Gəncədə ƏMƏLİYYAT - Silahlı şəxslər tutuldu
Gədəbəy Rayon Polis Şöbəsinə şəhər ərazisindəki apteklərin birindən oğurluq edilməsi barədə müraciət daxil olub.
Adalet.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, zərərçəkmiş Slavyanka kənd sakini R.Həsənov mayın 7-nə keçən gecə 20 yanvar küçəsindəki aptekindən 3080 manat pul oğurlandığını bildirib.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədənlərin Gəncə şəhəri ərazisində olduqları müəyyən edilib.
Gədəbəy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Vadim Səlimov, Rövşən Alıyev və qardaşı Rəvşin şəhər ərazisində saxlanılıblar.
Onlardan 2 ədəd maska, 1 ədəd alışqan tapança, 2 ədəd əlcək, 1 ədəd kəsici alət və 2 ədəd bıçaq aşkar edilərək götürülüb.
Araşdırma aparılır.
Digər Xəbərlər
25 Aprel 2024 11:48
Bakıda kəsici-deşici alətlər satan şəxslər saxlanıldılar, sosial şəbəkə hesabları bağlanıldı - VİDEO
25 Aprel 2024 09:54Xankəndidə silah-sursat aşkar edildi
24 Aprel 2024 11:16Ötən gün Azərbaycanda 19 kiloqramdan çox narkotik aşkar olunub
24 Aprel 2024 10:16Xankəndidə xeyli silah-sursat aşkarlandı
24 Aprel 2024 09:43