adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
15 May 2019 12:00
17918
ELM VƏ TƏHSİL
A- A+

Bu il Azərbaycanda orta məktəbi neçə şagird bitirir?

Bu il ölkənin ümumi təhsil müəssisələrinin XI sinfini 82 782 şagird bitirəcək.

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

2019-2020-ci tədris ili üzrə ölkənin ümüumtəhsil məktəblərinin I sinfinə 164 234 şagirdin gedəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır. İyunun 14-də ölkənin bütün ümumtəhsil məktəblərində "Son zəng” çalınacaq.