Ali məktəb tələbələrinə ŞAD XƏBƏRİMİZ VAR!
"İki qız qalacağıq, bir nəfər axtarılır”, "Otaq yoldaşı axtarıram” və s. sözlərini tələbələrdən tez-tez eşidirik.
Azərbaycanda çoxsaylı universitet fəaliyyət göstərsə də, yataqxana problemi hələ də tam olaraq həllini tapmayıb.
Adalet.az xəbər verir ki, təhsil eksperti Kamran ƏsədovRedaktor.az-a açıqlamasında bildirib ki, problemin həllində özəl yataqxana təcrübəsindən yararlanmaq lazımdır:
"Yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri isə öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdirib. Lakin buna baxmayaraq, yataqxanaya ehtiyac yenə də qalmaqdadır. Bu ehtiyacın aradan qaldırılması üçün özəl yataqxanalar tikilə bilər. Dünya təcrübəsinə əsasən, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Eyni zamanda, dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib, pul da qazana bilərlər. Tələbənin bu şəraitdə heç bir problemi olmur. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Lakin hələ də təklif kimi qalıb".
Ekspertin fikrincə, yataqxana probleminin həllində iş adamlarının rolu da əhəmiyyətli ola bilər:
"İş adamları yataqxana tikib, tələbələrin ixtiyarına verə bilər. Bu işdə dövlətin də onlara kömək etməsi lazımdır. Məsələn, dövlət torpaq sahələrini pulsuz verə bilər. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə bilər. Bu metod universitetlərə də gəlir gətirə bilər”.
Təhsil Nazirliyindən sorğumuza verilən cavaba görə, hazırda tələbələrin yataqxana probleminin həlli ilə bağlı əsaslı işlər görülür: