warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Gəncənin başçısı sakinləri dinlədi, tapşırıq verdi Adalet.az | Gəncənin başçısı sakinləri dinlədi, tapşırıq verdi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Gəncənin başçısı sakinləri dinlədi, tapşırıq verdi

1857    |   2019-05-16 13:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sakinlərlə görüşüb. Məhsəti Gəncəvi Mərkəzində baş tutan görüşdə Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov da iştirak edib.

Görüşdə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov Gəncədə həyata keçirilən abadlıq və quruculuq işlərindən söz açıb. O bildirib ki, şəhərin avtomobil yollarının tikintisi, yenidən qurulması və əsaslı təmiri işləri davam etdirilir. Lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı 35 çoxmənzilli binanın 75 ədəd lifti yenisi ilə əvəz ediləcək. Şəhərin Heydər Əliyev prospektində eyvanların təmir edilməsi işləri, Ş.İ.Xətai prospektində 63,65, 113 və 115 saylı binaların fasadlarının təmiri işləri davam etdirilir. 50 ədəd 3, 4 və 5 mərtəbəli çoxmənzilli binaların dam örtüyünün təmiri işləri istiqamətində müvafiq tədbirlər görülür.

"Açıq mikrofon” formatında təşkil olunan görüş səmimi söhbət şəraitində keçib. Görüşdə iştirak edən sakinlər müraciətlərini dilə gətirib, irad və təkliflərini bildiriblər. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdalıq ifadə edən sakinlər, aparılan abadlıq-quruculuq işlərinin davamlı olacağına inandıqlarını bildiriblər. Görüşdə iştirak edən Azərbaycan Texnologiya Universitetinin fəal tələbələri ali məktəb tələbələri üçün yeni yataqxana binasının inşasını istəyiblər. Sakinlər arasında işlə bağlı müraciət edənlər də olub.

Sakinlərin müraciət və təkliflərini dinləyən Prezident Administrasiyasının Ərazi-Təşkilat Məsələləri Şöbəsinin sektor müdiri Vəfadar Bağırov qeyd edib ki, bu tip görüşlər Prezident İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq keçirilir və məqsəd vətəndaşları dinləmək, onları narahat edən problemləri öyrənmək və aradan qaldırmaqdır. Vəfadar Bağırov sakinlərə səmimi çıxışlar və səsləndirilən təkliflər üçün təşəkkür edib. O qeyd edib ki, gəncəlilər hər zaman dövlət və dövlətçiliyə xidmət ediblər, hər zaman ölkə rəhbərinin yanında dayandıqlarını göstəriblər."Sözsüz ki, şəhərdə görüləsi işlər çoxdur, hələ də yenidən qurulması vacib olan yollar, təmirə ehtiyac duyulan məktəb binaları var. Təbii ki, bütün bu problemlərin aradan qaldırılması üçün müəyən bir vaxt lazımdır. Zamanla bütün problemlər öz həllini tapacaq”,- deyə Vəfadar Bağırov bildirib.

Görüş zamanı dilə gətirilən bir çox problem öz həllini tapıb, bəzi məsələlərin isə araşdırılması tapşırılıb.




İmza:
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK