warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” adlı layihəyə start verildi Adalet.az | “Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” adlı layihəyə start verildi Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği” adlı layihəyə start verildi

2063    |   2019-05-16 12:56
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Azərbaycanın Bütövlüyü Uğrunda" İctimai Birliyi (ABUİB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" adlı layihəyə start verib. Mayın 15-də layihə çərçivəsində ilk tədbir keçirilib.

Layihənin icra müddəti və başlıca məqsədi barədə iştirakçılara ətraflı məlumat verən layihə rəhbəri Nərminə Dadaşova qeyd edib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə reallaşdırılacaq "Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" adlı layihənin icra müddəti 3 aydır: "May ayının 15-dən iyulun 15-dək davam edəcək layihə çərçivəsində gənclər arasında azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının təbliği məqsədilə ümumtəhsil müəssisələrində də bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub. Dəyərli ziyalılarımız, elm adamları və vətəndaş cəmiyyəti nümayəndələrinin də iştirakı ilə baş tutacaq həmin tədbirlərdə gənclər azərbaycançılıq və hərbi vətənpərvərlik istiqamətində maarifləndiriləcək". Layihə rəhbəri deyib ki, orta ümumtəhsil müəssisələrində keçirilən tədbirlərdə yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuz, millət vəkili, yazıçı Aqil Abbas, Elçin Hüseynbəyli ilə məktəblilərin görüşü keçiriləcək, məktəblilər azərbaycançılıq və hərbi vətənpərvərlik mövzusunda maarifləndiriləcək. Nərminə Dadaşova onu da qeyd edib ki, layihənin icrası müddətində şəhid ailələrinə baş çəkiləcək, qeyd edilən mövzuları əhatə edən maarifləndirici materiallar dərc olunacaq.

Sonra çıxış edən layihənin eksperti Süleyman İsmayılbəyli təşkilatın kifayət qədər həssas bir mövzuya diqqət ayırdığını bildirib. O, deyib ki, Azərbaycan müharibə şəraitində olduğundan, torpaqlarımızın 20 faizi işğala məruz qaldığından bizlər daha çox vətənpərvər olmalı, bu ruhda böyüyüb, tərbiyə almalıyıq: "Təsadüfi deyil ki, dövlət gənclər siyasətində də qeyd etdiyimiz nüans əsas istiqamətlərdən biri kimi qeyd edilir. Vətənpərvər olmaq, həm də azərbaycançı olmaq deməkdir. Çünki vətənpərvər olmayan biri deyə bilməz ki, azərbaycançıyam. Bu iki məhfum bir-birinə sıx bağlıdır". Süleyman İsmayılbəyli onu da deyib ki, son illərə qədər vətənpərvərlik bir qədər arxa plana keçmiş, yad və xarici təsirlər gənclərimizin başqa bir ruhda böyüməsi, tərbiyə almasına yol açmışdı: "Nə qədər ağrıdıcı da olsa, gənclərimiz özlərini xarici filmlərin qəhrəmanlarına bənzədirdilər. Lakin hər birimizin qürur hissi ilə qeyd etdiyimiz Ramil Səfərov, Mübariz İbrahimov, Aprel zəfəri kimi hadisələr gənclərimizdə vətənpərvərlik hisslərini, belə demək mümkünsə, yeni bir səviyyəyə qaldırdı". Ekspertin sözlərinə görə, gənclər arasında vətənpərvərlik hissləri nə qədər yüksək səviyyədə olsa da, yenə də bu istiqamətdə işləmək, davamlı və sistemli şəkildə iş aparmaq lazımdır.

Daha sonra çıxış edən layihənin eksperti Alim Hüseynli də"Azərbaycançılıq və hərbi vətənpərvərlik ideyalarının gənclər arasında təbliği" adlı layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, sözügedən mövzu günümüz üçün kifayət qədər aktualdır. Alim Hüseynli çıxışında əsas diqqəti azərbaycançılıq ideologiyasına çəkib və bildirib ki,uzun illər ərzində formalaşaraq insanların şüurunda həkk olunan ictimai dəyərlər dövlətin və cəmiyyətin inkişafında mühüm rol oynayır. Onun sözlərinə görə, dövlətin və cəmiyyətin gələcək inkişafı həmin dəyərlər üzərində formalaşan vahid ideologiyadan asılı olur: "Vahid ideologiya olmadıqda isə yaranmış boşluq dövlətin inkişafında bir əngələ çevrilir. Belə bir boşluq Azərbaycan müstəqillik əldə etdiyi ilk illərdə müşahidə olunurdu. Uzun illər hakim olmuş kommunizm ideologiyasının süqutundan sonra yeni qurulan dövlətin əsasları insanlar tərəfindən aydın qəbul edilmirdi. Məhz buna görə Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1993-cü ildə Azərbaycan cəmiyyətinin inkişafının ideya təməli olan azərbaycançılıq konsepsiyasını irəli sürdü. Etiraf edək ki, azərbaycançılığın bütün dünya azərbaycanlılarını birləşdirən ümummilli ideologiya halına gəlməsi, müstəqil Azərbaycan dövlətinin ideya əsasına çevrilməsi ulu öndər Heydər Əliyevin tarixi xidmətidir. Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan parlamentindəki çıxışında deyirdi: "Azərbaycan ərazisində olan hər bir vətəndaş milliyyətindən, dinindən, siyasi mənsubiyyətindən asılı olmayaraq, eyni hüquqa malik olmalıdır. Əgər biz bunu əməli surətdə həyata keçirə bilsək, Azərbaycan Respublikasında olan bütün xalqların, bütün millətlərin tam birləşməsini təmin edə bilərik". Bununla ulu öndər Azərbaycanda hakimiyyətin mövqeyini əks etdirən azərbaycançılıq ideyasının əsaslarını qoymuş oldu. Nədən məhz azərbaycançılıq ideyası seçildi? Məlum olduğu kimi Azərbaycan tarixən müxtəlif millətlərin dinc yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Burada hər bir xalqın və millətin nümayəndəsinə bərabər münasibət göstərilib. Ona görə Azərbaycan vətəndaşı sayılan hər kəs azərbaycançılıq ideyası ətrafında birləşib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini birləşdirən baxışlar sistemi kimi azərbaycançılıq ideyası bu gün də mövcuddur. Bu ideya ictimai-siyasi proseslərə, Konstitusiya sisteminə, xüsusilə dövlət quruculuğuna öz müsbət təsirini göstərir".

Azərbaycançılığın mahiyyətindən danışan Alim Hüseynli qeyd edib ki, azərbaycançılıq termini nisbətən yeni yaranan anlayışdır: "Mahiyyət isə ondan ibarətdir ki, azərbaycançılıq ideyası Azərbaycanın müstəqilliyini qorumaq, demokratik inkişafı təmin etməklə bərabər, davakar millətçilik və şovinizmə qarşı təşəkkül tapmış ideologiyadır. Azərbaycançılıq ideyasının kökündə millətçilik yox, vətəndaşlıq dəyəri dayanıb. Bu ideyanın məqsədi çoxmillətli Azərbaycan xalqının birləşməsi və demokratik yolla inkişaf etməsinə zəmin yaradan dəyərlər sistemini formalaşdırmaqdır. Çoxmillətli Azərbaycan xalqını birləşdirən azərbaycançılıq ideyası müstəqilliyin qorunmasına, demokratik inkişafa və hüquqi, sosial dövlətin qurulmasına xidmət edir. Lakin azərbaycançılıq Azərbaycanın ərazisində yaşayan xalqın həmrəyliyi ilə məhdudlaşmır. Bu ideologiya davakar millətçiliyi inkar etməklə bərabər, Azərbaycanın müstəqilliyini arzulayan, onun güclənməsini istəyən insanları birləşdirir. Milli dəyərləri cəmləşdirən dil, ərazi, vətəndaşlıq, adət-ənənə və ideoloji birlik azərbaycançılıq ideologiyasının əhatə dairəsini sərhədsiz edir. Azərbaycançılıq təkcə Aərbaycanda yaşayan azərbaycanlıların deyil, eləcə də dünya azərbaycanlılarının milli ideologiyasına çevrilib. Bu gün hər bir soydaşımız yaxşı dərk edir ki, ən ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli dünyada yaşayan bütün azərbaycanlıların birliyindədir. Belə birliyi isə tarixin bütün zehni və mənəvi təcrübələrini özündə əks etdirən milli ideologiya yarada bilər. Məhz bu ideologiya azərbaycançılıqdır. Bu baxımdan qeyd etmək olar ki, azərbaycançılıq coğrafi anlayış deyil, o daha çox siyasi anlayışdır. Odur ki, bu ideologiya dövlətin aparıcı ideologiyasına çevrilib". Ekspert bildirib ki, azərbaycançılıq ideyalarının təbliği bu gün Prezident İlham Əliyevin xarici və daxili siyasətində başlıca yer tutur: "Dövlətimizin başçısı xarici ölkələrə səfərləri zamanı soydaşlarımızla görüşlərə xüsusi diqqət ayırır, ölkəmizlə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında soydaşlarımızı daha fəal olmağa çağırır və bu istiqamətdə məqsədyönlü işlər aparır. Azərbaycançılıq ideyasının təbliğində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın gördüyü işlər mədəniyyətimizin, tariximizin təbliğinə böyük töhfədir. Azərbaycanın zəngin mədəni irsinin beynəlxalq səviyyədə layiqincə təqdim olunması nəticə etibarilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. Mehriban xanım Əliyeva bu istiqamətdə neçə-neçə irimiqyaslı layihələr həyata keçirmişdir. Azərbaycançılıq həm də dünyaya indeqrasiya deməkdir. İndi Azərbaycan dövlətinin xarici siyasətinin əsas tərkib hissələrindən biri də məhz dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın azərbaycançılıq ideyası ətrafında sıx birliyinə nail olmaqdır. Azərbaycandan kənarda yaşayan soydaşlarımızla yanaşı, milliyyətindən asılı olmayaraq Azərbaycanın müstəqilliyini, birliyini və hüquqi, demokratik dövlət kimi inkişafını arzulayan hər bir kəs azərbaycançılıq ideologiyasının daşıyıcısıdır. Hazırda azərbaycançılıq Azərbaycanın dünya birliyinə inteqrasiyasının ideya əsasını təşkil edir. Biz bu ideya ilə özümüzü dünyaya tanıdır, onu mütərəqqi, dünya dəyərlərini özündə birləşdirən ideologiya kimi təbliğ edirik. Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü qoruyub saxlamaq və möhkəmləndirmək azərbaycançılıq ideologiyasının əsas qayəsidir".

Tədbirdə çıxış edən digər qonaqlar sözügedən layihənin əhəmiyyəti və gənclərin vətənpərvər ruhda tərbiyə olunmasına mümkün müsbət təsirlərindən danışıblar.




İmza:
SON XƏBƏRLƏR
2019-05-22
2019-05-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK