ANA SƏHİFƏ / MƏMLƏKƏT

Yeniyetmələrə tütün məhsulları satan 6 mağaza aşkar edildi

4775    |   2019-05-15 14:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Gəncədə yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan şəxslər qarşı tədbir keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan  verilən məlumata görə Yetkinlik yaşına çatmayanlara alkoqollu içkilərin və tütün məmulatlarının satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Növbəti belə tədbir Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilib. Tədbir zamanı yetkinlik yaşına çatmayanlara tütün məmulatları satan 6 mağaza aşkar edilib.

Aşkar edilən faktlarla bağlı həmin obyektlərin sahibləri barələrində İnzibati Xətalar Məcəlləsinin 455.2-ci maddəsi (Etil (yeyinti) spirti, alkoqollu içkilər və ya tütün məmulatı ticarəti qaydalarının pozulması) ilə protokol tərtib və xəbərdarlıq ediliblər.

Nəzərinizə çatdıraq ki, qeyd edilən məhsulları satan şəxslərdə onlardan siqaret və spirtli içki alanın azyaşlı olduğu barədə şübhə yarandığı təqdirdə satışı dayandırmalı həmin müştəridən şəxsiyyəti təsdiq edən sənəd tələb etməlidirlər. Sənəd təqdim etmədikdə həmin şəxsə tütün məmulatı və spirtli içki satılmamalıdır.

Qeyd edək ki, bu cür tədbirlər polis əməkdaşları tərəfindən mütəmadi olaraq bundan sonra da davam etdiriləcək.



İmza:

Bakıda evdən çıxmaq yasaqlandı, binanın başında manqal qaladılar - VİDEO

Sərtləşdirilmiş karantin rejimini pozan 900 nəfər cərimələnib

DİM xüsusi proqram təminatı vasitəsilə ödənişsiz sınaq imtahanları keçirb

Bakıda yaralı qadını polis əməkdaşları xəstəxanaya çatdırdılar - VİDEO

Sabah Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Bakı Şəhər Baş Polis İdarəsi vətəndaşlara müraciət etdi - VİDEO

Arzu Əsəd: Özlərinin fərari xarakterlərini göstərirlər

Bakıda evdən çıxmaq qadağasının ilk günündə polis qadının həyatını xilas etdi - VİDEO

İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ

BDYPİ: Yollarda karantin qaydalarını pozan sürücülər saxlanılır - VİDEO

Pandemiya Azərbaycanın kənd təsərrüfatına ciddi təsir etməyib - RƏSMİ

Səfər Əbiyev əsgərlərin həyatına necə qəsd edirdi? - FAKTLAR

SON XƏBƏRLƏR
2020-06-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK