warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Əbülfəs Qarayev: “Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur” Adalet.az | Əbülfəs Qarayev: “Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur” Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Əbülfəs Qarayev: “Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur”

4202    |   2019-05-16 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mayın 16-da Mədəniyyət Nazirliyində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş mədəniyyət və incəsənət xadimlərinə mükafatlar təqdim olundu.

Adalet.az xəbər verir ki, mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev ölkəmizdə mədəniyyət, incəsənət və elm sahəsinə göstərilən dövlət qayğısından danışdı. Vurğuladı ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dövrlərində mədəniyyət və incəsənət xadimlərinə böyük diqqət və qayğı göstərib. Ümummilli liderin bu siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir:

"Dövlət başçısı hər zaman müxtəlif sahələrdə çalışan insanların əməyini yüksək qiymətləndirərək onları mükafatlandırıb. Ölkə həyatının digər sahələrindən fərqli olaraq, mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur. Bu da özlüyündə mədəniyyət xadimlərinin uğurlu fəaliyyətindən xəbər verir”.

Mədəniyyətimizin dünyada tanıdılması və təbliği istiqamətində görülən işlərdən söz açan nazir Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevanın bu sahədə müstəsna xidmətlərini xüsusi vurğuladı.

Əbülfəs Qarayev daha sonra dedi:

"Sevindirici haldır ki, bu gün iki ayrı sahənin əməkdaşlarına mükafatlar təqdim edirik. Xalq artisti Hacı İsmayılov Azərbaycanın sevilən aktyorlarından biridir. Onun teatrda, kinoda yaratdığı obrazlar öz unikallığı ilə fərqlənir. Rollarının hər birinin məxsusi xarakteri var. Əməkdar artist Yadigar Muradov uzun illərdir Şuşa Dövlət Musiqili Dram Teatrına rəhbərlik edir və kollektiv maraqlı tamaşalar hazırlayır. Ötən ilin sonlarında teatrın binası yenidən qurularaq kollektivin istifadəsində verildi. İnanırıq ki, çox da uzaq olmayan bir vaxtda bu teatr öz doğma məkanında – Şuşada öz fəaliyyətini davam etdirəcək. "Nə? Harada? Nə zaman?” Televiziya Klubu Komandasının üzvləri Balakişi Qasımov və Elman Talıbov Azərbaycan gəncliyini beynəlxalq intellektual oyunlarda layiqincə təmsil edirlər”.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə "Şöhrət” ordeni ilə təltif olunan Xalq artisti Hacı İsmayılov və "Tərəqqi” medalına layiq görülmüş Əməkdar artist Yadigar Muradov, Balakişi Qasımov, Elman Talıbova mükafatların vəsiqə və nişanları təqdim edildi. Nazir bütün təltif olunanlara cansağlığı, yeni uğurlar arzuladı.

Sonda mükafata layiq görülənlər çıxış edərək fəaliyyətlərinə verilən yüksək qiymətə, göstərilən diqqət və qayğıya görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirdilər.




İmza:

“Nə? Harada? Nə zaman?” İntellektual oyunu üzrə Könüllülər Kuboku

Vaqif Səmədoğlunun yubiley tədbiri keçiriləcək

Nazir “Eurovision 2019”da Azərbaycana qarşı təxribatdan danışdı

Afaq Bəşirqızı məmurlara çağırış etdi - “Sənətkarların qədri bilinməlidir"

Fariz Vəliyev: "Qarşımızda duran əsas məqsədimiz..."

Rəmişin müalicəsini Heydər Əliyev Fondu öz üzərinə götürdü

SABAH da Bakıda 28 muzeyə giriş pulsuzdur

YAP gənc rəssamları mükafatlandırıb

Cəbrayıllı toxucular qədim Qarabağ xalçalarına yeni həyat verir

“Keçmişə sənət səyahəti” olacaq

Lənkəran teatrında iranlı rejissorun quruluş verdiyi tamaşanın premyerası olub

Əbülfəs Qarayev: “Mədəniyyət sahəsində təltif edilənlərin sayı daha çoxdur”

SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK