adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
15 May 2019 16:44
29846
İDMAN
A- A+

Avroliqanın finalına 30 mindən çox turistin gələcəyi gözlənilir

"Mayın 29-da Bakıda keçiriləcək UEFA Avropa Liqasının finalına təqribən 30 mindən çox turistin gələcəyi gözlənilir”.

Bunu Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov deyib.

O bildirib ki, Avropa Liqasının finalına hazırda 41 862 bilet sahibindən 5 065 nəfəri viza tələb edilməyən ölkələrin vətəndaşlarıdır.

Direktor qeyd edib ki, bilet sahiblərindən cəmi 27 323 nəfəri onlayn viza ala bilər və bunlardan artıq 17 faizi "ASAN Viza” almaq üçün müraciət edib.

Xatırladaq ki, mayın 29-da Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının finalında İngiltərənin "Çelsi" və "Arsenal" futbol klubları qarşılaşacaqlar.(ONA)