adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
13 May 2019 12:54
20734
ELM VƏ TƏHSİL
A- A+

BAKI TƏHSİL İDARƏSİNƏ BİR SUAL

Dünən saytlarda qəribə bir video izlədim. Deməli, 314 nömrəli məktəbdə 6-cı sinif şagirdləri rus dili dərsində rəqs edirlər, müəllim Pərviz Qurbanovla məzələnirlər, sonra hətta müəllimi şapalaqlayırlar. Müəllim də yazıq-yazıq baxır. Heç demə, Pərviz Qurbanovun ayağı da sınıq olduğuna görə, yerindən tərpənə bilmirmiş.

Sonra müəllim utandığındanmı, ya nədən ərizə yazıb işdən çıxıb. Hadisə 2017-ci ildə olub.

İndi gözünüzün qabağına gətirin, Pərviz Qurbanov o şagirdlərin birinə bir şapalaq vurur, bütün Azərbaycan ayağa qalxardı, müəllimi çarmıxa çəkərdilər. Güman ki, haqqında cinayət işi də qaldırılardı.

Sözümüz Bakı Təhsil İdarəsinədi. Hadisə ilə bağlı açıqlama vermisiniz, çox gözəl. Xahişimiz odur ki, bir açıqlama da verəsiniz, görək həmin müəllim sonra başqa bir məktəbdə işlə təmin olunub, ya yox?!