viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baxış keçirilib Adalet.az | Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baxış keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Nərimanov Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerinə baxış keçirilib

5891    |   2019-05-16 15:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən növbəti başçəkmə əvvəlcədən xəbərdarlıq edilmədən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Nərimanov Rayon Polis İdarəsinin (RPİ) Müvəqqəti saxlama yerinə həyata keçirilib.

Ombudsman Aparatından verilən məlumata görə, başçəkmədə məqsəd saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması, qanunvericiliyə müvafiq şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Müvəqqəti saxlama yerinə (MSY) başçəkmə çərçivəsində saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılmış, kameralara baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılmış, mövcud ehtiyaclar öyrənilib.

Başçəkmə zamanı MSY-də saxlanma şəraitinin və rəftar məsələlərinin araşdırılması məqsədilə MPQ üzvləri tərəfindən saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilmiş, hər birinə Ombudsmanın səlahiyyətləri izah olunmuş və hüquqi məsləhətlər verilib, bir sıra müraciətlər isə yerində araşdırılaraq təmin edilib.

BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyanın Fakültativ Protokolu və Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmənin yekununda Nərimanov RPİ-nin və MSY-nin əməkdaşları ilə hüquqi maarifləndirici söhbətlər aparılıb, müraciətlərin göndərilməsi, sənədləşmə, qeydiyyatla bağlı müəyyən edilmiş bəzi nöqsanların aradan qaldırılması məqsədilə müvafiq tövsiyələr verilib.

Başçəkmənin nəticəsi ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə müraciət olunacaq.




İmza:

Yol polisi toy karvanlarına xüsusi vasitələrlə nəzarət edir

BQXK Azərbaycana keçən erməni hərbçiyə baş çəkib

Təmas xəttində növbəti monitorinq keçiriləcək

Vilayət Eyvazov əsgərlərlə nahar edib

Gürcüstan-Azərbaycan sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçiriləcək

Baş İdarə: Ağacın arxasında gizlənən YPX əməkdaşları cəzalandırıla bilər

"Relax" istirahət mərkəzindəki hadisə ilə bağlı - RƏSMİ AÇIQLAMA

Pensiyaçıların dəqiq sayı açıqlanıb - Yarıdan çoxu yaşa görə alır

Şəkil çəkdirmək - Pərvanə Bayramqızı yazır

Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapıldı

Sərhəd mühafizəsi - dövlətin varlığı...

Azərbaycanda əhaliyə bu xidmət pulsuz göstəriləcək - Qaydalar təsdiqləndi

SON XƏBƏRLƏR
2019-08-20
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK