adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 May 2019 18:03
29230
İDMAN
A- A+

Avropa Liqasının finalı italiyalı hakimlərə həvalə olundu

Avropa Liqasının Bakıda keçiriləcək final oyununa təyinatlar açıqlanıb.

Mayın 29-da baş tutacaq "Çelsi” – "Arsenal” matçını italiyalı hakimlər idarə edəcək.

İngiltərə klublarının Bakı Olimpiya Stadionundakı duelinin baş hakimi Canluka Rokki olacaq.

Avropa Liqası
Final
29 may
23:00. "Çelsi” (İngiltərə) – "Arsenal” (İngiltərə)
Baş hakim: Canluka Rokki
Baş hakimin köməkçiləri: Filippo Meli, Lorenzo Manqanelli
Dördüncü hakim: Daniele Orsato (hamısı İtaliya)
Bakı Olimpiya Stadionu (ONA)