Bakı Meriyası Qarabağ mitinqinə icazə vermədi
Qarabağ Azadlıq Təşkilatının (QAT) mayın 18-də Qarabağ mitinqi keçirmək istəyi ilə bağlı müraciətinə bu gün Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəlib.
QAT-dan bildirilib ki, cavab məktubunda mitinqin keçirilməsi məqsədəuyğun hesab edilməyib.
"Biz Qarabağ Azadlıq Təşkilatı olaraq, BŞİH-in gətirdiyi arqumentlərə hörmətlə yanaşırıq, eyni zamanda hesab edirik ki, dövlət başçısının fəaliyyəti ilə yanaşı ictimai xətlə mübarizənin aparılmasına, ermənilərin cinayətkar siyasətinin ifşa edilməsinə, mitinq və digər vasitələrlə işğala, terrora, etnik təmizləmə siyasətinə qarşı ictimai iradənin, Azərbaycan xalqının Qarabağın azadlığı naminə mübarizə əzminin, erməni işğalına qarşı etirazının kütləvi şəkildə nümayiş etdirilməsinə ehtiyac vardır. Ona görə də mitinqlərlə bağlı müraciətlərimizi davam etdirəcəyik”.
Digər Xəbərlər
23 Aprel 2024 20:11
"Laçın" məntəqəsinin qurulmasının ildönümü qeyd edildi
23 Aprel 2024 19:20Xankəndidə 33 il sonra doğulan körpənin valideynlərinə mənzil ayrıldı
23 Aprel 2024 18:59"Azərbaycan ordusu bir güllə atmadan Tavuşa bu səbəbdən girdi"- Vrtanesyan
23 Aprel 2024 17:31Azərbaycanda “Sığorta ödənişinin verilməsi Qaydası” dəyişib
23 Aprel 2024 17:04