adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 May 2019 16:35
5275
HADİSƏ
A- A+

Rusiyada həmyerlimiz çayda boğuldu

Rusiya Federasiyasının Başqırdıstan Respublikasında çayda batan azərbaycanlı gəncin meyiti tapılıb.

Bu barədə Başqırdıstan Respublikasında Azərbaycan diasporunun sədri Mirzə Dadaşov məlumat verib.

Onun sözlərinə görə, çayda batan şəxs Başqırdıstanın Ufa şəhərinə işləməyə gəlibmiş. Ölən şəxs subay olub və işləmək üçün sənədi də olmayıb:

"Şamaxı rayonundan olan həmyerlimiz 1995-ci il təvəllüdlü Məmmədov Elşən Nuhməmməd oğlu may ayının 11-də Ağ çayda boğularaq ölüb. Axtarışlardan sonra onun meyitini ötən gün tapmaq mümkün olub. Hazırda meyit morqdadır, yaxın vaxtlarda Azərbaycana, ailəsinə təhvil verilməsi üçün göndəriləcək".