adalet.az header logo
  • Bakı 10°C
  • USD 1.7

POPKORN VƏ YA YERALTINDAN QEYDLƏR - Tural Cəfərli yazır

14083 | 2019-05-13 15:48

Yunqa görə, hərbir arxetip uyğun obyekt yaxud situasiya ilə münasibətdə hissləri və fikirləri əksetdirir. Yunq sonralar bildirirdi ki, arxetip ideya və obrazlara tez-tezyuxugörmədə, həmçinin mədəniyyətlərdə simvol, əlyazısı, ədəbiyyat və dində rastgəlmək olar. Kollektiv şüursuzluqda arxetiplərin miqdarı hüdudsuz ola bilər.Lakin, Yunqun nəzəri sistemdə əsas diqqət persona, anima və animusa, kölgə vəözəlliklərə ayrılır.

Yunqun bu fikirlərinibizim cəmiyyətin qarşısına güzgü kimi qoysaq, bir çox mətləblərə aydınlıq gətirəbilərik. Bu mətləblər bizi həmişə və hər yerdə narahat edir. Məsələn,insanı mərhəmətdən və yaxşılıqdanusandırmaq yolları çoxdur. Bu yollarbizi hər addım izləyir... Metroda, dayancaqda, işdə və s... Bəs nə etməli? Fəlsəfədəbelə bir yanaşma var: Causa sui- yəni "səbəbi özündə olmaq". Bir çoxməsələlərdə "səbəb" anlayışını məhz özümüzdə axtarmalıyıq, çünki "tapmaq" üçün ən düzgün metodbudur.

İnsan həyatınınqaranlıq tərəfi ilə eyniləşdirilir və buna görə də freydin orta cins-"o" ilə ifadə etdiyi anlayışa uyğun gəlir. Bir tərəfdən fərdi, digərtərəfdən də kollektiv şüursuzluğa söykənir. Hər bir insanın öz kölgəsi var vəonsuz keçinə bilməz. Kölgə vasitəsilə insan keçmişini, bəsit istəklərini və təcavüzkarmeyillərini qoruyub saxlayır. Kölgə bir qayda olaraq sıxışdırılır, insan özününşüursuz mənfi xarakterini görməkdən vaz keçir və onu görmür. Bununla belə kölgətərəf inkişaf etməyə davam edir. Günlərin bir günü bu sıxışdırılmış olanlarortaya çıxıb insanın "işıqlı" tərəfinin rəhbər tutduğu mənəvi-əxlaqidəyərləri darmadağın etməsi an məsələsidir. Yəni kölgə arxetipi insanın özünəetiraf etmədiyi, lakin ona xas olan, xarakterinin xoşagəlməz tərəfləridir. Kölgəfasiləsiz olaraq insan psixikasını zəbt edib ona hakim kəsilməyə can atır.Bunlar əxlaqi nəzəratə müqavimət göstərirlər. Bütövlükdə "mən"əmeydan oxuyan əxlaqi problemdir və insanı ömrü boyu müşayiət edir.

Bu yaxınlardapolitiloq, millət vəkili Rasim Musabəyovun feysbuk üzərindən yazdığı status çoxmüzakirə olundu və haqlı narazılıqlara səbəb oldu. Belə ki, yeraltı keçidlərinbirində "popkorn" satmaqla həyatını davam etdirməyə çalışan biruşağın bu işi, millət vəkilinin xoşuna gəlmədi, bunu ekoloji, iqtisadi, nəbilim qlobal böhrana çevirdi, o uşağı yeraltından "gün işığı" naçıxarmağın yollarını göstərməkdənsə, onu "vergidən yayınmaqda"suçladı. Xub, bunu əsaslandırmaq bir yana, bəs o uşağın bu işində niyə öz vətəndaşmövqeyini göstərməkdə çətinlik çəkdin?- deyə sual verilsə, məhz kölgəarxetipinin əsas məğzi başa düşülə bilər. Bu hər kəs üçün aydın bir məsələ vəyaxud dərs olar...

Dostoyevskinin"Yeraltından qeydlər" 1864-cü ildə nəşr olunmuş qısa bir romanıdır.Dostoyevski qəhrəmanlarının əksəriyyətində gördüyümüz, insanlardan qaçan, dahaçox öz daxilinə qapanmış, qaraqabaq insan tipinə, məhz bu romanda da rast gəlirik.Roman psixi təhlil xarakteri daşıyır. Bu romanı oxuyanlar bilər ki, baş verənhadisə dövrün psixi mənzərəsini göstərir. "Popkorn" satan o uşaq özuşaqlığından məhrum olmuş, gələcəyinin qaranlıqsəhifələrindən qurtulmaq istəyir. Ki, bunu hərə bir cür başa düşür. Məncəbu bizim cəmiyyət olaraq keyidilmiş və donmuş "hava"dan asılıqalmağımızdan irəli gəlir. Havamızı keyidən və donduran nəsnələrdən uzaq olmaqüçün təhsilimizə, dünyagörüşümüzə əl gəzdirməliyik...

Kant insanlaraolan inamı bir göz qırpımında itirməyin nə olduğunu izah edərkən yazır: "Hərbir insan ömründə bir dəfə də olsa, içində daşıdığı "yenilməz" inamıitirə bilər. Bu fikirlər o gün avtobusda gediş kartını "inam"ından irəligələrək bir "vicdansıza", (hələ üstəlik bu vicdansız gediş haqqını daverməyib) verməklə aldanan, iyirmi ildən artıqdı orta məktəbdə dərs deyənanamın "inam"ının necə itirdiyini xatırlatdı. Əslində itən gedişkartı deyildi, anamın "inamı" idi. O inam ki, illərdi onu izləyirdi. Amma anamın inamıbununla tam olaraq itmədi məncə, sadəcə olaraq bir az büdrədi, amma yıxılmadı,ayağa qalxmağı bacardı. Bu mənada anamın "inam" ından dönmədiyinigörməklə onun necə güclü və iradəli olduğunu bir daha anladım... Hər şey yaxşıolacaq ana, təki sağlıq olsun!

Hə, onu deyirdimaxı, "popkorn" un faydaları yazıb internetdə axtarış elədim. Popkornilk dəfə Amerikanın yerli əhalisi tərəfindən icad olunub. İlk vaxtlar pis qüvvələriyox etmək üçün partladılan qarğıdalı bir müddət sonra həqiqətən dadlı çərəzolaraq insanların diqqətini çəkib.

Qısa bir müddətdəidman və kino salonlarının əvəzolunmaz çərəzi halına gələn qarğıdalı daha sonrayerli əhali tərəfindən də əkilərək istifadə olunmağa başlayıb. Faydalarısırasında qeyd olunur ki, tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsipartladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir.

İndi yeraltı keçiddən istifadə edəndə popkorn iyi mənim üzümdəki təbəssümü dondurur, hisslərimiqılınc kimi doğrayır. Lakin buna baxmayaraq mən yenə əvvəlki kimi qızımapopkorn alacam. Qızım popkorn xoşlayır vəbuna görə çox sevinir... Rasim bəy, uşaqlarımızı sevindirməyin bir ucuz yoluvar, onu da çox görməyin bizə...


TƏQVİM / ARXİV