adalet.az header logo
  • Bakı 20°C
16 May 2019 09:54
11954
ƏDƏBİYYAT
A- A+

Əbülfət Mədətoğludan yeni şeir: SAHİL XATİRƏLƏRİ

Xatirələr tutubdu
əlimdən sənin kimi...
Susub, lal tək durubdu -
Sahil də mənim kimi...

Ləpələr həzinləşib
Hava da şeh qoxuyur...
Ruhuma , həzin bir səs -
Sanki dua oxuyur...

Xəyalım batıb - çıxır
Dənizin bu cağından ...
Əlim izini yığır -
Dənizin qucağından...

Yaddaşımda ulduz tək
Parıldayır o anlar...
Məni imtahana çək -
Təzələnsin olanlar!..