adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
16 May 2019 13:47
14942
ELM VƏ TƏHSİL
A- A+

Bir neçə universitetin prorektoru dəyişdirilib - SİYAHI

Azərbaycanın bir neçə ali təhsil müəssisəsinin prorektorları dəyişdirilib.


"Report”un əldə etdiyi məlumata görə, bu barədəTəhsil Nazirliyimüvafiq əmr imzalayıb.

Əmrə əsasən, Bakı Dövlət Universitetinin (BDU) ümumi işlər üzrə prorektoru, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoruVüqar Mehrabovişdən çıxarılıb. O, Azərbaycan Dillər Universitetində həmin sahə üzrə prorektor vəzifəsinə təyin olunub.

Bundan başqa,Bakı Slavyan Universitetinin (BSU) ümumi işlər üzrəprorektoruCəfər Eyvazovda tutduğu vəzifədən azad edilib. OnaBDU-nunümumi işlər üzrə prorektoru vəzifəsi həvalə olunub.

BSU-nun ümumi işlər üzrə prorektoru vəzifəsinə isəƏbdül Xaliqovgətirilib.Ə.Xaliqov bundan əvvəl Azərbaycan Dövlət Pedaqoji Universitetində çalışıb.

Azərbaycan Dövlət Pedaqoji Universitetininümumi işlər üzrə prorektoru vəzifəsinə isəTural Cəlilovtəyin edilib.

O, bu təyinata qədərADU-da işləyib.