Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

ƏBÜLFƏT MƏDƏTOĞLU
49666 | 2019-05-15 14:35

(Əvvəli ötənsaylarımızda)

... Telefonuma zənggəlir. Əhməd qardaşımdı:

- Abi, sabahsaat 9-da doktor səni qəbul edəcək. İndi danışdım. Bilirsən də səhər yeməyi ertələnir...

Başa düşürəm nədeyir abim. Yəni ac-qarnına getmək lazımdı. Elə başa düşdüyümə görə də gülümsəyirəm.Doğrudu, bu təbəssümümü Əhməd qardaşım görmür. Əgər görsəydi, niyə və nəyəgülümsədiyimi o da duyacaqdı. Çünki onun çox həssas adam olduğunu siz dəbilirsiniz. Bilməyənlərə isə xatırladım ki, sahil boyu gəzərkən gözlərimə,yaddaşıma, ruhuma köçürdüyüm, necə deyərlər, "yedirtdiyim" qida hələuzum zaman mənə bəs edəcəkdi. Ona görə də səhər-səhər həkim qəbuluna acqarnınagetməyin elə bir qorxusu yoxdur...

Mən bu fikirləriağlımdan keçirdiyim o anın içərisində Əhməd qardaşım telefonda sözünü davametdirdi:

- Bir saatdansonra gələcəm, birlikdə axşam yeməyinə çıxarıq. İstəsən camiyə də qalxarıq. Yəniqalan məsələləri orda müzakirə edərik. Oldumu?

Muxtarımlarazılaşıram. Hələ bir saat dənizlə söhbətləşmək fürsətim var...

Axşam yeməyindənsonra camiyə qalxırıq. Həmin o tanış insanlarla, oradakı dostlarla çay içə-içəterrordan tutmuş dinə qədər, siyasətdən tutmuş oruca qədər, Suriyaqaçqınlarından Qarabağ probleminə kimi, Azərbaycan-Türkiyə qardaşlığından, RəcəbTayyib Ərdoğanla Azərbaycan prezidentinin bir-birinə güvənindən... Yəni insanımaraqlandıra biləcək hər mövzuda söhbətlər edirik. Artıq adamlar yavaş-yavaşseyrəlməyə başlayırlar. Biz də qalxırıq. Həyati bəylə, Rəcəb abiylə, İbrahimhocamla sağollaşıram. Əhməd qardaşım məni Sahil Testlərinə gətirir. Bu insan burda da məni otelin restoranına çaya dəvət edir. Təəccüblə üzünə baxıram. Əhməd bəy:


-Abi, çay olmasın, dondurma olsun. Adama birini yeyərik, həm də söhbətləşərik.

Onunfikrinin qəti olduğunu görüb razılaşıram. Necə deyərlər, Trabzonda bu ilindondurma "tilsimini" də sındırırıq. Hiss olunur ki, restoranda daartıq yır-yığışa başlayırlar. Bu da o deməkdir ki, "sabaha qədər"-deyib ayrılmalıyıq.

Səhərlap erkən dəniz sahili ilə gəzə-gəzə muxtarlığa gəlib çıxdım. Əhməd bəytelefonla məni axtarıb hazır olub-olmadığımı soruşanda bildirdim ki, artıqmuxtarlığa gəlmişəm. O da bir az məni qınadı və dedi:

-Bu qədər yolu niyə piyada gəlirdin? Gözləyə bilməzdin?

Onunbu diqqəti məni sevindirsə də, amma səhər gəzintisinin faydasını onaxatırladanda "tamam, qardaşım, razılaşdım səninlə" - dedi. Və birlikdəxəstəxanaya qalxdıq. Əvvəlcədən analizləriverdiyimizdən indi həkimin özünün göstərişiylə kardioloji müayinənin zəruriprosedurlarını keçməyə başlayırıq. Exo-kardioqramma çəkilişi zamanı həkimmüayinə otağına gəlib sükan arxasına özü keçir. Mən nə qədər cəhd etsəm də,çevrilib onun üzünə baxa bilmirəm. Həkim əlindəki aparatın dəstəyini ürək nahiyəmdəelə gəzdirir ki, sinəmdəki döyüntünü açıq-aşkar eşidirəm. Hətta hərdən mənə eləgəlir ki, qanı damarlara qovan ürəyin səsiylə ləpələrin sahildən geri çəkilməsininsəsi üst-üstə düşür. Bu bənzətmə bəlkə də uğursuzdu, heç yerinə düşmür, amma ürəyinsəsini bu qədər yaxından eşitmək adamda müəyyən hisslər oyadır...


Doktorumprofessor Mustafa bəylə üz-üzə oturmuşuq. Məndən rahatsız olan və hər zamanyanımda dayanan Əhməd qardaşım dadoktorun izniylə söhbətdə iştirak edir. Mustafabəyin suallarının cavablarımı Əhməd bəydə gücləndirib. Çünki o, mənim ürəyimin durumundan az qala özüm qədər xəbərdardı.Burda da vurğulayım ki, Mustafa bəy mənimadını unutduğum xüsusi aparatdakı "qaçışını" müsbət saylır.Zarafatla deyir ki, şairin qəlbi sevgisinin ardınca qaçışına yardımçı olub.Onun bu zarafatının qatları mənə məlumdur. Və bu professorun hər görüşümüzdə mənimləetdiyi söhbətlər, oxuduğu yazı-pozu məni ona tanıdıb. Və mən də şeirləriminbirində yazmışdım ki, Mustafa doktor ürəyimin bütün ağrı-acısını görür, duyur vəmüalicəsini yazır. Amma Allahdan və məndən başqa ürəyimdəki Səni kimsə görmür.


Bəli, həkimin məsləhətləri,yazdığı dərmanlar və bir də müəyyən söhbətlərimiz xəstəxanayla bağlı olananlarımıza yekun vurur. İndi sabahkı günü, yəni üzü vətənə doğru qayıdacağımavtobusun biletiylə ilgilənmək vaxtıdır. Mən otaqdan çıxanda Əhməd bəyintelefonla kimisə aradığını hiss etdim. Soruşmağa macal tamamış onun"Starok" firmasının nümayəndəsi Əli bəylə danışdığını anladım. Dostum mənim üçün biletsifariş verirdi. O, danışıb qurtarandan sonra:

-Abi, bilet məsələsi də tamam. İndi səhərə qədər vaxtımız var, gedək bir az gəzib-dolaşaq.

BirlikdəTrabzonun alış-veriş ünvanlarından biri olan bizim "Sədərək"ixatırladan ünvana gedirik. Nəvələrim üçün kiçik hədiyyələr seçirik. Və sonrayadımıza düşür ki, günortadan keçsə də yemək yeməmişik. Bundan narahat olan Əhmədqardaşım məni yaxınlıqdakı kafeyə dəvət edir. Burada müştərilərə çox gözəl vəmüxtəlif çeşidli yeməklər təklif olunur.


Biznahar edib camiyə gəlirik. Namazvaxtıdı. Əhməd bəy Allah qarşısındakı borcunu vermək üçün namaz otağına keçir.Mən isə caminin həyətində qoyulmuş kürsülərdən birində oturub şəhəri seyr edirəm.

Trabzonda

Universitetməhəlləsində

yenicə

kərpic-kərpic

ucalmış

möhtəşəmbir cami -

minarəli,minbərli

adı

Kocatəpə

kimi bəlli...

bumüqəddəs məkana

Allahadamları

hamı...

Həyatibəy,

Əhmədbəy,

İbrahimhoca,

Rəcəbabi

vəözgə

məhəlləsakinləri

altqatda

namazotağında

pıçıltılısəsli,

sevgihəvəsli

dualar...

insanların

könlündənqanadlanıb

zaman-zaman

yüksəlirAllaha...

mənəbelə gəlir ki,

məhzelə

busonsuz

İlahisevgisidir

trabzonlularıhər gün

ümidlə aparan

sabaha!..

Adətənsəfər sonlarında, yola çıxmaq məqamında özüm də hiss etmədən darıxmağa,narahatlıq hissləri keçirməyə adət etmişəm. Bunu artıq Əhməd bəy də hiss edir.Ona görə də tez-tez mənə təsəlliverici şəkildə deyir:

-Abi, narahat olma! Sabah saat 7-də inşallah cocukların yanına dönəcəksən. Burdabizimlə keçirdiyin vaxtdan və bizdən bir narazılığın, incikliyin varsa söylə.Biz səni çox sevirik. Sən artıq bir qaradənizlisən!

Dostumunbu sevgisi və verdiyi bu dəyər həqiqətən mənim üçün çox önəmli oldu. Bu İnsan Mələyin ürəyinə təkrar heyranqaldım. Özümdən asılı olmadan ayağa qalxıb onu qucaqladı. Demək, mənim hələ biraz da yaşamaq şansım var. Bu şansı da mənə Mələk İnsan, Sən və bir dədostlarım, doğmalarım verirsiniz...


Hər kəsləsağollaşıb vidalaşıram. Növbəti görüşümüzün nə vaxt olacağını bir Allah bilir.Ona görə də hər kəsi Allaha əmanət edirəm. Elə Trabzonu da! Əhməd bəy məni oteləgətirir. Bir vacib işi çıxdığından getmək zorundadı. İşinin mahiyyətini bilirəm.O, bu axşam Universitet məhəlləsinin imkansız, şəhid, xəstə, yaşlı və bir dəişsiz insanlarına oruc süfrələri üçün Ramazan hədiyyələri paylayacaq. İstəyirki, hər kəsin Ramazan süfrəsində Allah nemətlərindən olsun.

... Dənizləvidalaşmaq üçün sahil boyu gəzirəm. Yandırılmış lampaların işıqları dənizdəsayrışır. Ləpələr elə bil bu işıqlarla əylənir. Baxıra, baxıram və içimdən gəlibkeçəni özüm-özümə pıçıldayıram:

Mən

dalğaların

qayaları

öpdüyü yerdə

çox dərin bir

fikirdə

özümü unutdum

və üzümü

dənizə tutdum...

dilək dilədim

balıqlara,

balıqçılara

bir də

sahildə

bu dənizi

seyr edənlərə...

birovuc

suçilədim -

Qaradənizin

gözyaşlarından

durusuyunu...

axıbgedən

ulduzlarındalınca

sonra

xatırladım

batmaqdaolan

Günəşdə

suyaçəkmişdi

ürəyimi

sahildə-

aydınlıqüçün!..

Bəli,Əhməd qardaşım Rəcəb abiylə gəlirlər. Otelin restoranında oturub çay sifarişveririk. Musiqi dinləyə-dinləyə söhbət edirik. Bayırda yağış başlayır. Dupduruyağış. Bu, gedənlərin və qalanların yoluna səpilən sudu...


...Bu da Trabzonun Terminalı... Bu da "Sarok" firmasının"İstanbul-Bakı" avtobusu. Qardaşımla qucaqlaşıb ayrılırıq. Bu, cismlərinayrılığıdı... ruhların, ürəklərin yox! Qarşıda uzun bir yolçuluq gözləyir məni...bir də doğmalarım! Təbii ki, bir də SƏN!

P.S.Xəstəxana problemlərimin çözümündəxüsusi əməyi olan Hüseyn qardaşıma sonsuz təşəkkürlərimi bildirirəm.

TƏQVİM / ARXİV