viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | YUNESKO-da Nəsiminin 650, Əhməd Ağaoğlunun 150 illik yubileyləri qeyd olunub Adalet.az | YUNESKO-da Nəsiminin 650, Əhməd Ağaoğlunun 150 illik yubileyləri qeyd olunub Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

YUNESKO-da Nəsiminin 650, Əhməd Ağaoğlunun 150 illik yubileyləri qeyd olunub

26746    |   2019-05-16 11:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Parisdə YUNESCKO-nun mənzil qərargahında qurumun himayədarlığı ilə Beynəlxalq Türk Akademiyasının (BTA) təşkil etdiyi "Böyük Çöl: mədəni mirası və dünya tarixində rolu” adlı Beynəlxalq Forum çərçivəsində türk dünyasının böyük mütəfəkkirləri Nəsiminin 650, Əhməd Ağaoğlunun isə 150 illik yubileyləri qeyd olunub.


Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdıralı Azərbaycan Prezidenti İlham Əliyevin2019-cu ili "Nəsimi İli” elan etməsini və Ə.Ağaoğlunun yubileyinin yüksək səviyyədə təşkilinə dair Sərəncamını, eyni zamnda onların türk mədəniyyətinə misilsiz töhfələrini nəzərə alaraq, YUNESKO-da keçirilən Forumda dünyanın müxtəlif ölkələrindən gələn alimlərlə birlikdə hər iki mütəfəkkir barədə müzakirələr apardıqlarını bildirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı təbrik məktubunu oxuyub. Məktubda Forum çərçivəsində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş tədbirin keçirilməsinin məmnunluq doğurduğu ifadə olunub.

Tədbirdə çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva türk dünyasının tanınmış şəxsiyyətləri, o cümlədən Nəsimi ilə bağlı beynəlxalq əhəmiyyətli platformalarda müzakirələrin əhəmiyyətinə toxunub. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, akademik Rafael Hüseynov "Böyük Çöldə zövq, düşüncə, mədəniyyət ortaqlığı yaradan dəyərlər, əsərlər, cərəyanlar və körpü şəxsiyyətlər”, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev "Əhməd Ağaoğlunun dünyagörüşünün formalaşmasında Fransa mühitinin rolu”, Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru Asif Usubəliyev "Mədəniyyətdən kənar gələcək varmı: Nəsiminin əsələrində insan sevgisi” mövsusunda məruzə ediblər.

Dünyanın müxtəlif ölkələrindən elm adamları və dövlət xadimlərinin qatıldığı Forumun birinci panelində dünya tarixində mövcud olan böyük çöllərin əsrlər boyu təkamülü, ikinci paneldə türk sivilizasiyası, onun dünya mədəniyyətinə verdiyi töhfələri və sonuncu paneldə türk tarixi, yeni yanaşma və perspektivləri ətrafında müzakirələr aparılıb.

Forum çərçivəsində Balasaqunlu Yusif Xas Hacibin "Kutadqu bilik” əsərinin yazılmasının 950, Qızıl Orda dövlətinin qurulmasının 750, Mustafa Kamal Atatürkün Milli Mücadiləni başlatmasının 100 illiyi də qeyd olunub.




İmza:
SON XƏBƏRLƏR
2019-08-20
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK