kordu, gör gördü. Yəni xəstənin bir ayağı kəsilib və heç hara da gedə bilmir. Bax onda həmin komissiyanın üzvləri zəhmət çəkib o xəstəyə baxa bilərlər. Amma baxmırlar. Çünki onun pulu yoxdur. Pulu olsa, heç ayağı kəsilməsə də bir balaca xəstəliyə görə ona qısa müddətdə əlillik dərəcəsi verərlər.

Hər halda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məsul şəxsləri yəqin bu süjetə baxıblar. Ən azından həmin nazirlikdə mətbuat xidməti fəaliyyət göstərir və mətbuat xidmətinin də borcu odur ki, bu cür faktları cənab nazirə çatdırsınlar. Nazir Sahil Babayev gənc olmaqla yanaşı, həm də obyektiv bir insandı. Mən inanmıram ki, o, bu məsələyə ədalətli yanaşmasın. Əgər problemi nazirin diqqətinə çatdırsalar, heç şübhəsiz həmin ayağı kəsilmiş insana qısa müddətdə birinci dərəcəli əlillik verilə bilər.

Elə xəstəliklər var ki, ona həkim rəyindən çox bir humanistlik gərəkdir. Ayağı, əli, gözü əlil olan şəxslər heç vaxt diqqətdən kənarda qalmamalıdılar. Nə vaxta qədər buz baltası kimi sağlam adamlar əlillik dərəcəsi alacaq, əlini, ayağını və gözünü itirmiş insanlar isə aylarla, həftələrlə, günlərlə müxtəlif qurumlara ayaq döyəcəklər.

Bizə elə gəlir ki, bu gün adını çəkdiyimiz Nazirlikdə əvvləki vaxtlarla müqayisədə məsələlər ədalətlə həll olunur və şəffaflıq yaranır. Bu şəffaflıq isə daha da geniş vüsət almalı, əlil və xəstə insanlar öz halal haqlarını almaqda süründürməçiliyə, haqsızlığa və özbaşınalığa məruz qalmamalıdılar.




İmza:
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK