adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 May 2019 12:04
25542
KRİMİNAL
A- A+

Bakıda silah və narkotik gəzdirən şəxs həbs olundu

Bakıda üzərində silah və narkotikvasitə gəzdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə,Səbail Rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində birgə əməliyyat tədbiri həyata keçirilib.

Nəticədə Tərtər rayon sakini əvvəllər məhkum olunmuşİsrayıl Eyvazovsaxlanılaraq bölməyə gətirilib.

Onun üzərində şəxsi axtarış aparılan zaman1ədəd "Naqan” markalı tapança,5ədə patron, əlindəki idman çantasından isə620qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı Səbail RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. İ.Eyvazov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.