warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Dost itkisi ağır olar Adalet.az | Dost itkisi ağır olar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Dost itkisi ağır olar

1612    |   2019-05-16 16:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölüm haqdır, deyənlər yanılmırlar. Belə bir həqiqətlə, istər-istəməz, barışmalı olursan. Çünki əcəl küləkləri bütün ömürlərə əsir, bütün qapıları döyür... Öz ömür payını yaşayan hər kəs bir gün həyatla da vidalaşmalıdır. Odur ki, ömür adlanan həyatla ölüm arasındakı zaman məsafəsi mənalı yaşanmalıdır. Ömrün mizan-tərəzisi, ölçüsü isə yalnız əməllərdir. Tanrı hüzuruna getdikdən sonra insandan etdiyi yaxşı əməllər qalır. Gərək elə yaşayasan ki, ölümün hamını kədərləndirsin, varlığın gərəkli olduğu kimi, yoxluğun da hər kəsi yandırsın, heyfsləndirsin. Elə yaşamalısan ki, hər zaman xatırlanıb, yad edilsən.Bu günlərdə belə xeyirxah əməl sahiblərindən biri ilə həmişəlik vidalaşdıq. Amansız ölüm gözəl insan,, istedadlı həkim Ağcabədi rayon Mərkəzi Xəstəxanasının baş pediatrı Cümşüd Qəhrəmanovu qəfil aramızdan aparıb.

Cümşüd Şirin oğlu Qəhrəmanov 1957-ci ildə Ağcabədi rayonunun Rəncbərlər kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. O, 1974-cü ildə adıçəkilən kənd orta məktəbini əla qiymətlərlə bitirib. Lap kiçik yaşlarından həkim olmaq arzusunda olan Cümşüd sənədlərini N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnsitutununa(İndiki Azərbayan Tibb Universiteti) təqdim edərək, həmin ali məktəbin pediatriya fakültəsinə qəbul olunub.İstedadlı gənc ali təhsil illərində öz qabiliyyəti və davranışı ilə müəllimlərinin, tələbə yoldaşlarının hörmət və rəğbətini qazanıb.

C.Qəhrəmanov institutda dərin biliklərə yiyələnib, yüksək ixtisaslı tibb işçisi kimi yetişib. O, ali təhsilini uğurla başa vuraraq, təyinatla doğma Ağcabədiyə göndərilib. Burada rayon mərkəzi xəstəxasında pediatr kimi əmək fəaliyyətinə başlayıb. Öz peşəsinin bilicisi və vurğunu olan Cümşüd həkim uzun illər sözügedən bölgədə uşaq poliklinikasının müdiri, uşaq xəstəxanasının baş həkimi, rayonun baş pediatrı vəzifələrində çalışıb. İşinin öhdəsində bacarıqla gələn, rayonun uşaq əhalisinin keşiyində dayanan Cümşüd həkim xeyirxah, səmərəli və təmənnasız fəaliyyəti ilə sakinlərin sevimlisinə çevrilib. Xaraktercə sadə, təvəzökar, saf ürəkli insan olan C. Qəhrəmanov əqidəli, təmkinli, vicdanlı, əyilməz bir şəxs kimi də tanınıb. O, həmişə xəstələrə yüksək həsasslıq, diqqət və qayğı ilə yanaşıb, imkansızlara əl tutub, qaçqın və məcburi köçkünlərə dayaq durub.

Cümşüd həkim əhali arasında nüfuzlu bir ziyalı, bacarıqlı tibb mütəxəssisi, qayğıkeş, təlabkar ailə başçısı kimi sayılıb-seçilib. O,həyat yoldaşı İradə həkimlə birgə üç övlad böyüdüb, boya-başa çatdırıb, onların hər birinə ali təhsil verib. Oğlu Şirin cərrah kimi bu gün atasının yolunu uğurla davam etdirir. Calışdığı kollektivdə də böyük hörmət və nüfuz sahibi sayılan C.Qəhrəmanov ciddiliyi, əməksevərliyi, mədəniyyəti ilə başqalarından fərqlənib. O, həmkarları, tibb işçiləri ilə həmişə səmimi münasibəti gözləyib, gənc həkimlərə ağıllı məsləhətləri ilə köməkliklər göstərib. Bir sözlə, Cümşüd həkim kollektivdə hamının sevimlisi, dostu olub. Dost itkisi isə ağır olar. Aradan neçə günlər keçib, ancaq sıralarımızda hər zaman onun yeri görünür. Gözəl insan, nüfuzlu ziyalı, səriştəli həkim Cümşüd Qəhrəmanov daim hörmətlə xatıırlnıb,yad edilir.Onu əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaq.Allah rəhmət eləsin.

Kamil Haqverdiyev, həkim,

Ağcabədi rayonu.

Hazırladı: Yəhya Paşazadə




İmza:
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK