adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
16 May 2019 12:23
12114
SAĞLAMLIQ
A- A+

Avroliqanın finalı ilə bağlı 39 təcili yardım briqadası ayrılıb

UEFA Avropa Liqasının final oyunu ilə bağlı 39 təcili tibbi yardım briqadası ayrılıb.

Bu barədə Bakı Şəhər Təcilli və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevməlumat verib.

Baş həkim bildirib ki, 10 təcili tibbi yardım briqadası ehtiyatda qalacaq: "Yerdə qalan digər təcili tibbi yardım briqadaları qonaqların yaşadıqları ərazilərdə, məşqlərin keçirilmə zonasında və bilavasitə Bakı Olimpiya Stadionunda fəaliyyət göstərəcəklər”.

R. Nağıyev Avropa Liqasının finalı ilə bağlı mayın 25-dən etibarən təcili tibbi yardım xidmətiningücləndirilmiş rejimdə çalışacağını da vurğulayıb.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.