adalet.az header logo
  • Bakı 13°C
13 May 2019 16:03
8481
GÜNDƏM
A- A+

Bu il AÇG üzrə neft hasilatı 7 milyon ton olub

Bu ilin birincü rübü üçün AÇG-dən ümumi hasilat – Çıraq (43 000), Mərkəzi Azəri (146 000), Qərbi Azəri (128 000), Şərqi Azəri (100 000), Dərinsulu Günəşli (96 000) və Qərbi Çıraq (58 000) platformalarından birlikdə – gündə orta hesabla 571 000 barel və ya ümumilikdə təqribən 52 milyon barel, yəni 7 milyon ton olub.

"BP Exploration (Caspian Sea) Limited” şirkətindən verilən məlumata görə, 2019-cu ilin birinci rübündə Azəri-Çıraq-Günəşlidən (AÇG) stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

Birinci rübün sonunda AÇG-də ümumilikdə 119 neft hasilat quyusu və 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Birinci rübdə AÇG-də 4 neft hasilat quyusu qazılıb.

Rüb ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin "Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 5,2 milyon kubmetr, ümumilkdə isə 0,5 milyard kubmetr səmt qazı verilmişdir. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulmuşdur.