Polisdən uğurlu ƏMƏLİYYAT: “Səbiş” ləqəbli narkotacir saxlanıldı
Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində Biləcəri qəsəbəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa ediliblər.
DİN-dən Adalet.az-a bildirilib ki, daxil olan məlumat əsasında Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Ramil Hüseynov saxlanılıb.
Onun üzərində şəxsi axtarış aparılan zaman 1,003 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. R.Hüseynov ifadəsində narkotik vasitəni Biləcəri qəsəbəsində yaşayan "Səbiş” ləqəbli şəxsdən aldığını bildirib. Bölmə əməkdaşlarının keçirdikləri əlavə əməliyyat zamanı həmin şəxs, paytaxt sakini Səbinə Quliyeva da tutularaq istintaqa təqdim edilib. Onun üzərində şəxsi axtarış aparılan zaman 50,020 qram, yaşadığı evdən isə əlavə olaraq 1 kiloqram 15 qram narkotik vasitə heroin aşkar edilərək götürülüb.
S.Quliyeva ifadəsində narkotik vasitələrin satışı uilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı 6-cı Polis Bölməsində toplanan materiallar araşdırılması üçün
Binəqədi Rayon Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Hər iki şəxs barəsində cinayət işi başlanılıb və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.
Digər Xəbərlər
28 Mart 2024 16:46
Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanıldı - VİDEO
28 Mart 2024 12:23Xankəndidə silah-sursat aşkarlanıb
28 Mart 2024 11:46Qazaxda kişi tanışını bacısının gözləri qarşısında qətlə yetiribmiş
27 Mart 2024 11:16Abşeronda yük maşını qaçırıldı
27 Mart 2024 10:07