Bakı klubu 13 futbolçunu yola saldı - Siyahıda Kamran Ağayev də var
Keşlə” FK 13 futbolçu ilə yollarını ayırıb.
Bakı klubunun rəhbərliyi 13 futbolçu ilə yolların ayrılması barədə qərar qəbul edib.
Həmin futbolçular arasında iki qapıçı - Davud Kərimi və Kamran Ağayev də var. Beləliklə, həmin futbolçular bunlardır: Davud Kərimi, Kamran Ağayev, Seymur Əsədov, Ruslan Nəsirli, Fuad Bayramov, Amil Yunanov, Edvinas Qirdvaynis, Denis Silva Kruz, Nikola Mitroviç, Jonatan Ayite, Andre Klenon, Valeri Kutsenko və Anxelo Penya.
Qeyd edək ki, ilk dəfə "Keşlə” adı ilə çıxış edən Bakı klubu baş məşqçi Tərlan Əhmədovun rəhbərliyi altında Premyer Liqada 23 xalla sonuncu – VIII sıranı tutub.
Bununla belə, AFFA Lisenziya Komissiyası komandanın növbəti mövsüm də elitada çıxış edəcəyinə dair qərar çıxarıb.(oxu.az)
Digər Xəbərlər
20 Aprel 2024 10:00
"Qarabağ" "Qəbələ"yə, "Zirə" "Neftçi"yə qarşı
19 Aprel 2024 18:19FHN-in qurumları arasında tennis çempionatı yekunlaşdı
19 Aprel 2024 13:35“Onsuz da oyunları azı 3000 adam izləyir”
18 Aprel 2024 18:45“Qalatasaray” İkardinin alternativini Fransada tapıb
18 Aprel 2024 18:00