Əbülfət MƏDƏTOĞLU: Bakıdan Trabzona könül yolu

ƏBÜLFƏT MƏDƏTOĞLU
51564 | 2019-05-13 15:59

(Əvvəli ötən sayımızda)

Bu dauniversitet məhəlləsinin Kocatəpə camisi. Bu caminin hələ yerinin hazırlanması,torpaq işlərinin görülməsi anlarında Trabzonda idim. Və qardaşım Əhməd bəyinverdiyi bilgiyə görə, caminin tikilməsi üçün Türkiyə prezidenti Rəcəb TayyibƏrdoğan da kifayət qədər vəsait ayırmışdı. Əhməd bəy bildirmişdi ki, Cümhurbaşqanı təkcə dövlətin deyil, həm də öz şəxsi büdcəsindən xeyriyyəçi kimicaminin tikintisinə yardım etmişdi. Məhz yuxarı rütbə sahibləri bu addımıatdıqdan sonra caminin tikintisinə şəxsi vəsaitlərindən müxtəlif həcmlipul-para ayıranların sayı da artmışdı. Demək olar ki, çox böyük məbləğə başa gələnbu caminin inşasında Trabzonun, xüsusilə Universitet məhəlləsinin imkanlısakinləri, iş adamları yardımçı olublar. Mənim yaxından tanıdığım Həyati bəy bucaminin tikintisində ürəklə, öz parasıyla, həm də tövsiyyələriylə cani dildəniştirakçı olubdu. Bu gün həmin camini ziyarət edəndə orada əməyi olan hər kəsinadının fəxarətlə çəkilməsi yaxşı bir nümunədi. Hətta hocam İbrahim Məzlum,qardaşım Əhməd bəy çilçiraqları, xalçaları, mərmər daşları və camidə istifadəolunan digər əşyaları, məmulatları, hətta nəqqaş işlərinin də kimin gördüyünü,özü də hansı ürəklə, hansı əməklə, hansı dualarla reallaşdırdığı camidə namazqılanlara da, məhəllənin sakinlərində də məlumdu.

Doğrusunudeyim ki, Trabzonda olanda bu camiyə getmək, oradakı köhnə tanışlarla söhbətetmək və camidə söhbət etmək və camidə fəaliyyət göstərən çay evində oturub çayiçmək mənə xüsusi ləzzət verir. Dediyim kimi, həm yer əla seçilib şəhərin hər tərəfigörünür, həm də burdakı adamlara artıq qaynayıb qarışmışam. Onlara Qarabağdan,ölkəmizdə baş verən hadisələrdənsuallarına uyğun şəkildə cavab vermək, danışmaq çox xoşdu. Yazı-pozu adamıolmağım da onların mənə marağını bir az da artırıb. Bir ailəyə çevrilmişiksanki. Və mən də burda oturanda cami əhli namaza başlayanda xəyala dalıböz-özümə edilən duaların içərisində öz duamı təkrar etmişəm və yazmışam ki:

Bir udumçay

bir dişləmqənd –

qarşımda...

amma

nə ağlımbaşımda,

nə də

ürəyimyerində...

mən

Trabzonda

Kocatəpəcamisinin önündə

ətrafdakı

gözəlliyə

acgözlüklə

baxa-baxa

özümdən

və çevrəmdəkidostlardan

iznsiz,

ruhən,

bilə-bilə

çıxıbgetmişəm –

Qarabağa!

oxşarlığınhökmüylə...

Bəli,camidəki köhnə tanışlarla görüşüb hal-əhval tuturam. Adamlar daha çox siyasətlədeyil, təsərrüfatla, iqtisadiyyatla maraqlanırlar. Onlar hava durumunun tez-tezdəyişməsini əkinçiliyə, bağçılığa, cayçılığa, fındıq sahələrinə ziyanvurduğundan gileylənirlər. Sonra bizdəki hava durumuyla maraqlanırlar. Təbiiki, mən də vəziyyət barəsində onları bilgiləndirirəm və sözü dəyişib mövzunusiyasətə çevirirəm. Ötən ay Türkiyədə keçirilən seçkilərə münasibətlərini öyrənməkistəyirəm. Həmsöhbətlərimin içərisində öz nurani görkəmiylə seçilən, ağappaq saqqalıylaadamda bir ziyalı ovqatı yaradan və burada da hər kəsin ağsaqqal dediyi kişiyəüz tuturam. Elə buradaca əlavə edim ki, qəribə taleyi olan bu həmsöhbətim çox maraqlı insandı. Azərbaycanada özəl sevgisi var. Həm də müsafir qəbul etmək, qonaq qulluğunda durmaq, onaçay, dondurma sifariş vermək, yeməyə dəvət etmək demək olar ki, qanına hopubdu.Şəxsən mən bu şəhərdə, bu məhəllədə onunla hər görüşündə ağsaqqalın süfrə ətrafındaoturanlara əlini cibinə salmaq imkanı vermədiyini görmüşəm. Bax elə bu dünyagörmüş, yaşı 70-i haqlamış insanın fikirləri mənim üçün çox maraqlı idi. O dasözünü qısa və konkret dedi:


- İnsanözü seçim etməlidi və bir də seçilmək istəyən özü kimliyini bilməlidi. Onda heçkim heç kimdən inciməz və seçim də rahat olar. Bax, biz də öz bələdiyyəbaşqanımızı, həmçinin muxtarımızı seçmişik. Sizə deyim ki, Əhməd Varol artıqaltıncı dəfə seçilir. Bütün məhəllə bu insanı özünə doğma bilir. Onu hər birailə, hər bir ev tanıyır. Ona görə də seçki kampaniyasında Əhməd Varola böyük təbliğatişləri aparmaq gərək olmadı. Hər kəs özü gəlib ona səs verdi. Trabzon Orta Şehir Bələdiyyəbaşqanımız da Ahmed Metin Gəncdir. Bu insan da bizim üçün doğmadır. Ona görə də səsverməzamanı böyük əksəriyyət Əhməd Varola məmnunluqla səs verdilər. Bütün bunlarınbir səbəbi də odur ki, bu adamlar həm xalqın sevimlisi, həm də iş görməyibacaranlardı. Ona görə də bizim üçün iş görməyi bacaran və sevdiyimiz adamlarıönə çıxarmaq əsas şərtdi. Bir saatdan artıq camidə müxtəlif mövzularda söhbətetdikdən sonra Əhməd bəydən böyük Mustafa Kamalı ziyarət etmək üçün Köşkə getməyixahiş elədim. Qardaşım istəyimi dəyərləndirir və biz birlikdə Atatürkün ruhunu ziyarət etməyə gedirik.

Trabzonda

dağbaşında

Soyuqsusəmtində

MustafaKamalın

izi və nəfəsi

hopmuş

möhtəşəm

birsaray

qapılarınıaçıb

ziyarətçiləriğ

üzünə

taybatay

sən

insansevgisini

görmək

vəcanından keçirmək

istəyirsənsə

dugirişin önündə

ziyarətçilərin

növbəsini,

sırasını

sayabilirsənsə say!..

Bəli, dəfələrləhər mərtəbəsini gəzib sükutuyla həmsöhbət olduğum bu müqəddəs ünvanda, yəniAtatürk köşkündə mən daxili rahatlıq yaşayıram. Bu rahatlığın mənim üçün əsasipucu şəxsiyyətə sıravi insanların və yaxud da xalqın öz liderinə, sərkərdəsinəbitib-tükənməyən sevgisidir! Adamlar özləriylə birlikdə yerimək, anlamaq, başadüşmək qabiliyyətində olan uşaqlarıyla, nəvələriylə bu Köşkə gəlirlər. Xüsusilənigah bağlayanların bu Köşkə gəlməsi çox maraqlı və yaddaqalandır. Sanki təzəailə quranlar burada Mustafa Kamal Atatürkdən xeyir-dua alırlar. Bu, təqdir vətəsiredicidir! İnsanın içindən kövrək və isti bir duyğu axıb gedir. Mən onu sözəçevirməkdə çətinlik çəkirəm...


Günortayayaxındır. Əhməd bəydən rica edirəm ki, öz işlərini axsatmasın. Gəlişim onunhansısa bir işinə əngəl olmasın və izn versin şəhəri bir az təkbaşına dolaşım.O, istəyimi nəzərə alsa da, hiss edirəm ki, məni gözündən uzağa buraxmağa o qədərdə həvəsli deyil. Bir az könülsüz şəkildə iş otağının ehtiyat açarını mənəuzadır və deyir:

- Əfəndim,nə qədər istəyirsən gəz-dolaş, telefonum açıq olacaq. Əgər yorulub dincəlmək istəsən,muxtarlığa dönüb gələrsən...

Razılaşırıq.Və mən Trabzonun Meydan adlanan mərkəzinə getmək üçün şəhərdaxili avtobusa əyləşirəm.Meydanda Atatürkün əzəmətli abidəsi ucaldılıb. Üstəlik, həmin ərazidə xeylikitab mağazaları da var. Və mən də bu şəhərə gələndə həmin kitab mağazalarını gəzibdolaşıram. Həvəslə kitab satıcılarıyla söhbət edirəm. Azərbaycan yazarlarınınkitablarını soruşuram. Sevindirici haldır ki, son vaxtlar bu şəhərin kitabmağazalarında bizim yazarların kitablarına daha tez-tez rast gəlirəm. Xüsusiləgənc yazarlarımızın kitablarını Türkiyənin müxtəlif şəhərlərindəki kitabmağazalarında görəndə adamın içindən bir sevinc hissi gəlib keçir. Və türkpoeziyasının həm XX əsrin əvvəllərində bu bugünlərdə üzdə olan təmsilçilərininkitablarıyla maraqlanıram. Kitab mağazasından çıxanda artıq əl çantamda mənimüçün maraqlı bir neçə kitab var idi. Meydanda, Atatürkün abidəsinin olduğuparkda əyləşib çay sifariş edirəm. Və nədənsə ilk dəfə bu parkda oturub söhbətetdiyim yaşlı bir trabzonlu yadıma düşür. Həmin o kişi özünün dediyinə görə,Atatürkü həyatda görmüşdü və hər dəfə də Mustafa Kamal sözünü dilinə gətirəndəayağa dururdu. Həyatını, Türkiyənin bu gününü Mustafa Kamala borclu olduğunudeyirdi. Elə görkəmindən də, danışığından da hiss olunurdu ki, bu insan əsltürkçüdü!. Bax, onda mən də Qarabağı, işğal olunmuş torpaqlarımızı içimdənkeçirib düşünmüşdüm ki, görəsən mənə, bu işğala son qoyacaq, qələbə bayrağınıŞuşaya sancacaq sərkərdəni ömrümə yazmaq, ona minnətdar olmaq, onunla qürurduymaq nəsib olacaqmı?!.

"Söz sözüçəkir” deyirlər. Elə bu parkda, bu Meydanda çay içib yenicə həmin o məkanı tərketmək istəyirdim ki, ötən səfərlərimdən tanıdığım, müsahibə götürdüyüm şəhərinbələdiyyə başqanı Əhməd Gəncin bir topa insanla ön tərəfdən gəldiyini gördüm.Doğrusunu deyim ki, öncə ona yaxınlaşmaq, salam vermək hissini bir tərəddüdləyaşadım içimdə. Elə bil bir cərəyan axını baş verdi . Burda olduğumu, ona doğrubaxdığımı hiss etdi başqan. Və...

(Ardınövbəti sayımızda)


TƏQVİM / ARXİV